Kommunizmin yalnız köhnə kommunist ölkələrdə müəyyən çərçivə daxilində fəaliyyət göstərdiyini iddia etmək böyük səhvdir. Çünki hazırda dünyanın bir çox ölkəsində, hətta İslam Cümhuriyyəti adlandırılan dövlətlərdə bu sistem hökumətin bütün müəssisələrində təsir gücünü qoruyub saxlamaqdadır. Son zamanlar Yaxın Şərq və Şimali Afrikanın bəzi ölkələrində meydana gələn və Ərəb Baharı adlandırılan münaqişələr bu rejimin necə böyük təhlükə olduğunu göstərir.
Məlumdur ki, Misir, Suriya, Liviya, Fələstin və İraq kimi ölkələrdə idarəetmə ərəb sosializminə əsaslanır. Bu ölkələr uzun müddət Marksist ideologiya üzərində qurulan kommunist sistemin güclü təsiri altında olmuşdur. Hadisələrə kənardan nəzər yetirdikdə aydın olur ki, sözügedən ölkələr zahirən fərqli rejim və ad altında fəaliyyət göstərsələr də, əslində, Marksist-Leninist ideologiya heç vaxt pəncələrini bu dövlətlərin sistemindən çəkməmiş və kommunizmin təsir gücü əsla zəifləməmişdir.
Bu dövlətlər dünyadakı iki blokdan birinin, yəni Rusiya və Çinin liderlik etdiyi kommunist blokun təmsilçiləridir. Digər blok isə Amerikanın liderlik etdiyi kapitalist liberal blokdur. Məsələn, bu kommunist blokun ən əhəmiyyətli təmsilçilərindən biri olan İranda İslam Cümhuriyyəti adı altında Marksist-kommunist rejim fəaliyyət göstərir. Xatırladaq ki, İran İslam Cümhuriyyəti inqilab nəticəsində qurulmuş dövlətdir. Bu inqilabın həyata keçməsində kommunist partiya bilavasitə özü iştirak etmişdir. Partiyanın ən ümdə məqsədi isə dövlətin əsasına kommunizmi yerləşdirmək idi. Bunu partiyanın tədbirlər planından da açıq şəkildə anlayırıq. “İnqilab” sözü özlüyündə kommunist məfhumdur. İslam və inqilab sözləri bir-birinə tamamilə zidd məzmunludurlar. Dolayısı ilə, “İran İslam Cümhuriyyəti” adı altında İslam deyil, kommunist hakimiyyət fəaliyyət göstərir.
Kommunist rejim hakimiyyətin bütün sahələrinə hakim kəsildiyi üçün xalqın müsəlman olması, şəxsiyyət vəsiqələrində müsəlman yazılması və yaxud dövlətin İslam Cümhuriyyəti adlandırılması kommunistlər üçün heç bir əhəmiyyət kəsb etmir. Bu ölkələrdə Darvinist, materialist və kommunist ideologiyanın bütün tələblərini rahat şəkildə həyata keçirən kommunistlərin qarşısında heç bir əngəl yoxdur, hələ də hegemonluqlarını qoruyub saxlamaqdadırlar.
Kommunist ittifaqın davamçılarından olan Şanxay Əməkdaşlıq Təşkilatı Yaxın Şərqin əksər ölkələrini öz təsir dairəsinə daxil etmişdir. Bu ölkələrin xarici siyasətinə nəzər yetirdiyimiz zaman kommunist ideologiyaya xidmət etdiklərini açıq-aşkar görürük. Məsələn, İran, Suriya, Misir və digər dövlətlər kommunist ölkələrlə sıx əməkdaşlığa imza atmışdır. Ölkə rəhbərliyində Darvinist ideologiya hakimdir. Təhsil ocaqlarında bu fəlsəfə icbari şəkildə tədris olunur, insanlar kommunist ruhda yetişdirilir. Osmanlı hakimiyyətindən qalan Əhli Sünnətə məxsus sevgi dolu, istiqanlı, dostyana üslubun yerini sevgi və şəfqətdən uzaq, təcavüzkar, müharibə və savaş eşqi ilə yanan, qan tökməkdən həzz alan kommunist sistem tutmuşdur (Burada tənqid etdiyimiz insanlar kommunizmin qanlı siyasətini həyat tərzinə çevirən və bunun yayılmasında heç bir təhlükə görməyən insanlardır. Qəlbi İslam əxlaqının gözəllikləri ilə dolu olan, vicdanla hadisələri dəyərləndirib bu sistemin zülmü qarşısında çarəsiz qalan dəyərli bacı və qardaşlarımızı tənzih edirik).
Məsələn, hazırda Suriyada davam edən qanlı döyüşlərin tək səbəbi kommunizm kimi azğın sistemin tərtəmiz müsəlmanlara güclə qəbul etdirilməsidir. Buradakı vətəndaş müharibəsi media tərəfindən məzhəblər arasında baş qaldırmış münaqişə kimi qələmə verilsə də, əslində, Suriyada gedən qanlı müharibə kommunistlərlə müsəlmanların toqquşmasından qaynaqlanır. Suriya hökuməti dövlətin sabiq prezidenti Hafiz Əsədin hakimiyyət illərindən bəri Marksist-kommunist sistemlə idarə olunur. Məhz bu cəhəti ilə Suriya dövləti Ərəb sosializminin öndərlərindən hesab olunur.
