Qarışqalar yaxşı “təlim keçmiş” nizam daxilində, koloniyalar halında yaşayan canlılardır. Koloniyalar halında yaşadıqları üçün müəyyən edilmiş şəkildə hərəkət edirlər ki, bu da hər hansı bir qarışıqlığın qarşısını alır.
Kollektiv iş, hərbi strategiya, inkişaf etmiş informasiya şəbəkəsi, şüurlu ierarxiya, intizam, qüsursuz şəhər layihəsi... Oxuduğunuz cümlə torpağın üstündə yalnız girişini gördüyünüz qarışqa yuvalarındakı yaşayışın qısa xülasəsidir. İnsanların belə çox vaxt müvəffəqiyyət qazanmadıqları sahələrdə qarışqalar son dərəcə bacarıqlıdırlar. Bu kiçik canlılar torpağın altındakı yuvalarında bir tərəfdən qida tədarük edir, bir tərəfdən balalarının qayğısına qalır, bir tərəfdən də koloniyalarını qoruyur və düşmənlərinə qarşı mübarizə aparırlar. Hətta “dərziliklə”, “əkinçiliklə” məşğul olan, “heyvan yetişdirən” qarışqa koloniyaları da vardır. Aralarında güclü ünsiyyət şəbəkələri olan bu kiçik canlıların həyatını araşdırdığımız zaman, onların heç bir canlı ilə müqayisə edilməyəcək dərəcədə üstünlüyə sahib olduqlarını görürük. Qarışqa ailələrində hər kəs üzərinə düşən vəzifəni yerinə yetirir. Onlar öz istəkləri üçün deyil, koloniyanın uzunmüddətli olması üçün çalışırlar.
Allah Quranda canlılar üzərində yaratdığı nemətlərə baxaraq düşünməyimizi buyurur. Qarışqalar da aşağıdakı ayədə diqqət çəkildiyi kimi, haqqında düşünülməsi vacib olan canlılardan biridir:
Həqiqətən, göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır. (Casiyə surəsi, 3-4)
Qərargaha bənzər yuva hazırlayan qarışqalar, əslində, bu sahədə heç bir təhsil almayıblar. Yumurtadan çıxdıqları andan etibarən qarışqalar öz vəzifələrini bilirlər və vaxt itirmədən bacardıqlarını tətbiq etməyə başlayırlar. Yuvanı necə hazırlayacağını, yeməyi necə tapacağını, sürfələrə necə baxacağını, bir sözlə, nə etməli olduğunu yaxşı bilir və eynilə tətbiq edir. Qarışqaların bu məlumatlara hələ dünyaya gəlmədən sahib olduqlarını görürük. Daha doğrusu, bütün bu bacarıqlar meydana gəlmələri ilə birlikdə Uca Allah tərəfindən qarışqalara ilham edilir.
Yarpaq kəsən qarışqalar
Qarışqalar bir-birlərinə bənzəsələr də, yaşayış tərzləri və xarici görünüşlərinə görə təxminən 8000 növə ayrılırlar. Hər növün özünəməxsus xüsusiyyətləri vardır. Qarışqa növləri içərisində ən maraqlı xüsusiyyətə malik olan yarpaq kəsən qarışqalar, “atda”lardır. Atdalar qopardıqları yarpaqların hissələrini başlarının üstündə tutaraq yuvalarına daşıyırlar. Qarışqalar çənələrində daşıdıqları və özlərindən dəfələrlə ağır olan yarpaq hissələrinin altında gizlənirlər. Onlara kənardan baxanda çox maraqlı görüntü ortaya çıxır. Atdaların bu yarpaqları niyə daşıdıqlarını araşdıran elm adamları qarışqaların bu hissələrdən göbələk istehsal etdiyini kəşf etmişlər.
Qarışqalar yarpaqların özünü yemirlər, çünki orqanizmlərində bitkilərdə olan sellülozanı parçalayan fermentlər yoxdur. İşçi qarışqalar bu yarpaqları çeynəyərək yığım halına gətirirlər və yuvanın yeraltı otaqlarında saxlayaraq, yarpaqların üzərində göbələk yetişdirirlər. Qarışqalar yetişdirdikləri göbələklərin tumurcuqlarından özlərinə lazım olan zülalı əldə edirlər.
