Yarpaqdan yanacaq əldə etdilər
ucgen

Yarpaqdan yanacaq əldə etdilər

2218

Elm adamları laboratoriyada karbohidrat əvəzinə avtomobil və təyyarələrdə də istifadə ediləcək yanacaq hasil edən yarpaq yetişdirib. “Daily Telegraph”ın verdiyi xəbərə görə, Qlazqo Universitetindən elm adamları laboratoriyada yetişdirdikləri bir yarpaqdan yanacaq əldə ediblər. “Turbo gücündə” tərif edilən bu yarpaq təbiətdəki yarpaqlar kimi fotosintezlə qidalanır. Ancaq fərq qidalanmasında deyil, hasil etdiyi maddədədir. Bu yarpaqlar fotosintezdən sonra karbohidrat deyil, avtomobil və təyyarələrdə istifadə ediləcək yanacaq hasil edir. Bundan əlavə, yarpağın hasil etdiyi yanacaq istehlak edildikdə atmosferə də artıq qazın buraxılmasının qarşısı alınar və ətraf mühitə ziyan dəyməz.

Bu qəribə kəşfə 2 il ərzində “incə əyar” müəyyən edəcəklərini açıqlayan tədqiqatçılar 5 il sonra yarpağın kütləvi istehsalına başlayacaqlarını və yeni alternativ enerji mənbəyi kimi gündəmə gələcəyini nəzərdə tuturlar.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr