Adnan Oktarın 27 mart 2010-cu il Qaziantep Olay TV-dəki reportajından
ADNAN OKTAR: "Ona bu Quranı üstün, olduqca çətin bir güc sahibi olan Cəbrayıl öyrətmişdir". Cəbrayıl (ə.s) Peyğəmbərimiz (s.ə.v)-in üzərinə gəlib, belə sanki Peyğəmbərimiz (s.ə.v)-i örtürdü. Peyğəmbərimiz (s.ə.v)-ə vəhy gəldiyində, Peyğəmbərimiz (s.ə.v) dərin yuxunu xatırladan bir görüntü verirdi. Yəni dərin nəfəs alıb-verməyə başlayırdı və gözünü yumurdu. Peyğəmbərimiz (s.ə.v)-in üzərini səhabələr ipək ilə örtürdülər, vəhy gəldiyində və hamımız ağırlıq hiss edirik deyirdilər. Yəni Cəbrayıl (ə.s) gəldiyində müdhiş bir təzyiq meydana gəlir. Hətta dəvə üzərindəykən gəldiyində, dəvə çökür, heyvan təzyiqin təsiri ilə yerə oturur. "Ona bu Quranı üstün, olduqca çətin bir güc sahibi olan Cəbrayıl öyrətmişdir. Ki O, görünüşüylə təəccüblü bir gözəlliyə malikdir". Yəni Cəbrayıl (ə.s) nəfəs kəsəcək şəkildə gözəldir. Yəni belə Cənnət əhli kimi, çox gözəldir. "Və dərhal doğruldu. O ən yüksək bir üfüqdə idi. Sonra yaxınlaşdı" üfüqdə görünür, "sonra yaxınlaşdı, deyərkən yelləndi". Cəbrayıl (ə.s) aşağı doğru enir . "Necə ki ikisi, arasındakı uzaqlıq iki yay qədər oldu və ya daha yaxınlaşdı". Yaxşıca yaxınlaşdı deyir. Yəni üz-üzə artıq görüşürlər, Cəbrayıl (ə.s)-i, həqiqətən, görür. "Beləcə, Onun quluna vəhy etdiyini vəhy etdi". Dəqiqliklə söyləyir, yəni görünüş olaraq görünüb danışır. "Onun gördüyünü könül yalanlamadı", yəni Cəbrayıl (ə.s) olduğuna dair vicdani olaraq da tam qənaəti gəlir. Yəni, görəsən, cinmi görürəm, görəsən hallunasiya görürəm demir. Bax, nə deyir Allah; "onun gördüyünü könül yalanlamadı". Vicdanı qənaətə tam gəlir, çünki Cəbrayıl (ə.s), məsələn, bir şey olur, götürür bir kənara, bir yerə qoyur. İndi görünüşdə Cəbrayıl (ə.s) getdikdən sonra götürdüyü şey oradakı yeri dəyişmişdir. Bu görünüşdə olarmı? Hallunasiyada bu olarmı? Yəni məsələn, Peyğəmbərimiz (s.ə.v)-in masasında bir şey varsa onu götürüb başqa bir yerə qoyur. O getdikdən sonra o necə olsun? Deməli, həqiqətən, gəlmişdir, inşaAllah. "Yenə də siz gördüyünüz şey üzərində onunla mübahisə edəcəksinizmi?" Sən hallusinasiya görmüş ola bilərsən deyirlər. Bir qismi də deyir ki, sən cin görmüsən, səni cin vurub deyirlər. Cünun deyirlər, Peyğəmbərimiz (s.ə.v)-ə məcnun deyirlər və sən (Əstəğfirullah) ruhi xəstəsən deyirlər. Yəni ağlında bir pozğunluq var, ona görə hallunasiya görürsən, gördüyün Cəbrayıl (ə.s) deyildir, deyirlər. Allah onların yalan danışdığını söyləyir, doğrusunu izah edir. Çünki Cəbrayıl (ə.s) gəldiyində, dediyim tərzdə əlamət buraxır. Yəni, məsələn, bir ayaq izi qalır. O necə olur, deyilmi? Qumda gedir deyə, əlbəttə ki, ayaq izi qalır. "Yenə də siz gördüyü şey üzərində onunla mübahisə edəcəksinizmi?" Yəni bunu Allah lənətləyir. "And olsun, onu digər bir enişdə görmüşdü. Sidrətül-Müntəhanın yanında". Yenə görmüşdü, Sidrətül-Müntəhada da görmüşdü deyir. "Ki Cənnətül-Məva onun yanındadır". Baxın Peyğəmbərimiz (s.ə.v)-in Meracdakı gördüyü görüntünü Allah izah edir. "Sidrəni örtməkdə ikən, göz çaşmadı və sərhədini aşmadı". Peyğəmbərimiz (s.ə.v) baxmır. "And olsun o, Rəbbinin ən böyük ayələrindən olanını gördü".