İnsanı gündəlik həyatda gizli eqoizmə sürükləyən səbəblər hansılardır?
Nəfs insanı gizli şəkildə necə eqoizmə sürükləyir?
Eqoizm nəfsdə olan və insanın həyatı boyu çox böyük diqqətlə çəkinməli olduğu pisliklərdən biri olub insanın özünün belə təxmin etmədiyi pis əxlaqa, həyat tərzinə və yanlış məntiqə sürükləyən çox təhlükəli hissdir. Ən əsas xüsusiyyəti eqoizm olan şeytan da insanı həyatının sonuna qədər bu yöndən aldatmağa çalışır. Ona görə, insan eqoizmə qarşı çox diqqətli olmalıdır.
Nəfs insanı bir çox yollarla açıq-aşkar eqoizmə sürükləyə bilər və həmçinin gizli şəkildə, hiyləgərcəsinə bu hissi insana yaşada bilər. Bəzən nəfs çox doğru, rəhmani və faydalı davranışlardan gizli şəkildə insanı eqoistliyə çəkmək üçün istifadə edir. İnsanlara yaxşı işlər görməyi xatırlatmaq, faydalı tövsiyələr vermək, tənqid etmək kimi davranışlar buna misaldır.
Bütün bunlar Quran əxlaqına uyğun davranışlardır. İman gətirən insanın ətrafındakılara fayda verən, onların daha rahat və daha yaxşı yaşamasına səbəb olan maddi-mənəvi məsələlərdə fikrini söyləməsi çox gözəl davranışdır. Ancaq bəzən eqoist insan bu cür davranışlarla eqoizm hissini daha da bəsləyir. Daima başqalarının səhvlərini axtarıb tapmaq, səhvlərini düzəltmək, onlara ağıl vermək, doğru yolu göstərmək bu cür insanın özünü üstün görməsinə səbəb ola bilər. Ona bütün bunları etdirənin, insanların xeyrinə vəsilə edənin ancaq Allah olduğunu unutduqda bu davranışları ilə özünü ətrafındakı hər kəsdən üstün görür. Hətta bunun üçün çox vaxt insanın ətrafındakıları bu cür tənqid etməsinə, onlara istiqamət verməsinə və səhvlərini düzəltməsinə ehtiyac da olmur. Bəzən adi gündəlik söhbətlərdə ifadə edilən fikirlər, tövsiyələr və ya sadə təlimatlar belə bu insanların eqoizm hissini bəsləyir.
Bu vəziyyətə düşən insanlar nə qədər böyük təhlükə ilə üzləşdiklərini dərk etmirlər. Çünki səhv etdiklərini düşünmürlər. İnsanlara istiqamət vermək, ətrafına sözünü keçirmək, istəklərini etdirmək daxilən insanın eqoistliyini getdikcə artırır. Nəfsin bu xüsusiyyəti ancaq insanın eqoizm hissinə zidd vəziyyət əmələ gəldikdə üzə çıxır.
Nəfsin insanı gizli eqoizmə sürükləməsinin qarşısını almaq üçün çox diqqətli olmaq lazımdır
Eqoistliyə meyilli insan nəfsinin bu təhlükəsinə qarşı çox diqqətli olmalıdır. Bu cür insan nə qədər doğru olsa da, insanları idarə edən, onlara ağıl verən, tənqid edən deyil, idarə edilən, tabe olan, başqalarının verdiyi tövsiyələrə riayət edən mövqedə olmağı üstün tutmalıdır. Eqoizmini tamamilə əzdiyinə əmin olana qədər bu əxlaqın ona çox faydalı olduğunu unutmamalıdır. Xüsusilə də hər iki tərəf bənzər fikirlər irəli sürdükdə və ya haqlı olduqda bu cür insan öz haqqından keçib qarşı tərəfin fikirlərini və ya haqlı olduğunu qəbul etməlidir. Bütün bunlar bu insanın içindəki təvazökarlıq hissinin getdikcə güclənməsinə səbəb olar, özünü başqalarından üstün görmək istəyi və iddiası tədricən azalıb aradan qalxar və məzlum, ixlaslı, acizliyini dərk edən insana çevrilməsinə imkan yaradar.
Eqoizmə qapılma riski başqalarına nisbətən daha çox olan insanın bu cür tədbirlər görərək nəfsini tərbiyə etməsi ancaq Allah qorxusu, Allaha olan təslimiyyəti və itaətkarlığı ilə mümkün olar. Allahın bəyənmədiyi əxlaqa uyğun yaşamaqdan çəkinmə istəyi insanın nəfsini istədiyi kimi tərbiyə etməsinə səbəb olur.
