İnsanların bir qismi zülm etməyə, əzab verməyə meyillidirlər. Allah ayədə bu insanların əllərinə güc keçəcəyi təqdirdə nə qohumluq əlaqələrini, nə də insani dəyərləri əhəmiyyətli görəcəklərini, əksinə hər cür zülmü edəcəklərini bildirir və möminləri belə xəbərdar edir:
Bu insanlar əllərində güc olmadığı və ya tək qaldıqları zaman qorxduqlarından və çarəsizlikdən sakit görünürlər. Əllərinə imkan keçəndə isə insanlara əziyyət vermək, mərhəmətsiz və vicdansız davranmaqdan geri qalmır, hətta anlaşılmazlıq olduğu zaman dava etməkdən belə çəkinmirlər. Bu insanlar şeytanın təsiri altında olduqları üçün sevgi hissini əsla yaşaya bilməzlər. Başda uşaqlar və qadınlar olmaqla, insanlara qarşı olduqca mərhəmətsizdirlər. Bu insanlara görə, qadınlar əxlaqsızlığa meyillidirlər və bunun üçün onlara qarşı sərt tədbirlər görülməli və nəzarət altında saxlanılmalıdırlar. Uşaqlar isə diqqət yetiriləcək varlıqlar deyil. Qadınların zərif və gözəl görünüşlərini, uşaqların şirinliklərini Allah’ın təcəllisi olaraq görmədikləri üçün bu gözəl varlıqlara qarşı davranışları həmişə mərhəmətsizdir. Bu insanlar sadəcə özlərini bəyəndiklərinə görə əzəmət, qürür və təkəbbür hissləri çox qabarıqdır. Bəzən təvazökar olmağa çalışsalar da, özlərini çox bəyəndikləri və qürur içində yaşadıqları üçün göstərdikləri saxta təvazökarlıq hissinin səmimiyyətsizliyi dərhal üzə çıxır. Bu insanların üzündə bir nursuzluq mövcuddur və Quran əxlaqından uzaq, şirk içində yaşadıqları asanlıqla aydın olur.
Təvazökarlıq səmimi möminlərin təbii ruh halıdır
Təvazökarlıq sevgi, mərhəmət və şəfqətin ən vacib şərtlərindən biridir. Çünki təvazökar insanın qarşısındakına verdiyi dəyər dərhal hiss edilir. Bu səbəbdən, belə insanların yanında hamı rahat olur. Bu əxlaqa sahib olan insan özünə verilən nəsihətləri canla-başla dinləyər, heç bir mövzuda “ən düzünü mən bilirəm” iddiasında olmaz, təkəbbürlülük etmədən dərhal ən gözəl əxlaqı göstərər. Doğru olana qarşı çıxmaz, yanlış olana isə qəzəblənməz. İnsanların problemlərinə qarşı diqqətli və incə düşüncəli olar. Heç bir mövzuda üstünlük iddiası olmadığı üçün “əvvəl o sevgi göstərsin, əvvəl o salam versin, o mənimlə danışsın” kimi təkəbbürdən qaynaqlanan düşüncələrə qapılmaz. Qarşısındakı insan sərt və təkəbbürlü olsa belə, təvazökar davranar. Hər kəsin fikrinə hörmət edər, salam verənin salamına ən gözəl şəkildə cavab verər, hər kəsə sevgi və hörmət bəsləyər. Qısası, Quran əxlaqının gətirdiyi təvazökarlıq hər fikrə açıq, heç bir mövzuda təkəbbürlülük göstərməyən, hər zaman qarşısındakı insanlara müsbət təsir edən, onlara hörmət edən və dəyər verən insan modeli meydana gətirir. Bu səbəbdən, təvazökar insanlar çox sevilirlər. Allah möminlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirir:
Uca Allah Ali İmran surəsində peyğəmbərimizin təvazökarlığı və mülayimliyinin bir nəticəsi kimi insanların onun ətrafında toplandığını belə bildirir:
Hər insan ölümə məhkumdur. Qapqaranlıq torpağın altında ən əzəmətli insan belə toz-torpağa çevrilir.
Bəzi insanlarda əzəmət və qürur hissinin olması böyük möcüzədir. Çünki ağılla düşünən və hər gün acizliyini görən insan bu davranışı göstərməməlidir. İnsan səhər yuxudan ayıldığı andan etibarən dəfələrlə acizliyini, zavallılığını və əskiklikliyini görür. Hər gün özünün səliqəsinə, geyiminə ciddi şəkildə baxdıqdan sonra çölə çıxa bilir. Buna baxmayaraq, əzəmətini beyninin içində kiçik bir nöqtədə - görmə mərkəzində yaşayır. Beyninin içinə həbs edilmiş həyatına və acizliyinə baxmayaraq, qürur və əzəmət hissinə qapılması, hətta bu hisslə ətrafına zərər verməsi, bağırıb-çığırması, insanları kiçik görməsi möcüzədir. Allah insanın bu sapqın əxlaqını ayədə belə bildirir:
Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik. Onlar onu daşımaqdan imtina etdilər. Lakin insan onu boynuna götürdü. Doğrudan da, o, zalım və cahildir. (Əhzab surəsi, 72)
İnsanların bir qisminin maddənin gerçəyini qavramaması, yəni heç vaxt təmasda olmadıqları xarici dünyanın beyinlərinin içində kiçik bir yerdə meydana gəldiyini qarvaya bilməmələri bir yana dursun, bir gün öləcəklərini belə unudurlar. Halbuki hər insan ölümlüdür. Ən məşhur insanlar da bir gün öləcək və qaranlıq torpağın altında sür-sümük olacaqlar. Lüks geyimlər, xoş ətirlər, gözəl evlər, maşınlar və heç ölməyəcəkmiş kimi təkəbbürlü yerişlər torpağın altında yox olur. Orada insan heç tərpənmədən, səssiz və qaranlıq yerdə qalır. Rəbbimiz insanların öləcəklərini, torpağın altındakı dərin səssizlik və qaranlığı bir ayədə belə xatırladır:
Biz onlardan əvvəl neçə-neçə nəsilləri məhv etdik. Heç onlardan kiminsə (mövcudluğunu) hiss edir və yaxud onlardan bir hənirti eşidirsənmi? (Məryəm surəsi, 98)
Mülayim, təvazökar olmaq Quranda Allah’ın öydüyü bir davranışdır. Təvazökar mömin digər möminlərə etibar və şövq verir. Təvazökarlıq insanın sahib olduğu bütün xüsusiyyətləri Allah’a borclu olduğunu bilməsi, Allah’dan başqa heç bir güc olmadığını qəbul etməsi ilə olur. Bu şüura sahib olan insan nə qədər gözəl, müvəffəq, dövlətli, ağıllı və ya güclü olsa da, bunların Allah’ın verdiyi keçici xüsusiyyətlər olduğunu, özü üçün bir imtahan vəsiləsi və səmimi əməl fürsəti olduğunu bilir. Sahib olduğu heç bir xüsusiyyət onun qürurlanmasına, böyüklənməsinə səbəb olmaz. Bu üstün əxlaq Allah’ın ruhunu daşıyan, Onun yer üzündəki xəlifəsi olan möminlərə hörmət və təvazökarlıq şəklində əks olunur. Quranda bu əxlaqa sahib möminlər “...Sən də (Allah’a) itaət edənlərə (təvazökar olanlara Cənnətlə) müjdə ver!” (Həcc surəsi, 34) ayəsilə öyülmüş və müjdələnmişlər.
Adnan Oktar: “Sevgini, mərhəməti və şəfqəti insanlara unutdurublar”
Adnan Oktar: “Sevgini, mərhəməti, şəfqəti insanlara necə də unutdurublar, təəccüblüdür. Məsələn, baxın Şeyx Nazimə. Sevgi, şəfqət, mərhəmət, məhəbbət möhtəşəmdir onda, çox gözəldir, maşaAllah. İnsanlarda sevgini, şəfqəti, mərhəməti ən yüksək mərtəbəyə gətirmək lazımdır. İnternetlə qəddarlığı, həsədi, çirkinliyi yaymağa çalışanlara qarşı həmişə sevgi ilə cavab verərək gözəl örnək olub, israrla o gözəlliyi mühafizə etmək lazımdır. Yəni sizi qəzəbləndirsələr, tərs üslubla danışsalar belə, Quranla, ayə ilə, sevgi üslubu ilə danışın ki, həqiqətən iman gətirdiyinizi görsünlər. Çünki qəzəb çox asandır. Çirkin sözlər çox asandır və insanları çirkinləşdirir, ruhunu qaraldır. İlk növbədə onu deyən insanları qaraldır.
Diqqətli olun, ağzı xoş olmayanlar çox çirkinləşirlər, çox çökürlər. Allah nəşələrini bitirir, sağlamlıqlarını alır. Onların ya ürəkdən bir narahatlıqları olur, ya da beyinlərinə bir şey olur. Təbii, imtahanın tələbi olaraq müsəlmanda da olar, amma onlarda daha ziyadə olur, inşaAllah.
Gözəl əxlaq insanı gəncləşdirir, gözəlləşdirir. Gözəl əxlaqlı olmaq lazımdır, sevgi dolu olmaq lazımdır”. (Adnan Oktarın 29 fevral 2012-ci il tarixli A9 TV müsahibəsindən)