Qarışqaların əlaqəsi
ucgen

Qarışqaların əlaqəsi

2325
Quranda hz. Süleymanın ordularından bəhs edilərkən qarışqaların arasında bir xəbərləşmə sistemi olduğuna işarə edilir:
 

«Nəhayət, onlar qarışqa vadisinə gəlib çatdıqda bir dişi qarışqa dedi: "Ey qarışqalar! Yuvalarınıza girin ki, Süleyman və ordusu özləri də bilmədən sizi (ayaqları altında) basıb əzməsinlər!"»(«Nəml» surəsi, 18)

 
XX əsrdə qarışqalarla bağlı aparılan elmi tədqiqatlar bu xırda həşəratların çox mütəşəkkil bir sosial həyat tərzinə malik olduqlarını və bu təşkilatçılığın tələb etdiyi kimi, onların arasında çox kompleks bir əlaqə şəbəkəsinin mövcud olduğunu ortaya qoyub. «National Geographic» jurnalında dərc olunan bir məqalədə bu mövzudan belə bəhs edilir: "Böyük və ya kiçik olmasından asılı olmayaraq, hər hansı bir qarışqa başında olan mürəkkəb hiss orqanları ilə milyonlarla, hətta daha çox kimyəvi və əyani siqnallar alır. Onun beynində 500000 sinir hüceyrəsi var, gözlər bitişikdir, antenaları insandakı burun və barmaq ucu kimi hərəkət edir. Ağızın altında olan proyeksiyalar dadı hiss edir, tüklər toxunmağa reaksiya verir".
 
Biz qavramasaq da, qarışqalar həssas hiss orqanları sayəsində çox fərqli əlaqə üsullarından istifadə edir. Ovlarını tapmaqdan bir-birini izləməyə, yuvalarını qurmaqdan döyüşməyə qədər həyatlarının hər anında bu hiss orqanlarından faydalanırlar. 2-3 millimetrlik bədənlərinin daxilinə sığdırılmış 500 min sinir hüceyrəsi ilə insanları təəccübləndirəcək bir rabitə sisteminə malikdirlər.
 
Bu həşəratların münasibətində reaksiyalar müəyyən kateqoriyalara ayrılır: siqnal ötürmək, yığışmaq, qida yerini xəbər vermək, təmizlənmək, maye qida dəyişikliyi, qruplaşma, tanımaq, kasta müəyyənləşdirmək...»
 
Bu reaksiyalarla nizamlı bir cəmiyyət forması yaradan qarışqaların qarşılıqlı informasiya mübadiləsinə əsaslanan bir həyatı var. Qarışqalar məlumat ötürməklə bəzən insanların danışaraq həll edə bilmədiyi mövzularda (yığışmaq, bölüşmək, təmizlənmək, müdafiə olunmaq və s. kimi) daha qüsursuz əlaqə nümayiş etdirirlər. Qarışqalar daha çox kimyəvi səviyyədə bir təmas yarada bilirlər. Onların əlaqə qurmaq məqsədilə istifadə etdiyi kimyəvi maddə yarı kimyəvi (semiochemicals) maddə kimi tanınan feromenlərdir. İy kimi qavranılan və daxili ifrazat vəzilərində ifraz olunan bir maye olan feromenlər qarışqa kütlələrinin təşkilatlanmasında mühüm rol oynayır. Bir qarışqa siqnal olaraq bu mayeni ifraz edəndə digərləri qoxu və ya dad almaq yolu ilə bu mesajı alır və cavab verirlər. Qarışqa feromenləri üzərində aparılan araşdırmalar bütün siqnalların koloniyanın ehtiyaclarına görə ifraz olunduğunu müəyyənləşdirib. Bundan başqa, qarışqaların ifraz etdiyi feromenin qatılığı vəziyyətin nə dərəcədə fövqəladə olmasına görə də dəyişir.
 
Aydın olduğu kimi, qarışqaların apardığı əməliyyatları yerinə yetirə bilmək üçün əhatəli kimya elminə ehtiyac var. 14 əsr bundan əvvəl qarışqalar haqqında bu cür müfəssəl informasiyanın olmadığı bir dövrdə qarışqaların əlaqə yaratmasına diqqət çəkilməsi Quranın elmi möcüzələrindən biridir (ətraflı məlumat üçün bax: Harun Yəhya, «Qarışqa möcüzəsi»).
PAYLAŞIN
logo
logo
logo
logo
logo