Peyğəmbərimiz (s.ə.v)-ın hədislərində və böyük İslam alimlərinin izahlarında hicri 1400-cü illərdə müsəlmanları çox böyük inkişafların gözlədiyi bildirilmişdir. Həqiqətən də miladi 1979-cu ilə uyğun gələn bu tarixdən etibarən, dünyada çox sürətli dəyişikliklər, çox böyük hadisələr yaşanmağa başlanmışdır. Peyğəmbərimiz (s.ə.v)-ın xəbər verdiyi bütün əlamətlər arxa-arxaya, bir-birinin arxasınca bu dövrdə ortaya çıxmışdır. Fıratın suyu kəsilmiş, Ramazan ayında Ay və Günəş tutulması meydana gəlmiş, Əfqanıstan Sovetlər tərəfindən işğal edilmiş, Kəbədə qan tökülmüş, iki müsəlman ölkə (İran-İraq) arasında döyüş yaşanmışdır. Bununla birlikdə, bu müqəddəs dövrün əlamətlərindən olan zəlzələlərin artması, böyük təbii fəlakətlər yaşanması, səmada heyrət verici hadisələrin meydana gəlməsi, anarxiya və qarışıqlığın artması, ictimai pozulma olması, müsəlmanların çətin dövrlərdən keçməsi, Allahın varlığının açıq şəkildə inkar edilməsi kimi bir çox əlamət də meydana gəlmişdir.
Bütün bu yaşananlar Allahın Quranda saleh möminlərə vədi olan, “İslam əxlaqının yer üzünə hakim olması” vaxtının yaxın olduğunun işarəsidir. Hörmətli Adnan Oktar da bu həqiqətə tez-tez diqqət çəkir, Allahın icazəsiylə 15-20 il ərəfəsində həm İslam aləmini, həm də bütün dünyanı çox gözəl günlər gözlədiyini söyləyir. Hörmətli Oktarın üzərində durduğu mövzulardan biri də, bu gözəl günlərin xəbərçilərindən biri olaraq, yaxın gələcəkdə Türk-İslam Birliyinin təsis ediləcəyi və Türkiyənin bu birliyin öndəri və lideri olacağıdır. Adnan Oktarın Türkiyənin liderlik xüsusiyyətlərinə işarə edib, bu vəzifəsi layiqiylə boynuna götürəcəyini şərhinin ardından həm yurd içində, həm xaricdə bu istiqamətdə çox əhəmiyyətli inkişaflar yaşanmağa başlanmışdır. Xüsusilə dünyanın qabaqcıl siyasətçilərinin və öndərlərinin Türkiyənin gələcəkdə boynuna götürəcəyi rolun əhəmiyyətini vurğulayan izahları gündəmə gəlmiş, bir çox müsəlman ölkədən də Türkiyənin “böyük qardaşlıq” etməsini gözlədikləri açıqlamaları edilmişdir.
“Yeni Şafak” qəzeti, 28 may 2008-ci il
Livan İslami Əməl Partiyası Lideri Fethi Yekenin açıqlamaları:
“Türkiyənin bölgədəki əhəmiyyətinin də vurğulayan Yeken, TÜRKİYƏDƏN MÜSƏLMAN ƏRƏB DÖVLƏTLƏRİNƏ “BÖYÜK QARDAŞLIQ” ETMƏSİNİ GÖZLƏDİKLƏRİNİ söylədi. Türkiyənin istər strateji mövqeyi, istər tarixi təcrübəsi ilə Ərəb Birliyinə öndərlik edə biləcək vəziyyətdə olduğunu izah edən Yeken, “İgid düşdüyü yerdən qalxar” deyərək Osmanlıya istinad etdi.”
HÖRMƏTLİ ADNAN OKTARIN MÖVZUYLA ƏLAQƏLİ AÇIQLAMALARI
“Konya TV”, 4 mart 2008-ci il
Adnan Oktar: Bəli, yəni çox yaman bir millətdir. Onun üçün bu vəzifəni ən qısa müddətdə öz üzərinə götürmələri lazımdır. Türk İslam Aləmi, Türk İslam aləminin liderliyi üçün yalvarır. Biz bütün türk dövlətləriylə görüşdük. Demək olar ki, hamısı Türkiyənin liderliyini istəyir. Bütün İslam aləminin qabaqcıllarıyla görüşürük, onlardan məlumatlar alırıq. Hamısı yenə eyni şəkildə Türkiyənin liderliyini istəyir. Bunu uzatmanın bir mənası yoxdur. TÜRK DÖVLƏTİ, TÜRK MİLLƏTİ, TÜRK İSLAM ALƏMİNİN ARTIQ LİDERİ OLMASI LAZIMDIR. Bu həyati bir vəzifədir. Yoxsa bunların hamısının məsuliyyəti bizə aid olar.
Adnan Oktar: Fələstinin, İsrailin qurtuluşu bizə bağlıdır, İsrail də bizlə rahat edə biləcək vəziyyətdə, Türkistan da, Tacikistan da, İran da, Pakistan da hamısı bizlə xilas olacaq görünür. Türkiyə lider olsa, Fas, Tunis, Cəzayir bayram edərlər. Onun üçün bu vəzifəni artıq gecikdirməyək. Türkiyə bu vəzifəyə talib olsun. Baxın, kimsə etiraz edəcək? Türkiyə çıxsın desin, “Biz bu vəzifəyə talibik”, “Xeyr, mən bunu qəbul etmirəm” deyən kimsə çıxmayacaq. Hər kəs bunu istəyir.
“Bağdat TV”, 2 mart 2008-ci il
Adnan Oktar: Bəli, inşaAllah böyük İslam birliyi düşüncəmiz var. Türk İslam Birliyi tərzində. müsəlman aləmi dünyanın ən böyük super dövləti olacaq şəkildə düşüncəmiz var. TÜRKİYƏNİN LİDERLİYİNDƏ, TÜRKİYƏNİN BÖYÜK QARDAŞLIĞINDA, BÜTÜN İSLAM ALƏMİNİ, BÜTÜN TÜRKLÜK ALƏMİNİ BİRLƏŞDİRƏRƏK. Türk aləminin onsuz da hamısı müsəlmanlardan meydana gəlir, mən başa düşülməsi üçün söyləyirəm. Yəni əslində bu eyni zamanda onsuz da İslam birliyi olmuş olur. Bu birlik içində bərəkət, bolluq və hüzur olacağına inanırıq. Müharibələrin dayanacağına, müharibələrə sərf olunan xərcin yerinə insanlara faydalı olan şeylərə pulların xərclənəcəyini düşünürük. Bunun da vaxtının yaxın olduğuna inanırıq. Amma bizim əsl inancımız, Türk İslam birliyinin meydana gəlməsində Axırzamanda zühur edəcək hz. Mehdinin vəsiləsiylə bunların olacağına inanırıq…
HÖRMƏTLİ ADNAN OKTARIN ƏSƏRLƏRİNDƏN FAYDALANILARAQ HAZIRLANAN VƏ TÜRKİYƏNİN PARLAQ GƏLƏCƏYİNİ MÜJDƏLƏYƏN ELANLARDAN NÜMUNƏLƏR
“Sabah” qəzeti, 2 may 2008-ci il
“Taraf” qəzeti, 2 iyun 2008-ci il
“Milliyet” qəzeti, 4 iyun 2008-ci il