VASİ - Hər şeyi əhatə edən, geniş olan
ucgen

VASİ - Hər şeyi əhatə edən, geniş olan

48623

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah`ın lütfüdür, onu istədiyinə verər. Allah əhatə edəndir, biləndir. (Maidə surəsi, 54)

 
Allah`ın genişliyi bütün kainatı əhatə etmişdir. Yoxluqdan varlığı yaradan Allah məkana tabe deyil, bütün məkanlardan münəzzəhdir. Çünki məkanı da yaradan Allah`dır. Bəzi cəmiyyətlərdə Allah`ın göylərdə olduğu düşüncəsi hakimdir. Allah`a dua etdiklərində insanlar üzlərini göyə çevirərək batil bir inanca yönəlirlər. Həqiqət isə Quranda bildirilmişdir:
 

“Məşriq də, məğrib də Allah`ındır! Hansı səmtə yönəlsəniz, Allah`ın üzü orada olar. Həqiqətən, Allah əhatə edəndir, biləndir”. (Bəqərə surəsi, 115)

 
Halbuki, Allah Quranda göylərin və yerin Rəbbi olduğunu bizlərə bildirir. Bütün genişliyə sahib olanın da Özü olduğunu söyləyir. Allah hər yeri əhatə  etmişdir. Allah`ın mülkü genişdir. Nemətləri tükənməz, rəhmətinin sərhədi yoxdur, bağışlaması da çox geniş olandır. Qullarının bütün ehtiyaclarını onlar heç bir şey etmədən qarşılayan Allah`ın rəhməti və mərhəməti sonsuzdur.
 
“Qəyyum” sifəti xüsusilə möminlər üzərində çox təcəlli edir. Yuxarıda da ifadə etdiyimiz kimi, Allah`ın rəhməti və mərhəməti son dərəcə genişdir. İnanan qullarını rəhməti ilə əhatə etmişdir və dünyada onları bütün düşmənlərdən qoruyur. Məsələn, insanlardan bəziləri dinə zərər vermək qəsdi ilə möminlərə nemətlərin gəlməsinə mane olmağa, onlara çətinlik yaratmağa çalışırlar. Münafiqlər: “Allah`ın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!" (Munafiqun surəsi, 7) - deyərək inananlara zərər verə biləcəklərini zənn edirlər. Halbuki, münafiqlərin görməzlikdən gəldikləri bir gerçək var: Allah dilədiyi qulunu geniş rəhmət xəzinəsindən zəngin edər. Çünki göylərin və yerin xəzinələri Onundur. Allah`ın geniş rəhmət sahibi olduğu bir ayədə belə bildirilir:
 

Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud Rəbbinizin yanında sizə dəlil gətirməsinlər”. De: “Şübhəsiz ki, doğru yol Allah`ın haqq yoludur!” De: “Şübhəsiz ki, lütf Allah`ın əlindədir və onu istədiyinə verir! Allah əhatə edəndir, biləndir”. (Ali-İmran surəsi, 73)

 

Göylərdə və yerdə nə varsa, Allah`ındır. (Bu, Allah`ın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə  mükafatlandırması üçündür. Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin  qorxduğunu yaxşı bilir. (Nəcm surəsi, 31-32)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr