Adamlar ona həqarətlə baxıb rədd etdilər. O, dərdli, xəstəlikləri görən insan idi, Adamlar ondan üz döndərdi, xor baxdı. Biz ona qiymət vermədik. (Yeşaya, 53:3)
Bizim asiliyimizə görə onun bədəni deşildi, şər əməllərimiz ucbatından əzildi, Bizim əmin-amanlığımız üçün o cəza aldı, Onun yaraları ilə biz şəfa tapdıq. Hamımız qoyun kimi yolu azmışdıq, hər birimiz öz yolumuzla gedirdik. Rəbb hamımızın şər əməllərinin yükünü onun üzərinə qoydu. Ona zülm etdilər. O, iztirab çəkdi, amma ağzını açmadı. Kəsilməyə aparılan quzu kimi, qoyun qırxanların qabağında dilsiz-ağızsız qoyun kimi ağzını açmadı. (Yeşeya, 53:5-7)
Xalqlar sənə qulluq etsin, ümmətlər sənə baş əysin. Öz qardaşlarına ağa ol, ananın oğulları sənə baş əysin. Sənə lənət edənlərə lənət gəlsin. Sənə xeyir-dua verənlər xeyir-dua alsın”. İshaqın Esava xeyir-dua verməsi (Yaradılış, 27:29)
Nə üçün millətlər belə çaxnaşmaya düşür, ümmətlər boş şeylər düşünür? Dünya şahları yığışır, hökmdarlar Rəbbə, Onun məsh etdiyinə qarşı birləşir. Deyirlər: “Gəlin onların buxovlarını qoparaq, üstümüzdəki zəncirlərini ataq”. (Məzmurlar, 2:1-3)
Məsih üçün belə yazılmışdır; Rəbbin Ruhu, müdriklik və anlayış ruhu, öyüd və güc ruhu, elm və Rəbb qorxusunun ruhu onun üzərində olacaq... Bu Onun (Allah’ın) ona (Hz. Mehdiyə (əs)) saleh işlər və məngənə kimi sıxıntılar yüklədiyini öyrədir. (Talmud, Sanhedrin 93b)
...Davud oğlunun (Hz. Mehdinin (əs)) gələcəyi nəsildə alimlər ona qarşı çıxacaq... Bir imtahanın ardınca başqa bir imtahan gələcək...” (Talmud, Kethuboth 112b)
Lakin mən torpaq qurduyam, insan deyiləm, insanların tənə hədəfiyəm, xalq mənə xor baxır. Məni hər görən lağ edir, Dodaq büzüb, başını yırğalayıb belə deyir: “Qoy güvəndiyi Rəbb onu azad etsin, Rəbb ondan razı qalıb, qoy onu xilas etsin”. (Məzmurlar, 22:6-8)
Məndən uzaq durma, çünki əzab yaxındır... Nə qədər buğa məni dövrəyə salıb, Güclü Başan buğaları yan-yörəmi bürüyüb. Yırtıcı aslanlar kimi nərə çəkirlər, Məni parçalamaq üçün ağızlarını açırlar. Şər insanlar məni dövrəyə aldı, it sürüsü kimi yan-yörəmi bürüdülər, ayaqlarımı, əllərimi deşdilər. (Məzmurlar 22:11-13,16)
O, Allah’dır, mənə görə qisas alır, xalqları mənə tabe etdirir. O, məni düşmənlərimin arasından xilas edir. Bəli, məni yağılar üstündə ucaldır. Məni zalımların əlindən qurtarır. Ya Rəbb, buna görə Sənə şükür eləyirəm, millətlər arasında adına tərənnüm söyləyirəm! Rəbb padşahına böyük zəfərlər verər, Mməsh etdiyi Davuda və nəslinə əbədi məhəbbət göstərər. (Məzmurlar 18:47-50)
Ya Rəbb, … Ey mənim Qüdrətlim, tez dadıma çat! Həyatımı qılıncdan qurtar, canımı itlərin caynağından qurtar, məni aslanın ağzından xilas et! Çöl öküzləri məni buynuzlayarkən mənə cavab ver. (Məzmurlar 22:19)
Ya Rəbb, yalnız sənə güvənirəm, Dedim: “Allah’ımsan Sən”. Mənim hər anım sənin əlindədir, düşmənlərimin, təqibçilərimin əlindən məni azad et. Bəndənin üstünə üzünün nurunu sal, məhəbbətinlə məni qurtar. (Məzmurlar 31:14-16)
Ya Rəbb, mərhəmətini məndən əsirgəmə, daim məni məhəbbətinlə, həqiqətinlə qoru. Çünki sonsuz bəlalar ətrafımı bürüdü, günahlarım mənə sarıldı. Görə bilmirəm, çünki məndə ürək qalmadı, onlar başımın tükündən çoxdur. Ya Rəbb, lütfünlə məni xilas et. Ya Rəbb, dadıma tez çat! Canımı almaq üçün plan quranlar qoy utanıb biabır olsunlar. Pis günümdən zövq alanlar geri çəkilib rüsvay olsunlar. Mənə “Aha! Aha!” deyənlər xəcalət içində çaşıb qalsınlar. Lakin Səni axtaranlar Sənə görə qoy şad olub sevinsinlər. Xilaskar olduğunu sevənlər daim “Qoy ucalsın Rəbb!” desinlər. (Məzmurlar, 40:11-16)
Keçmişdə bir görüntü ilə möminlərinə belə söylədin: “Bir cəngavərə kömək etdim, xalqın içindən onu seçib yüksəltdim. Qulum Davudu tapdım. Müqəddəs yağımla onu məsh etdim. Əlim daim onu möhkəmləndirəcək, qolum ona qüvvət verəcək! Düşmən ona qalib gələ bilməz, fitnəkarlar ona zülm edə bilməz.Qarşısındakı düşmənləri qıracağam, Ona nifrət edənləri vuracağam.Yanında sədaqətim, məhəbbətim olacaq, gücü ismimlə artacaq. (Məzmurlar, 89:19-24)
Düşmənlərimin yerə sərilməsini gözlərimlə gördüm, bədxahlarımın can verməsini qulaqlarımla eşitdim. (Məzmurlar, 92:11)
Rəbbi sevirəm, Çünki O, yalvarışımı eşidir.Səsimə qulaq asdığı üçün nə qədər varam, Onu çağıracağam. Ətrafıma ölüm bağları sarıldı, ölülər diyarının sıxıntıları məni haqladı, dərd-bəlalar məni tapdı. O zaman Rəbbin adını çağırdım: “Ya Rəbb, amandır, canımı qurtar!” Rəbb lütfkardır, ədalətlidir, Allah’ımız mərhəmətlidir. (Məzmurlar 116:1-5)
Həqarəti, tənəni məndən uzaq et, göstərişlərinə əməl etmişəm. Başçılar yığılıb mənim üçün mənfur plan qurdular, Lakin mən qulun qaydalarını dərin düşünürəm. Göstərişlərin mənə zövq verir. Onlar mənim məsləhətçilərimdir. (Məzmurlar, 119:22)
Pis adamlar mənə kəmənd atarkən Qanununu unutmadım. (Məzmurlar, 119:61)
Lovğalar yalanları ilə mənə qara yaxırlar, Amma mən bütün qəlbimlə qayda-qanunlarını yerinə yetirirəm. Onların ürəkləri piylənərək daş bağlayıb, Mənsə qanunundan zövq alıram. Çəkdiyim əzabın xeyri mənə bu olub: Sənin qaydalarını öyrənirəm. Ağzından çıxan qanun mənim üçün minlərlə qızıldan, gümüşdən daha qiymətlidir. (Məzmurlar, 119:69-72)
Mənə mərhəmət et ki, yaşayım, Çünki qanunundan zövq alıram. Mənim barəmdə yalan danışan lovğaları utandır, Çünki mən qayda-qanunlarını dərindən düşünürəm. Səndən qorxanlar yanıma gəlsin, onlar Sənin göstərişlərini bilənlərdir. (Məzmurlar, 119:77-79)
Sənin bütün əmrlərin etibarlıdır. Kömək et! Məni yalançı insanlar təqib edir. Az qaldı ki, yer üzündən məni yox etsinlər, Lakin qayda-qanunlarından çıxmamışam. (Məzmurlar, 119:86-87)
Qurtar məni, mən Səninəm, qayda-qanunlarını axtarmışam hər zaman. Pislər məni öldürmək üçün pusqu qurarkən mən Sənin göstərişlərinin üzərində düşünürəm. (Məzmurlar, 119:94-95)
Başçılar boş yerə məni təqib edir, amma ürəyim Sənin sözlərindən qorxur. Çoxlu qənimət tapan bir insan kimi Sənin kəlamın məni sevindirir.Yalandan zəhləm gedir, iyrənirəm, Çünki qanununu sevirəm. (Məzmurlar, 119:161-163)
Dar gündə Rəbbi səslədim, O, mənə cavab verdi. Dedim: “Ya Rəbb, yalançı dodaqlardan, fitnəkar dillərdən canımı qurtar”. (Məzmurlar, 120:1-2)
Burada Davud sülaləsindən güclü hökmdar yetirəcəyəm, məsh etdiyim üçün bir çıraq hazır etmişəm. Düşmənlərini xəcalətə salacağam, lakin onun tacı nur saçacaq”. (Məzmurlar 132:17-18)
Ya Rəbb, Sənə fəryad edərək dedim: “Pənahım Sənsən, dirilər arasında Sən mənim nəsibimsən”… Məni təqib edənlərdən qurtar, çünki onlar məndən güclüdür. Canımı zindandan qurtar, qoy isminə şükür edim! Onda salehlər məni əhatə edəcək, çünki mənə comərdlik etdin! (Məzmurlar, 142:5-7)
Buna görə Mən ona böyük adamların arasında pay verəcəyəm. O, qəniməti güclülərlə böləcək. Çünki o, canını fəda etdi, Asilərə tay tutuldu. Çox adamların günahını üzərinə götürdü, asilərdən ötrü yalvardı. (Yeşaya, 53:12)
Qorxma, çünki Mən səninləyəm, dəhşətə gəlmə, çünki Allah’ın Mənəm. Səni qüvvətləndirəcəyəm, Sənə kömək edəcəyəm. Sadiq sağ əlimlə Sənə dayaq olacağam. Sənə qarşı hirslənənlər hamısı xəcalət çəkib biabır olacaq, Sənə qarşı çıxanlar puç olacaq. Səninlə düşmənçilik edənləri axtaracaqsan, Amma tapa bilməyəcəksən, səninlə vuruşanlar heç olacaq, (Yeşaya 41:10-12)
… Sənə hücum edən hər kəs qarşında yerə yıxılacaq… Sənə qarşı işlənən heç bir silah işə yaramayacaq. Məhkəmədə səni təqsirləndirən hər bir kəsi təqsirkar çıxaracaqsan. Rəbbə qulluq edənlərin irsi belədir. Onların salehliyi Məndən gəlir”. Bunu Rəbb bəyan edir. (Yeşaya, 54:15-17)
Ardımızca düşmən düşüb, küçələrdə gəzə bilmirik. Sonumuz çatdı, günlərimiz bitdi, Aqibətimiz sona yetdi.Bizi təqib edənlər göylərdəki qartallardan sürətlidirlər, Dağlarda ardımızca düşdülər. Pusqu qurub səhrada gözlədilər. Rəbbin məsh etdiyi, həyatımızın nəfəsi Onların xəndəklərində yaxalandı. Halbuki deyirdik: “Onun kölgəsində millətlərin içində yaşayacağıq”.( Mərsiyyələr, 4:18-20)