Peyğəmbərimiz (səv) möminlərə çox sadiq və şəfqətli idi
ucgen

Peyğəmbərimiz (səv) möminlərə çox sadiq və şəfqətli idi

1445

Peyğəmbərimiz (səv) çox şəfqətli, anlayışlı, sevgi dolu bir insan idi. Dostlarının, yaxınlarının, özünə tabe olan bütün möminlərin maddi və mənəvi hər cür problemi ilə maraqlanar, sağlamlıqları, təhlükəsizlik və rahatlıqları üçün bütün tədbirləri görər, onları himayə edər, imanını və təqvalarını davamlı möhkəmlədərək axirət həyatlarını düşünərdi. Peyğəmbərimizin (səv) bütün insanlığa nümunə olan gözəl xüsusiyyətləri ayələrdə belə bildirilir:

 

 

 

“Sizə özünüzdən elə bir Elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhmlidir” (Tövbə surəsi, 128)

 

“Sənə tabe olan möminləri qanadının altına al (onlara qarşı təvazökar ol)!” (Şuəra surəsi, 215)

Peyğəmbərimizin (səv) ətrafındakı möminlər də onun gözəl xüsusiyyətlərini özlərinə nümunə götürdükləri üçün fədakar, şəfqətli və mərhəmətli olmuşlar.  Bir ayədə möminlərin bir-birləri üçün etdikləri fədakarlıq belə izah edilir:

“Mühacirlərdən Mədinədə yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır”  (Həşr surəsi, 9)

“Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar” (Nəml surəsi, 89)

“Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. (Onlara deyilər:) “Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?” (Nəml surəsi, 90)

Peyğəmbərimizdən (səv) gözəl əxlaq öyrənən və Quran ayələrinə könüldən bağlı olan möminlər əsirlərə qarşı belə olduqca himayədar və şəfqətli idilər. Onların bu nümunəvi əxlaqları ayələrdə belə bildirilir:

“Onlar öz iştahaları çəkdiyi (özləri yemək istədikləri) halda (və ya: Allah rizasını qazanmaq uğrunda) yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. (Və sonra da yedirtdikləri kimsələrə belə deyərlər: ) “Biz sizi ancaq Allah rizasından ötrü yedirdirik. Biz sizdən (bu ehsan müqabilində) nə bir mükafat, nə də bir təşəkkür istəyirik. Həqiqətən, biz Rəbbimizdən, çox sərt (müdhiş), çətin gündən (üzlərin dəhşətdən eybəcər kökə düşəcəyi, çöhrələrin tutulub qaralacağı qiyamət günündən) qorxuruq!”  (İnsan surəsi, 8-10)

Peyğəmbərimiz (səv) səhabələrinə də mərhəmətli olmalarını xatırlatmış və onlara ən gözəl nümunə olmuşdur:

"Mərhəmət edin ki, mərhəmət olunasınız. Əfv edin ki, əfv olunasınız. Təəssüflər olsun günahlarına bilərək davam edib tövbə etməyənlərə."

"Mərhəmət etməyənə mərhəmət edilməz." 

 

 

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr