Quran Allahın insanlara rəhbər olaraq endirdiyi bir kitabdır və Allah Quran vasitəsi ilə insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasını isə sevgi, şəfqət, mərhəmət və ədalət kimi əsas anlayışlar təşkil edir. İslam sözü Ərəb dilində “sülh” mənasını ifadə edir. İslam Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi hüzur və sülh dolu bir həyatı insanlara təqdim etmək üçün endirilmiş bir dindir.
Din adına ortaya çıxan insanların bir qismi o dini səhv başa düşə bilər və tətbiq edə bilər. Buna görə də bu kimi insanlara baxaraq o din haqqında fikir formalaşdırmaq səhv olar. Bir dini tanımağın ən doğru yolu o dinin müqəddəs mənbəyini araşdırmaqdır.
İslamın müqəddəs mənbəyi Qurandır. Quran əxlaqı sevgi, şəfqət, mərhəmət, təvazökarlıq, fədakarlıq, xoşməram və sülh anlayışlarına əsaslanır. Bu əxlaqı həqiqi mənada yaşayan bir Müsəlman, son dərəcə nəzakətli, incə düşüncəli, təvazökar, ədalətli, etibarlı bir insan olar. Ətrafına sevgi, hörmət, hüzur və həyat sevinci bəxş edər.
İslam Sülh Dinidir
Terrorun ən ümumi mənası dinc əhaliyə qarşı şiddət tədbiq edilməsidir. Başqa deyişlə, terrorun hədəfləri günahsız olan sivil insanlardır. Tək günahları, terroristin gözündə “qarşı tərəf” olmalarıdır. Buna görə də, “terror” günahsız insanlara qarşı şiddət tətbiq edilməsi deməkdir və bunun heç bir bəraəti ola bilməz. Terror Hitler və Stalinin cinayətləri kimi “insanlığa qarşı edilmiş günah” dır.
Quran Allahın insanlara yol göstərici olaraq endirdiyi bir kitabdır və Allah Quran vasitəsi ilə insanlara gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasını isə sevgi, şəfqət, mərhəmət və ədalət kimi əsas anlayışlar təşkil edir. İslam sözü Ərəb dilində “sülh” mənasını ifadə edir. İslam Allahın sonsuz mərhəmət və şəfqətinin yer üzündə təcəlli etdiyi hüzur və barış dolu bir həyatı insanlara təqdim etmək üçün endirilmiş bir dindir. Quran ayələrində insanlar yer üzündə mərhəmətin, şəfqətin, xoşməramın və sülhün yaşanıla biləcək nümunəsi olaraq İslam əxlaqına çağırılır. Bəqərə surəsinin 208-ci ayəsində Allah belə buyrur:
“Ey iman gətirənlər! İslamı bütövlüklə qəbul edin və şeytanın addım izləri ilə getməyin. Şübhəsiz ki, o sizə açıq-aydın düşməndir.” (Bəqərə Surəsi, 208)
Ayədə də göründüyü kimi, Allah insanların “təhlükəsizliyinin” Quran əxlaqının yaşanması ilə mümkün olacağını bildirmişdir.
Quran əxlaqına görə, bir Müsəlman, Müsəlman olsun və ya olmasın bütün insanlara qarşı yaxşı və ədalətli rəftar etməklə, zəifləri və günahsızları qorumaqla və "yer üzündə təxribatçılığın qarşısını almaqla" məsuldur. Təxribatçılıq, yer üzündə insanların təhlükəsizlik, sülh və dincliyinə mane olan hər cür anarxiya və terror halıdır. Bir ayədə buyurulduğu kimi, "Allah, fitnə-fəsadı sevməz". (Bəqərə Surəsi, 205)
Bir insanın günahsız yerə öldürülməsi isə, təxribatçılığın ən bariz nümunələrindəndir. Allah Quranda bu vəziyyəti belə açıqlayır:
“...Kim bir adamı öldürməyən və ya yer üzündə fəsad törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...” (Maidə Surəsi, 32)
Göründüyü kimi, tək bir insanı belə “öldürməyən və ya yer üzündə heç bir fəsad törətməyən şəxsi” öldürən bir adam bütün insanları öldürmüş qədər böyük bir cinayət törətməkdədir. Belə vəziyyətdə, terroristlərin törətdikləri cinayət, qırğın və "intihar hücumları"nın nə qədər böyük bir cinayət olduğu açıqdır. Allah terrorizmin axirətdəki qarşılığını belə bildirir:
Məzəmmət olunmağa ancaq insanlara zülm edənlər və yer üzündə haqsız yerə azğınlıq edənlər layiqdirlər. Məhz onlar üçün ağrılı-acılı əzab vardır. (Şura Surəsi, 42)
Bütün bunlardan göründüyü kimi, günahsız insanlara qarşı terror tetbiq etmək İslama tamamilə zidd bir hadisədir və heç bir Müsəlman belə günah etməyə cəhd göstərməz. Əksinə, Müsəlmanlar bu cinayətləri işləyən insanları dayandırmaqla, "yer üzündəki təxribatçılığı" ortadan qaldırmaq və bütün insanlara dinclik və sülh gətirməklə məsuliyyət daşıyırlar. Müsəlmanlığı terrorla bir yerdə düşünmək olmaz, əksinə İslam hər zaman terrora qarşıdır və terrorun həllidir.
Allah Təxribatçıları Lənətləmişdir
Allah insanlara pislik etməkdən çəkinmələrini əmr etmiş; zülmü, zorbalığı, öldürməyi, qan tökməyi qadağan etmişdir. Allahın bu əmrinə uyğun gəlməyənlər ayədə keçən ifadəylə "şeytanın addımlarını izləyənlər" olaraq xarakterizə edilmiş və açıqca Allahın haram etdiyi şeyləri həyata keçirmişdirlər. Quranda bu mövzudakı bir çox ayədən bəziləri belədir:
“Allahla əhd bağladıqdan sonra onu pozan, Allahın qovuşdurulmasını əmr etdiyi şeyləri kəsən və yer üzündə fitnə-fəsad törədənlərə gəlincə, onlar üçün lənət və pis yurd vardır.” (Rad Surəsi, 25)
“Allahın sizə verdiyi ruzidən yeyin-için və yer üzündə fəsad yayıb pis işlərə qurşanmayın!” (Bəqərə Surəsi, 60)
Təxribatçılıqla, günahsız insanları öldürməklə, üsyanla və zülmlə yer üzündə müvəffəqiyyətli ola biləcəklərini zənn edən insanlar səhv yoldadırlar. Çünki Allah terror və şiddətlə bağlı hər cür fitnəni qadağan etmiş, bu cür hərəkət edənləri lənətləmiş və bir ayəsində də "Şübhəsiz Allah, təxribatçılıq çıxaranların işini düzəltməz." (Yunus Surəsi, 81) şəklində buyurmuşdur.
Ancaq dövrümüzdə dünyanın dörd bir yanından terror, soyqırım və qətl halları yaşanmaqda, günahsız insanlar vəhşicəsinə öldürülməkdə, suni səbəblərlə bir-birlərinə düşmən edilmiş ölkələr qana bulanmaqdadır. Bir-birilərindən çox fərqli tarixlərə, mədəniyyətlərə və ictimai quruluşlara malik olan ölkələrdə meydana gələn bu hadisələrin hər ölkədə özünə məxsus səbəbləri və mənbələri ola bilər. Ancaq əsl səbəbin isə dinin gətirdiyi sevgi, hörmət və xoşməramdan irəli gələn gözəl əxlaqdan uzaqlaşmaq olduğu açıqdır. Dinsizliyin bir nəticəsi olaraq Allah qorxusuna sahib olmayan və axirətdə hesab verəcəklərinə inanmayan, bu səbəblə də "necəsə kimsəyə hesab verməyəcəyəm" deyə düşünən, hər cür insafsızlığı, əxlaqsızlığı və vicdansızlığı asanlıqla edə bilən kütlələr meydana gəlir.
Allah qorxusu olan və həqiqi İslam əxlaqını mənimsəmiş bir insanın şiddəti, təxribatçılığı dəstəkləməsi və belə işlər görməsi qətiyyən mümkün deyil. Buna görə də, terrorun həlli həqiqi İslam əxlaqının yaşanmasıdır. Quranda bildirilən gözəl əxlaq izah edildiyində insanlar düşmənliçilyi, döyüşü və xaos mühitlərini özlərinə hədəf əldə edən qruplardan yana çıxmayacaq, onlarla birlik olmayacaqlar. Çünki Allah Quranda insanları təxribatçılıqdan məhrum etmişdir:
O, dönüb getdikdə yer üzündə fitnə-fəsad törətməyə, əkinləri və nəsilləri məhv etməyə çalışar. Allah isə fitnə-fəsadı sevmir. Ona: “Allahdan qorx!”– deyildikdə, lovğalıq onu daha da günaha sürükləyər. Ona Cəhənnəm kifayət edər. Ora nə pis yataqdır! (Bəqərə Surəsi, 205-206)
Bu ayələrdən də başa düşüldüyü kimi, Allahdan qorxan bir insanın dövlətinə, millətinə, insanlığa ən cuzi zərər verə biləcək hadisələrə belə göz yumması mümkün deyil. Allaha və axirət gününə inanmayan bir insan isə kimsəyə hesab verməyəcəyini zənn edərək hər cür pisliyi rahatlıqla edə bilər.
Dövrümüzdə davam edən terror bəlasından qurtulmaq üçün ilk öncə ediləsi iş, dinsizliyi və din adına ortaya çıxan səhv anlayışların elmlə ortadan qaldırılması və insanlara Allah qorxusunun və həqiqi Quran əxlaqının öyrədilməsidir.