TƏKAMÜL NƏZƏRİYYƏSİ YALNIZ BİR ALDATMADIR
ucgen

TƏKAMÜL NƏZƏRİYYƏSİ YALNIZ BİR ALDATMADIR

1984

"Təkamül nəzəriyyəsinin hamı tərəfindən qəbul olunan bir nəzəriyyə olmasının səbəbi bu nəzəriyyəni isbat edəcək kafi dəlilin olması deyil, ancaq digər alternativin yəni fövqəltəbii yaradılışın tamamilə qəbul edilməməsidir."  Zoolog D. M. S. Watson
 


Təkamül nəzəriyyəsini etibarsız edən daha bir çox elmi həqiqət vardır. Amma burada araşdırdığımız bölmədə ortaya çıxan nəticə çox açıqdır. Təkamül nəzəriyyəsi, yalnız materialist fəlsəfənin yaşadılması üçün müdafiə olunan, elm maskası geydirilmiş bir aldatmadır. Elmə deyil, fikir qarışdırmağa, təbliğata və saxtakarlıqlara əsaslanan bir aldatma...
Əvvəlki hissələrdəki bəzi  həqiqətləri belə yekunlaşdıra bilərik:
 
Təkamül Nəzəriyyəsi İlk Mərhələdə Çökmüşdür
Təkamül nəzəriyyəsi daha təməlindən çökmüş bir nəzəriyyədir. Çünki təkamülçülər hələ həyat üçün lazım olan tək bir zülalın belə, meydana gəlməsini açıqlaya bilmirlər. Ehtimal hesabları, fizika və kimya düsturları həyatın təsadüflərlə meydana gəlməsinin qeyri-mümkünlüyünü isbat etməkdədir.


Ortalıqda təsadüfən meydana gələ biləcək bir zülal yox ikən, bu zülalların milyonlarcasının təsadüflərlə, bir nizam içində birləşərək canlı hüceyrəsini meydana gətirmələri, bu hüceyrələrin yenə təsadüflərlə trilyonlarcasının bir yerə toplanaraq canlıları, bu canlıların balıqları, balıqların quruya çıxaraq sürünənləri, quşları və məməliləri meydana gətirmələri və beləliklə, yer üzündəki milyonlarla fərqli növün meydana gəlməsi sizcə məqbul və məntiqli bir iddiadırmı?
Siz inanmasanız belə, təkamülçülər belə bir nağıla həqiqətən inanmaqdadırlar.


Ancaq bu yalnız batil bir inancdan ibarətdir. Bu hekayələrini təsdiqləyəcək tək bir dəlilləri belə yoxdur. Nə yarı balıq-yarı sürünən, yarı sürünən-yarı quş kimi keçid formaları tapa bilmişlər, nə də son dərəcə inkişaf etmiş laboratoriyalarda bir zülalın, hətta zülalın quruluşundakı tək bir amin turşu molekulunun belə, meydana gələ biləcəyini isbat edə bilmişlər. Əksinə, təkamülçülər bütün bu səyləriylə, təkamülün yer üzünün heç bir dövründə yaşanmadığını və yaşana bilməyəcəyini, şəxsən öz əlləriylə ortaya qoymuşlar.
 
Təkamül Nəzəriyyəsi Gələcəkdə də Təsdiqlənə bilməz
Bu vəziyyət qarşısında təkamülçü elm adamlarının tək təsəllisi elmin zaman keçdikcə, bu içindən çıxılmayan vəziyyətin cavabını verəcəyi xəyalıdır. Halbuki elmin, milyonlarla il keçsə də tamamilə məntiqsiz və əsassız bir iddianı sübut etməsi mümkün ola bilməz. Əksinə, inkişaf edən elm belə bir iddianın gerçək olmayacağını, gedərək daha dəqiq və açıq bir şəkildə ortaya qoyar.


Necə ki, bu günə qədər də belə olmuşdur: Məsələn, canlı hüceyrəsinin quruluşunun və funksiyalarının detalları kəşf edildikcə, hüceyrənin, Darvin zamanındakı primitiv elm səviyyəsində hesab edildiyi kimi, təsadüflər nəticəsində meydana gələ biləcək qədər sadə bir quruluş olmadığı daha da dəqiqləşmişdir.


Hər şey bu qədər açıq ikən, yaradılış həqiqətini inkar edib, həyatın mənşəyini heç bir məntiqi olmayan təsadüflərə əsaslandırmaq və bunu israrla müdafiə etmək, insanı irəlidə çox kiçildəcək vəziyyətlərə sala bilər. Təkamül nəzəriyyəsinin əsli, hər keçən gün daha da açıldıqca, ictimaiyyət bu həqiqətləri gördükcə, təkamülün gözü bağlı fanatik müdafiəçiləri, çox yox, bir neçə il içində insan içinə çıxa bilməyəcək bir hala gələcəklər.
 
Təkamülün Həll Olunmayan Məsələsi: Ruh
Yer üzündə bir-birinə bənzəyən bir çox canlı növü vardır. Məsələn, ata ya da pişiyə bənzəyən fərqli növlər ola bilər. Böcəklərin də bir çoxu bir-birinə bənzər görünüşlüdür. Lakin bu bənzərliklər heç kimdə bir təəccüb yaratmaz.
Ancaq nədənsə insanla meymun arasındakı bəzi səthi bənzərliklər, bəzi insanlarda son dərəcə maraq oyandırır. Belə ki, bu maraq bəzi insanları təkamül nəzəriyyəsinin gerçək olmayan ssenarilərini mənimsəməyə qədər aparır. Halbuki, bir meymunla bir insan arasındakı səthi bənzərliklər heç bir şey ifadə etməz. Gərgədan böcəyi və gərgədan da bir-birlərinə çox bənzəyirlər, amma bu bənzərliyə əsalananaraq biri böcək, digəri məməli olan bu heyvanlar arasında hər hansı bir təkamülə aid əlaqə yaratmağa çalışmaq gülməli olar.


Aradakı səthi bənzərlik xaricində meymunun insanlara digər heyvanlardan daha çox yaxınlığı mümkün deyil. Hətta zəka baxımından müqayisə edilsə, bir həndəsə möcüzəsi olan pətəyi düzəldən arı və ya bir mühəndislik möcüzəsi olan toru hörən hörümçək, insana meymundan daha yaxındır. Hətta bəzi cəhətləri insandan üstündür...


Hətta, insanla meymun arasında çox böyük bir fərq vardır. Meymun nəticədə bir heyvandır, şüur baxımından bir atdan ya da bir itdən fərqi yoxdur. İnsan isə şüurlu, iradə sahibi, düşünə bilən, danışa bilən, ağıllı, qərar verə bilən bir varlıqdır. Bütün bu xüsusiyyətlər də onun sahib olduğu "Ruh"unun funksiyalarıdır. İnsanla digər heyvanlar arasındakı uçurumu doğuran ən əhəmiyyətli fərq də budur- "Ruh"dur. Heç bir fiziki bənzərlik, insan ilə digər bir canlı arasındakı bu ən böyük fərqi örtə bilməz. Təbiətdə ruhu olan tək canlı insandır.
 
Allah Dilədiyi Şəkildə Yaradar
Yaxşı, təkamülçülərin iddia etdikləri kimi bir ssenari reallaşmış olsa belə nə olar? Heç bir şey... Çünki təkamülün qarşıya qoyduğu və təsadüflərə əsaslandırdığı hər mərhələ, ancaq bir möcüzə nəticəsində meydana gələ bilər. Yəni canlılıq bu mərhələlərlə meydana gəlmiş olsa belə, hər mərhələ ancaq bir yaradılış sayəsində reallaşa bilər. Təsadüflərlə bu mərhələlərin reallaşması əsla mümkün deyil.


Primitiv atmosferdə bir zülal meydana gəlmişsə, bunun təsadüfən meydana gələ bilməyəcəyi ehtimal qanunları, biologiya və kimya qanunları ilə sübut edilmişdir. Lakin mütləq meydana gəldiyi iddia edilsə, o halda onu bir Yaradıcının yaratdığını qəbul etmək xaricində başqa bir alternativ yoxdur. Eyni məntiq təkamülçülərin qarşıya qoyduğu bütün tezislərə aiddir. Məsələn, balıqların sudan quruya çıxıb quru canlılarını meydana gətirdiyinə dair nə paleontoloji bir dəlil vardır, nə də fizika, kimya, biologiya və məntiq qaydaları belə bir keçidi təsdiqləməkdədir. Lakin mütləq "balıqlar quruya çıxdı sürünənlərə çevrildi" deyiləcəksə, bunu deyən, ancaq bütün qaydaların və qanunların xaricində, "OL" dediyində dilədiyini yaradan üstün bir Yaradıcını qəbul etmək məcburiyyətindədir. Bunun xaricində bir düşüncə öz –özlüyündə ziddiyyət təşkil edər və heç bir məntiqə uymaz.
 
Həqiqət çox açıqdır. Bütün canlılıq çox qüsursuz bir dizaynın, çox üstün bir yaradılışın məhsuludur. Bu isə bizlərə bir Yaradıcının varlığını, həm də sonsuz bir güc, məlumat və ağla sahib bir Yaradıcının varlığını isbatlayır. O Yaradıcı, göylərin, yerin və ikisi arasında olan hər şeyin Rəbbi olan Allahdır.

 


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr