2003-cü ildə Koalisiya qüvvələrinin İraqa girməsini dəstəkləməyən Türkiyə qərb mediası tərəfindən kəskin surətdə tənqid edilmişdi. NATO nümayəndəsinə yaraşmır dedilər, beynəlxalq təhlükə tezisini müdafiə etdilər. Türkiyənin fərqli davranışı çoxunu hiddətləndirdi. Belə ki, son zamanlarda “Türkiyəyə embarqo tətbiq edək” deyənlər o vaxt da sözlərini əsirgəmirdilər.
ABŞ Somali və Yəməndə terrorist mərkəzləri bombalayaraq məhv etmə üsulundan istifadə edərkən Türkiyənin münasibəti yenə də fərqli idi. Türkiyə onları inkişaf etdirmək və demokratikləşdirmək üçün orada içtirak edirdi.
Əfqanıstana NATO koalisiyasının daxilində əsgər göndərənlər arasında Türkiyə də var idi. Amma əfqan xalqı onları xarici qüvvələrdən qoruyan faktor kimi qəbul etdikləri türk əsgərinə sarıldılar, onları himayədar kimi gördülər.
Suriya daxili münaqişəsi ilk dəfə başlayanda Qərb səssiz qaldığı halda, Türkiyə diplomatik həll axtarışında idi. İllər keçib daxili münaqişələr dəhşətli vəziyyətə gəldikdə isə Türkiyənin Suriya problemini həll etməsi üçün bütün məsləhətləri cavabsız, ölkə də sahibsiz qalmışdı.
Türkiyə Qərbin Yaxın Şərq siyasətini dəfələrlə yoxladı və heç birində Qərbə güvənmədi. Çünki Qərb Yaxın Şərqdə sadəcə təzə təkmilləşdirdiyi silahları yoxlayır, qanın qarşısını ala bilmirdi. MENA məsələsində isə Türkiyənin davranışı həmişə fərqli oldu. Daima haqlı olan, özündən kömək gözlənilən, demək olar ki, hər böhranda təşəbbüsləri və fəaliyyətləri ilə seçilən Türkiyə oldu.
Bəs niyə?
Bəli, Türkiyə bir NATO ölkəsidir. Türkiyə NATO-nun yeganə müsəlman ölkəsidir. NATO-nun yeganə Yaxın Şərq ölkəsi... Türkiyə bölgənin ölkəsidir... Münaqişələr Türkiyə sərhədlərində baş verir. Türkiyə qanlı ərazilərdən 1300 km-lik nazik sərhəd xətti ilə aralanır. O xəttdən 100 metr uzaqda ya əli qanlı İŞİD-in, ya da əli qanlı PKK-nın, yaxud da Əl Nüsranın, əli qanlı Əsədin qüvvələrinin bayrağı dalğalanır. Bunu bu ərazinin peykdən görüntülərindən, ya da xəritədən baxan digər NATO ölkələrinin anlaması o qədər də asan deyil.
2012-ci ildə ABŞ-ın NATO-dakı sabiq təmsilçisi Nikolas Börns Türkiyənin NATO üzvlüyünün əhəmiyyətli olduğunu izah edib və "Türkiyəyə haqqı olan təsirə sahib olmaq imkanları təqdim etməliyik" demişdi. Bu sözlər əhəmiyyətli və xüsusilə bu anda diqqət edilməli olan sözlərdir. Çünki Türkiyə bölgəni yaxşı tanıyan, İslam dini və bölgənin mədəniyyəti ilə iç-içə olan, yaşadığı təhlükəni çox yaxşı analiz edən və eyni zamanda qərb ittifaqının bir hissəsi olan NATO ölkəsidir. Yaxın Şərqdə heç bir böhranı müvəffəqiyyətlə həll edə bilməyən Qərb bombalama üsullarını israrla tətbiq etməkdənsə, türk hökumətinin qətiyyətlə üzərində dayandığı "diplomatik həll" mövzusunu dinləməlidir. Bölgədə ən böyük risk altında olan və İraq və Suriyadan axın edən yarım milyondan çox qaçqın saxlayan tək ölkənin Türkiyə olduğu və diplomatik həll ilə "bir məlumatı olduğu" unudulmamalıdır.
Türk girovların sərbəst buraxıldıqdan sonra Türkiyənin bir döyüş koalisiyasının içində olmasının zəruri olduğunu yazanlar, hətta eynilə İraq işğalında olduğu kimi "Türkiyəyə embarqo tətbiq" deyə ortaya çıxanlar yenə yanılırlar. Keçmişdəki səhvi təkrar etməməli, yalnız günahsızları vuran, terrorun yox edilməsində heç bir köməyi olmayan bombardman məntiqini tərk etməlidirlər. Qərb bunu başa düşməlidir ki, vuruşmaq üçün bir araya gəlmiş bir koalisiya İŞİD kimi təşkilatların gözlədiyi bir hücumun qığılcımıdır. "Daha nə qədər irəli gedə bilərlər" deyə düşünənlər yanılırlar, bu vəhşiliklər daha şiddətli dərəcəyə gəlib çıxa bilər və bunu tətikləyən atılan mərmilərdən başqa bir şey olmayacaq. Bunun üçün Qərb sınaqdan keçirilən və uğursuz olan zorakı qüvvələrin üsullarını yox, bölgəni tanıyan, həqiqi İslam ilə yanlış İslam anlayışını ayırd edəcək ideologiyaları tətbiq etməlidir.
Bu məqamda PKK terror təşkilatının bir qolu olan PYD-nin Suriyada 60-dan çox kəndi və əllərindəki silahları İŞİD-ə yalnız bir gündə təslim etdiklərini xatırlatmaq lazımdır. Nəticənin belə olacağını iki həftə əvvəl “Ignoring the cost of arming PKK” başlıqlı yazımda qeyd etmişdim. PYD arxasına baxmadan qaçarkən geridə buraxdığı 160 min suriyalı kürd hal-hazırda Türkiyənin qonağıdır. İraq və Suriyadakı bir çox kürd də İŞİD-ə qoşulursa, Qərbin PKK-ya silah kömək etməsi sadəcə bir hekayə ola bilər. PKK-nın İŞİD qarşısında hər dəfə məğlub olması və Amerika və Avropa istehsalı silahları İŞİD-in əlinə təslim edəcəyi mütləqdir. Qərb necə bir ideologiya ilə qarşı-qarşıya olduğunu və bunun bir ideologiya müharibəsi olduğunu yaxşı düşünməlidir.
Türkiyə isə qərb koalisiyasının içində yol göstərici, diplomatik həll yollarını açan bir güc olmalıdır, lakin vuruşmaq üçün deyil. Ölənin və öldürənin müsəlman olduğu, Yaxın Şərqi viran qoyan və vəhşi sistemə tərk edən, buna da çöldən mərmilərlə dəstək verən bir ssenarinin parçası olmamalıdır. Zənnimcə olmayacaq da. Bir tərəfin vəhşiliyinin qaynağı ideologiya ikən, ideologiyasını bir kənara buraxıb silahını əlindən almağa çalışmaq heç dayanmadan edilən və həmişə nəticəsiz olan bir təcrübədir. Bu təcrübədən faydalana bilməyən Qərb, ümid edirik ki, Yaxın Şərqin ürəyini bilən bir NATO ölkəsini bu dəfə dinləyər və ümid edirik Türkiyə səhv İslam anlayışını doğru İslam ilə dəyişdirəcək bir təhsil sisteminin qabaqcılı ola bilər.
Adnan Oktar'ın Arab News ve National Herald Tribunedə nəşr edilən məqaləsi: