Hörmətli Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (16 dekabr 2011, 13:00)
Adnan Oktar: "Sən bir insan öldürmüşdün ki, Biz də səni dərddən qurtarmışdıq. Həmçinin səni “əsaslı sınaqdan keçirib sınamışdıq””. Çünki insan öldürmək, Allah qorusun insanı psixoloji cəhətdən məhv edər. Yəni bir müttəqi bir müsəlmanı xəta nəticəsində öldürmüş belə olsa, çox böyük əzabdır, çox sarsıdıcıdır. Bunun üçün də Allah: “Səni əsaslı sınaqdan keçirib sınamışdıq” deyir. Xəta nəticəsində öldürmək barədə. Lakin öküz kimi insanlar cinayətlə öyünürlər, "yeddi insanı öldürdüm" deyə, belə. İnsanlar: "Halal olsun sənə, qoçum mənim" deyirlər. Halbuki burada hz. Musa (ə.s) xəta nəticəsində bir insanın ölümünə səbəb olduğu üçün, illərlə bunun əzabını çəkir, illərlə. Allah: “Dərddən qurtardım” deyir, iztirab çəkir. "Mədyən xalqı arasında illərlə qalmışdın. Sonra müəyyən tale əsasında (bura) gəldin ey Musa!", (Taha surəsi 40). Allah: “Mənim yaratdığım bir tale əsasında bura gəldin” deyir. “Mənim yaratdığım tale ilə”, yəni ürəyi istədiyi üçün, getdi kimi deyil. “Belə yaradıldığı üçün” deyir.