Adnan Oktarın 1 mart 2010-cu il tarixli www.harunyahya.tv müsahibəsindən
Adnan Oktar: “O zaman o, bir od (alov) görüb” şeytandan Allaha sığınıram, “ailəsinə demişdi: “Dayanın!”“ “Dayanın” -deyir, “Mən bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun yanında bir bələdçi (yol göstərən) tapdım!” İndi bu qardaşımız doğru deyir. İlk növbədə biz onu, hz. Mehdi (ə.s)-ı bir alovun yanında tapacağıq. Əlaməti budur. Yəni böyük bir alov. Hətta səmanı örtən, insanların gündüz olduğunu hesab deyəcəkləri bir alov. Bu alov göy gurultusu kimi, hədisi-şərifdə ifadə edildiyi kimi və böyük partlayışlarla davam edən bir alovdur. Dağlar kimi və kilometrlərlə uzanan bir tüstüsü var. Hədislər bunu izah edir. Hədisdə bildirilir ki, o alovun olduğu günlərdə bilin ki, Mehdi (ə.s) o müqəddəs şəhərə zühur etmişdir. Baxın, o alovu gördüyünüzdə, o partlayışı, o səsi eşitdiyinizdə, hansı ki, səsi göy gurultusu kimidir yatan adam səs-küydən oyanacaq deyir. Qalxdığında da gündüzmü oldu deyəcək, yəni səhərin açıldığını zənn edəcək, Qiyamət qopdu zənn edəcəklər. Bunun eynisini qəzetlərdən də oxuyuruq. Yəni hədislərlə qəzetlərdəki məqalələr üst-üstə düşür. Gündüzmü oldu, hədisdə eynilə var. Hədisdə göy gurultusu kimi səs eynisiylə var. Dağlar kimi tüstü topasının meydana gələcəyi, hədisdə var. Malları yandırıb bitirəcəyi və insanların bir qisiminin həyatını itirəcəyi hədislərdə ifadə edilmişdir. 3 və ya 7 gün davam edəcəyi deyilir, yəni uzun sürəcəyi ifadə edilir. Hədisdə eynisiylə var. Məhz bu baş verdikdə Peyğəmbərimiz (s.ə.v) müqəddəs diyara, İstanbula o adamın zühur etdiyini bilin deyir. Yəni o günlərdə. O istiqaməti ilə ayə bunu açıqlayır. Baxın, “ya da odun (alovun) yanında bir bələdçi (yol göstərən) tapdım!” Yol göstərən, yəni bir mürşid, bir Mehdi, elə deyilmi? Baxın “alovun yanında” alov varsa, belə bir hadisə də var mənasını verir. Bir yol göstərən taparam, ki doğru yol, “İhdinəs sıratəl müstəkim” elə deyilmi? Allahın doğru yolu. Quranı insanlara göstərən insan Mehdi (ə.s)-dır. “Taparam” deyir. O yönüylə əlbəttə ki, doğrudur. O yönüylə işarə edir.