Lakin lazım olan göbələyi yetişdirərkən bəzən zəhərli göbələklərin törəməsi ehtimalı da labüddür. Bəs bostanlarını yalnız əkindən əvvəl təmizləyən atdalar zəhərli göbələklərdən necə qorunurlar? Bunun sirri yarpaqları çeynəyən zaman istifadə etdikləri tüpürcək vəzilərindədir. Bu vəzi zəhərli göbələklərin inkişafının qarşısını alan antibiotik və lazım olan göbələyin inkişafını sürətləndirən başqa bir maddə ifraz edir.
Belə möcüzəvi vəziyyətin reallaşdığını düşündükdə, insanın qarşısına yüzlərlə sual çıxır: “Niyə bu qarışqalar digərləri kimi qidalanmır, özləri göbələk yetişdirirlər? Bəs göbələk yetişdirməyi haradan öyrəniblər? Yarpaqları çeynəyərək göbələyin meydana gələcəyini necə kəşf etmişlər və gələcək nəsillərə necə öyrətmişlər?” Bu cür sualların yalnız bir cavabı var: Qarışqalar bu işləri bacara biləcək şəkildə yaradılmışlar. Belə kompleks davranışlar müəyyən zaman ərzində mərhələlərlə inkişaf edən adi bir hadisə deyil. Bu çox üstün ağılın əsəridir. Bütün bu məlumatları yarandıqları gündən etibarən qarışqalara verən, şübhəsiz, Aləmlərin Rəbbi olan Allahdır.
Atdaların maraqlı müdafiə xüsusiyyətləri də vardır. Yarpaq kəsən qarışqa koloniyasının orta boylu işçiləri demək olar ki, bütün gününü yarpaq daşımaqla keçirirlər. Bu daşıma əsnasında özlərini qoruya bilmirlər, çünki çənələrində yarpaq daşıyırlar. Belə olduqda onları kim qoruyacaq?
Yarpaq daşıyan işçi qarışqaların yanında mütəmadi olaraq daha kiçik işçi qarışqaların gəzdikləri müşahidə edilmişdir. Əvvəllər bu vəziyyəti təsadüf hesab ediblər. Ancaq sonra bu hərəkətin səbəbi araşdırılmağa başlanmışdır. Uzun sürən araşdırmanın nəticəsi heyrətamizdir: qarışqalar əməkdaşlıq edirmiş.
Yarpaq daşıyan orta boylu qarışqalar, onların düşməni olan ağcaqanad növünə qarşı maraqlı müdafiə üsulundan istifadə edirlər. Ağcaqanadlar yumurtalarını yerləşdirmək üçün son dərəcə fərqli yer seçmişlər. Belə ki, yumurtalarını qarışqanın baş hissəsinə yerləşdirir. Yumurtadan çıxan bala ağcaqanadlar isə qarışqanın beyninə doğru irəliləyərək onun ölümünə səbəb olurlar.
Beləliklə, işçi qarışqalar yanlarında orta boylu qarışqalar- köməkçiləri olmadan hər an ağcaqanadların hücumuna məruz qala bilərlər. Adi halda üzərlərinə qonmaq istəyən ağcaqanadları qayçıya bənzəyən çənələri ilə uzaqlaşdırmağı bacaran qarışqalar yarpaq daşıyarkən bunu edə bilmirlər. Bunu köməkçi qarışqalar onların əvəzinə edir. Ağcaqanadın hücumu əsnasında bu kiçik qoruyucular yarpağın üzərindən düşmənə qarşı mübarizə aparırlar.
Bir neçə xüsusiyyətindən bəhs etdiyimiz atda qarışqaları dünyadakı yüz minlərlə qarışqa növündən sadəcə biridir. Hər növün özünəməxsus xüsusiyyətlərini gördükdə bir daha Allahın yaratma sənətindəki bənzərsizlik özünü büruzə verir.
Doğrudan da, gecə ilə gündüzün bir-birini əvəz etməsində, Allahın göylərdə və yerdə yaratdıqlarında (Allahdan) qorxan adamlar üçün dəlillər vardır. (Yunus surəsi, 6)