Bildiyimizkimi Çində 2009-cu ilin İyul ayında qəsdən və mütəşəkkil şəkildə Şərqi Türkistan xalqına qarşı zülm, təzyiq və qırğın siyasətitətbiq olundu. Müxtəlif bəhanələrlə meydana çıxarılan bu hadisələr nəticəsində minlərlə Uyğur vətəndaşı küçələrdə, insanların gözləri qarşısında qətl edildi. Bu qırğınla bağlıxüsusi görüntülər, saytımızda yayınlanmışdır.
Hal-hazırda Çin, yeni qırğınlara zəmin hazırlamaq üçünmüxtəlif bəhanələrdən istifadə edir. Yuxarıdaaçıqladığımız kimi Uyğur Türklərinin daha çoxyaşadığı Şərqi Türkistanın keçmişpaytaxtı Kaşğar, Çin əsgərləri tərəfindən demək olar tamamilə mühasirəyə alınmışdır. Şəhər buldozerlərlə dağıdılır, Uyğur Türkləri buradan məcburi sürgün edilir. Çin hökuməti isə bu dağıntıya, Kaşğar şəhərinin guya zəlzələlər nəticəsində zərər çəkdiyikimibəsit bəhanələr gətirir. Halbuki şəhər, təxminən 2500 illik tarixə malik, 1000 il yaşı olan saysız-hesabsız tarixi abidələrə sahib olanbir şəhərdir. Buradakı tarixi tikili və abidələr əsrlər boyu dəfələrlə zəlzələ və təbii fəlakətlərə məruz qalmışdır. Bütün bunlara baxmayaraq butikililər əsrlərdir heç bir zərər çəkməmişdir. Bu səbəbdən tarixi gözəlliklərin dağılması üçün zəlzələlərin əsas gətirilməsi son dərəcə məntiqsizdir.
Üstəlik zəlzələlərə qarşı tədbir görülərkən mövcud bina və tarixi əsərlərin zəlzələlərə qarşı gücləndirilməsi, sağlamlaşdırılması lazımdır. Zəlzələyə qarşı tədbir görmək məqsədi ilə bir şəhərin bütün tarixi tikililərini məhv etməkbu günə qədər görünməmiş hadisədir.Oradakı Uyğur xalqının ulu babalarından miras qalmış bu torpaqlarından sürgün edilməsinin heç bir izahı yoxdur.
Ona görə dəÇin Hökuməti tərəfindən gətirilən bu səbəb bəhanədən başqa bir şey deyil. Çin hökuməti bu bəhanəndən istifadə edərək Kaşğar şəhərini bir Çin diyarına çevirməyi, oranı Uyğur Türklərindən təmizləməyi və oradakı türk-İslam mədəniyyətini ortadan qaldırmağı planlayıb. Çin xalqının şəxsi istəkləri ilə gəlib Kaşğarda yaşamasına isə Uyğur Türklərinin heç bir etirazı yoxdur. Quran əxlaqına uyğun olaraqmülayim, mehriban, şəfqətli,gözəl xasiyyətli Uyğur Türklərinin Çinlilərə qarşı düşmənçilik hissiyoxdur. Onlarla birlikdə yaşamaqdan, qonşuluq əlaqələrini genişləndirməkdənnarahat deyillər. Ancaq buradakı əsasməsələ, Çin rəhbərliyi tərəfindən Uyğur xalqının evləri dağıdılaraq bölgəni tərk etməyə məcbur edilməsi və onların yerinə isə Çinin başqa bölgələrindən yenə də məcburi şəkildə insanların gətirilib yerləşdirilməsidir. Belə bir hərəkətin hüquq, ən elementar insan haqqlarıyla və demokratiya ilə uyğun gəlmədiyi aşkardır. Aydındır ki, bu,məcburiyerdəyişmə və sürgündür siyasətidir. Öz yurdlarından çıxmaq istəməyənlərə isə şiddətli təzyiq göstərilir.
Bu mənada Çindəki bu haqsız vəhşilik siyasətinibütün Avropa dövlətləri və Amerikanın, uzaqdan seyr etməməsi, təcili olaraq bu mövzuda tədbir almaları, bu hadisəni gündəm halına gətirmələri lazımdır. Nəticədə, kütləvi ictimaiqınaq və reaksiyalarÇinin bu mövzuda özbaşına davrana bilməyəcəyini göstərəcək və Uyğur Türklərinə tətbiq olunan bu təzyiq siyasəti daha da kəskinləşmədən sona çatacaq. Birləşmiş Millətlər Təşkilatı, Avropa Birliyi və bütün dünya təşkilatları, müxtəlif qurumlar və şəxslər bu mövzuda təcili olaraq lazımi tədbir almalıdırlar.