13-cü əsrin böyük mücəddidi Bədiüzzaman Səid Nursi həzrətləri Risalə-i Nurda müəyyən illərə və bu illərdə yaşanacaq hadisələrə xüsusilə diqqət çəkmişdir. 1956-cı ildə reallaşan hadisələrə nəzər saldıqda, Səid Nursinin təxminlərinin nə qədər məqsədə uyğun və mükəmməl olduğunu bir daha da görürük.
Bədiüzzaman Səid Nursi “Əmirdağ Lahiqəsi” adlı əsərində, Nisa surəsinin 145-ci ayəsinin əbcədinin "1956 -CI İLƏ " işarə etdiyini ifadə etmişdir. Bədiüzzaman buradakı "bu zülmətli nifaqın sükut mərtəbəsinə" sözləri ilə, 1956-cı ilin, dünya səviyyəsində İslam dünyası və müsəlmanlar üçün böyük bir əhəmiyyət kəsb etdiyini bildirir. Bədiüzzamana görə, bu ilə qədər hökm sürən zülm, dəlalət və nifaq mühiti, 1956-cı ildən sonra bütün dünyada azalmağa başlayacaq və Allahın izni ilə sona çatacaq.
Quranda "1956-cı ilin " ƏBCƏDİNİ verən başqa bir ayə isə, Ali-İmran surəsinin 8-ci ayəsidir
Bu ayədə keçən "... sonra, özünüzdəkini təsdiqləyən bir elçi gəldikdə... " sözlərinin əbcədi "1956 -ci ili " göstərir. Risalə-i Nura tətbiq olunan qadağanın götürülməsi də bu tarixə uyğun gəlir. 1956-cı il Risalə-i Nur baxımından çox əhəmiyyətli bir il olmuşdur. Bu ilə qədər Risalə-i Nuru saxlamaq, oxumaq, paylamaq qadağan edilmişdir və Risalə-i Nura qarşı min beş yüzə yaxın iddia ərizəsi açılmışdı. 1956-cı ildə isə, Afyonda 8 il davam edən iddia məhkəməsi nəticəsində buna dair verilən böyük hüquq mübarizəsi də sona çatmışdır və risalələrin heç bir cinayət ünsürü daşımayan imani əsərlər olduğunu məhkəmə qərara almışdı. Afyon Məhkəməsi, 1956-cı ildə Din İşləri Üzrə Rəyasət (Rəhbərliyin) Müşavirə heyəti, bütün Risalə-i Nur külliyyatını bir-bir araşdıraraq hər bir Risalə haqqında müsbət, faydalı, Quranın təfsiri olduğuna aid bir hesabat təqdim etmişdir, Nur Risalələrinin bəraətinə, qaytarılmasına qərar vermişdir və beləliklə Risalə-i Nurların nəşrinə icazə verilmişdir.
SƏİD NURSİNİN XÜSUSİLƏ VURĞULADIĞI BU TARİXDƏ TÜRKİYƏDƏ VƏ DÜNYADA DA BÖYÜK HADİSƏLƏR BAŞ VERMİŞDİR, BU DA 1956-cı İLİN VURĞULANMASI CƏHƏTDƏN ÇOX ƏHƏMİYYƏTLİDİR
3 Yanvar 1956-cı il
Sudan müstəqil bir respublika olduğunu elan etdi.
20 Mart 1956-cı il
Tunis, Fransadan (ayrıldı və) müstəqilliyinə qovuşdu.
23 Mart 1956-cı il
Pakistan dünyanın ilk İslam Respublikası oldu.
7 Aprel 1956-cı il
Mərakeş müstəqilliyini elan etdi.
5 Fevral 1956-cı il
Dövlət Meteoroloji İşlərin Ümumi Müdirliyindən bildirildiyinə görə Meriç və Tunca çayları donmuşdur.
13 Fevral 956-cı il
ANKARADA BAŞ VERƏN YANĞIN ŞİDDƏTLİ LODOS FIRTINASININ TƏSİRİYLƏ yayılmış, hökumət evi, ədliyyə, polis şöbəsi, poçt, hərbi düşərgə və kənd təsərrüfatı bankının binaları tamamilə yanmışdır.
Aprel 1956-cı il
Seyhan çayında su daşqınları, Böyük Menderes, Gediz və Ceyhan hövzələrində isə daşqınlar baş vermişdir.
1956-cı il
ORTA MƏKTƏBLƏRDƏ DİN DƏRSLƏRİ KEÇİRİLMƏYƏ BAŞLAMIŞDIR.