Adnan Oktarın 18 may 2011 A9 Tv, Aks Tv və Tv Kayseridəki canlı söhbətindən
ADNAN OKTAR: Şeytandan Allaha sığınıram. Muminun surəsi, 96 "Pisliyi ən gözəl tərzdə uzaqlaşdır." Pisliyə pislik olmaz. Pisliyə sevgiylə, şəfqətlə cavab veriləcək, Allahın əmridir. Yaxşılıqla cavab veriləcək. Bir pis söz söyləyir, o da onun ciyərinə oturtdurur. O da ona bir şey söyləyir, bu dəfə sillə-yumruq bir-birlərinə girirlər. Halbuki, pis bir sözə gözəl cavab versən, şəxsə müsbət təsir edər. Bir daha gözəl cavab versən, yenə müsbət; üçüncüdə bir fövqəladəlik vardır. "Mən də gözəl əxlaqlı olum, mən də gözəl davranım" deyər, təəccübləndirmək lazımdır. "Və de ki: "Rəbbim, şeytanın vəsvəsələrindən Sənə sığınaram." Şeytan insana vəsvəsə verə bilər, Allaha sığınacaqlar. Dərhal özünü qapdırmağa ehtiyac yoxdur. Don-köynək küçəyə atılıb rüsvaylıq çıxarırlar, döyüşürlər. Allaha sığınıb, gözəl, mehriban bir rəftar göstərmələri lazımdır.