Eqoizm insanı cəhənnəmə sürükləyir
İman gətirən insan anlayır ki, eqoizm təkcə gündəlik həyatdakı davranışlarına və ya insanlarla münasibətlərinə təsir etmir. Eqoizm şeytanı azdıran, onun (Allahı tənzih edirik) Allaha qarşı çıxmasına səbəb olan və əbədi Cəhənnəmə sürükləyən təhlükədir. Bu davranış şeytan kimi insanları da günaha, əxlaqının pozulmasına və Cəhənnəmə sürükləyən nəfsin pis xüsusiyyətidir. Uca Allah Quranda bu təhlükəni insanlara belə bildirmişdir:
Ona görə, bu həqiqəti bilən mömin nəfsinə çətin gəlsə də, eqoizmdən çəkinmək üçün əlindən gəldiyi qədər bütün tədbirləri görər və bunları həyata keçirmək üçün heç bir sıxıntı çəkməz. Unutmaz ki, Allah Ona itaət edən, hər an Rəbbimizə nə qədər möhtac olduğunu dərk edərək yaşayan, gözəl sözə tabe olmağı özünə təhqir qəbul etməyən, lovğalanıb insanlar üzərində hökmranlıq etməyə çalışmayan, məzlum, təvazökar, gözəl əxlaqlı qullarını sevir. Allahın Quranda təkəbbürlü, lovğa insanları sevmədiyini bildirir. Allahdan qorxaraq həyatının sonuna qədər Allahın bəyəndiyi əxlaqa uyğun yaşamaq üçün səmimi iradə göstərər.
Allah Quranda bu məsələdə qullarının necə davranmasını istədiyini belə bildirmişdir:
İnsanlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz! (Loğman surəsi, 18)
Möminlər təvazökar davranışları ilə gizli eqoizmi olan insanlardan fərqlənirlər
Quranda xəbər verilən “Bizim ayələrimizə ancaq ayələrimizlə öyüd-nəsihət olunduqları zaman səcdəyə qapananlar və təkəbbür göstərməyərək Rəbbini həmd-səna ilə təqdis edənlər iman gətirərlər.” (Səcdə surəsi, 15) ayəsindən imanın ən mühüm şərti və açıq-aşkar göstəricilərindən birinin lovğalanmamaq olduğu məlum olur. Möminlər də “Səcdə” surəsindəki bu ayənin tələbinə uyğun olaraq və Allahın lovğalıq edənləri sevmədiyini (Nisa surəsi, 36) bildikləri üçün daima təvazökar olurlar:
Din əxlaqı Allaha təslimiyyəti, təslimiyyət isə insanın acizliyini dərk etməsini tələb edir. Hər şeyin Allaha aid olduğunu və özlərinin Allah qarşısında qüsurlarını, acizliklərini bilən möminlər təbii olaraq Onun yaratdığı digər insanlara qarşı da təvazökar davranırlar.
Eqoist və təvazökar davranışlar insanlar arasındakı münasibətlərdə də üzə çıxır. Möminlər Allaha olan itaətlərini Onun mömin qullarına qarşı göstərdikləri təvazökarlıqla göstərirlər. Sahib olduqları xüsusiyyətlərin heç birinin özlərinə aid olmadığını anlayırlar. Buna görə, daima şükür edir və əllərindəki hər şeyi Allahın istədiyi an geri ala biləcəyini unutmurlar. Özlərini yaradan sonsuz qüdrət sahibinin əzabından qorxur və Allahın sığınılacaq tək güc olduğunu bilirlər. İnananların bu təslimiyyətli ruhi halı və Allah qorxusu bir ayədə belə xəbər verilmişdir:
Möminlərin təvazökar davranışlarından gözəl nümunələr:
· Allah qarşısında acizliklərini bilirlər
· Allaha heç nəyi şərik qoşmurlar
· Allahın elçilərinə itaət edirlər
· Səhvlərində israr etmirlər
· Əldə etdiklərinə görə azğınlaşmırlar
· Dünyanı deyil, axirəti istəyirlər
· Heç kəsə istehza etmirlər
· Şeytanın yolu ilə getmirlər
· Təkəbbürlü insanlara boyun əymirlər
Gizli eqoizmi olan insanlar daxilən özlərinin ən ağıllı, ən haqlı olduqlarına əmindirlər. Öz gözlərində özlərini (Allahı tənzih edirik) ilahlaşdırıblar. Bu təqdirdə, hər hansı qüsuru və ya səhv etməyi qürurlarına sığışdıra bilmirlər. Ona görə, ətrafdakılara səhvlərini göstərməməyə çalışırlar. Buna görə də eqoistliklərinin üzə çıxmasını istəmir və bu xüsusiyyətlərinin bilinməsindən utanırlar. Bu cür insanlar ancaq Allahdan qorxmaq, Ondan çəkinmək əvəzinə insanların rizasını itirməkdən qorxurlar.
Gizli eqoizmə malik insanlar klassik eqoistlərdən fərqli olaraq daha zirəkdirlər. Onlar, əslində, nəyin doğru, nəyin yanlış olduğunu bilirlər. Eqoist davranışın digər insanlara mənfi təsir edəcəyini, onları qəzəbləndirəcəyini bilirlər. İnsanların razılığını qazanmağı üstün tutduqlarına görə, onların rizasını itirməmək üçün eqoistliklərini gizlədirlər. Təvazökarlığın yaxşı xüsusiyyət olduğunu bildikləri üçün təvazökar görünməyə çalışırlar.