Xatırladaq ki, Sovet İttifaqı ilə sıx əməkdaşlıq edən Hafiz Əsəd hakimiyyəti illərində Ərəb Sosialist Bəəs Partiyasının dəstəklədiyi kommunist ideologiyasından başqa bütün siyasi ideologiyalara qadağa qoymuşdu. Bütün İslami fəaliyyətlərə məhdudiyyətlər tətbiq edilmiş, İslam liderləri həbs edilərək şəhid edilmiş, müsəlmanlar böyük təzyiq, zülm və işgəncələrə məruz qalmışdılar. 1982-ci ildə Hafiz Əsəd və Rifat Əsəd Suriyanın Həma və Human şəhərlərində 40 mindən çox müsəlmanın qətlində bilavasitə iştirak etmişlər. Hazırda Hafiz Əsədin oğlu Bəşər Əsədin başçılıq etdiyi Suriya dövlətində hər gün baş verən qətl hadisələri, ölkəyə hakim olan sosialist-kommunist ideologiyada heç bir dəyişiklik olmadığını sübuta yetirir. (Ətraflı məlumat üçün http://www.arapalemindedarwinistfitne.com/ saytına müraciət edin)
Ölkədə hələ də Hafiz Əsədin Bəəsçi zehniyyəti hakimdir. Suriya dövləti, demək olar ki, Rusiya tərəfindən idarə olunur. Ölkənin əksər mütəxəssisləri ruslardan ibarətdir, eyni zamanda gənclər və zabitlər adətən Rusiyada və ya Çində təhsil alırlar. Ölkə əhalisinin əksəriyyəti rus və çin dillərini orta səviyyədə mənimsəmişdir. Rusiyanın əksər bölgələrində suriyalılara rast gəlmək mümkündür. Çünki bu kommunist əməkdaşlıq və təşkilat uzun illərdir mövcudluğunu qoruyub saxlamışdır. Hazırda Suriyada baş verən qarışıqlıqlar müsəlmanların bu kommunist sistemi tamamilə məhv etmək cəhdidir. Suriya ilk dəfə kommunizmə qarşı belə qəti və güclü müqavimətlə rastlaşır. Hədəflərini itirən dövlət bütün dünya qarşısında öz xalqını vəhşicəsinə qətl etməkdən çəkinmir.
Şanxay Əməkdaşlıq Təşkilatının hakimiyyəti təkcə Yaxın Şərqlə məhdudlaşmır. Məsələn, İslam ölkələri olan Misir, Mərakeş, Tunis və Əlcəzairdə kommunist partiyalar hakimiyyətin böyük hissəsini öz əlində cəmləmişdir. Şimali Afrika ölkələrində isə idarəetmə tamamilə kommunist partiyaların nəzarəti altındadır. Eyni zamanda Cənubi Amerika ölkələrində də kommunist sistem hakimdir. Çin, Vyetnam, Laos, Kamboca kimi ölkələrdə II Dünya müharibəsindən sonra kommunist rejimin fəaliyyətində heç bir dəyişiklik baş verməmişdir. Bütün bunlardan gəldiyimiz nəticə ondan ibarətdir ki, kommunist ideologiyanın ən əhəmiyyətli təmsilçilərindən olan Şanxay Əməkdaşlıq Təşkilatı dünyanın bir çox bölgəsinə hakim kəsilmişdir.
Kommunizmin dünyadakı hegemonluğunu nəzərə aldıqda təhlükənin nə dərəcədə böyük olduğunu dərk etmək heç də çətin deyil. Şanxay əməkdaşlığına daxil olan bəzi İslam ölkələrində yaranan xaos, nüvə silahından istifadə təhlükəsi, İran və digər ərəb ölkələrinə hakim kəsilən narahatlıq qısa müddətli tədbirlərlə yanaşı uzun müddətli həll yollarının tapılmasını labüd edir. Məsələn, hazırda qan gölünə dönən Suriya dövlətinə və hər hansı təhlükə anında İrana BMT, NATO, AŞ, Amerika və Avropa ölkələri tərəfindən ilkin tədbir kimi embarqo tətbiq olunsa, bu problemin qısa müddətli həlli rolunu oynaya bilər. Lakin bu tədbir kommunist rejimi məhv etməyə qadir olmadığı üçün heç vaxt problemin birdəfəlik həllini təmin edə bilməz. Birdəfəlik həll yolu kommunist zehniyyətin, beyinlərdəki azğın materialist düşüncənin, yəni ideologiyanın məhv edilməsidir. Böyük kütlələrin beyinlərinə yeridilən bu materialist, Darvinist və kommunist ideologiya uzun illər geniş miqyaslı tədris və təbliğat sayəsində formalaşmışdır. Bu ideologiyanı yer üzündən silmək də yenə ancaq maarifləndirmə, ciddi mədəni səfərbərlik və böyük elmi fəaliyyətlər nəticəsində mümkün olacaqdır. Bu fəaliyyətlərdən ən əhəmiyyətlisi isə kommunizmin təməlini formalaşdıran Darvinizmin böyük saxtakarlıqlarını ifşa edən elmi dəlillərini meydana çıxartmaq və kommunist zehniyyətin qoyduğu saxta tələblərin heç bir əsasının olmadığını sübuta yetirməkdir. Beyinləri zəhərləyən bu azğın inanc məhv edildikdə zülm, qətliamlar, nifrət və münaqişələrin heç bir təməli qalmayacaq, kommunist əməkdaşlıqlar yer üzündən silinəcək və insanlar sevgi ilə yaşamağı öyrənəcəklər.