1.
Altıncısı: Nurun şagirdlərindən bəzilərinin Nurlardan fövqəladə iman dəlillərini və sarsılmaz, aynəl-yakin ulum-u imaniyyəni görüb istifadə etdiklərindən, bu biçarə tərcüməçisinə bir cür təşviq, təbrik, təqdir və təşəkkür növündə həddən artıq hüsnü zənnlə ifrat mədh etmələriylə məni günahkar göstərənə deyirəm:
Mən aciz, zəif, qürbətdə, mənfi, yarım ümmi, əleyhimdə təbliğat ilə xalqı məndən ürkütmək haləti içində Quranın dərmanlarından, imanı və qüdsi həqiqətlərindən dərdlərimə tam dərman olaraq özümə tapdığım zaman, bu millətə və bu vətən övladlarına da tam bir dərman olacağına qərara gəldiyim üçün, o qiymətli həqiqətləri qələmə aldım. Xəttimin çox nöqsanlı olmasından köməkçilərə daha çox möhtac ikən, inayəti İlahiyyə mənə sadiq, xas, mətin köməkçiləri verdi.
Əlbəttə, mən onların hüsnü zənnlərini və səmimi mədhlərini tamamilə rədd etmək və xatirlərini təqdirlə qırmaq, o Quran xəzinəsindən alınan Nurlara bir xəyanət, ədavət hökmünə keçər, o almaz qələmli və qəhrəman ürəkli müavinləri qaçıracaq deyə, onların adi, müflis şəxsimə qarşı mədhü sənalarını, əsl mal sahibi, bir mənəvi Quran möcüzəsinə olan Nur Risaləsinə, xas şagirdlərinin şəxsiyyəti gücünə çevirirdim. "Mənə həddimdən yüz dərəcə çox hissə verirsiniz" deyə bir cəhətdə xatirlərini qırırdım. Görəsən, heç bir qanun, uzaq duran və razı olmayan bir adamı başqalarının onu mədh etməsiylə günahkar edərmi ki, qanun adına hərəkət edən rəsmi məmur məni günahkar edir? Həm nəşr etdiyimiz əleyhimizdə yazılan fərmanın əlli dördüncü səhifəsində, "AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ NƏSLƏN ƏHLİ-BEYTDƏN OLACAQDIR. BİZ NUR ŞAGİRDLƏRİ, ANCAQ MƏNƏVİ ƏHLİ-BEYTDƏN SAYILA BİLƏRİK... (Şüalar, səhifə 390)
2.
55: "Həzrəti Əli (r.ə)-ın elmi həqiqət etibarilə şagirdi olduğumdan, mənəvi övladı ola bilərəm" deməsiylə özünə ətf edilən məqamlara ləyaqətini qəbul etmiş görülür. Gözəl mənasında olan Cəlcəlutiyə qəsidəsində (hz. Əli (r.ə.) tərəfindən təlif edilən bir qəsidəsində) İmam Əli (r.ə)-ın çox cəhətlərlə Nur Risaləsinə sarahat (zahir olmaq, açıqlıq) dərəcəsinə yaxın işarə içində, Bədiüzzaman adını Nur Risaləsinə verməsindən, mənə əmanət verilən o adı Nur Risaləsinə qaytardığımı yazmışam. Bununla birlikdə, "MƏN DƏ MƏNƏVİ ƏHLİ-BEYTDƏN SAYILA BİLƏRƏM" DEMƏKDƏ MƏQSƏDİM, BİR QİSİM MÜCTƏHİDLƏRİN, "ONUN AİLƏSİNƏ VƏ SƏHABƏLƏRİNƏ SALAM OLSUN" DUASINDA, "SEYİD OLMAYAN, LAKİN TƏQVA ƏHLİ OLANLAR O DUAYA DAXİLDİRLƏR" DEDİKLƏRİNDƏ, O ÜMUMİ DUADA MƏNİM DƏ BİR HİSSƏM OLMASI ÜÇÜN XAHİŞƏ BƏNZƏR BİR ŞƏRHDİR. Yoxsa, o xətakaranə məna heç ağlıma gəlməmişdir. (Şüalar, 14. Şüa, səhifə: 358 )
3.
Həm məhkəmədə Dənizli vüqüf əhli, bəzi şagirdlərin bu etiqadlarına görə, mənə qarşı demişdilər ki, "ƏGƏR MEHDİLİK İDDİA ETSƏ, BÜTÜN ŞAGİRDLƏRİ QƏBUL EDƏCƏKLƏRDİR." MƏN DƏ ONLARA DEMİŞDİM: "MƏN, ÖZÜMÜ SEYİD BİLMİRƏM. BU ZAMANDA NƏSİLLƏR BİLİNMİR. HALBUKİ, AXIRZAMANIN O BÖYÜK ŞƏXSİ, ƏHLİ BEYTDƏN (Peyğəmbərimiz (s.ə.v)-in nəsilindən) OLACAQDIR. Hərçənd mənəvi olaraq mən həzrəti Əli (r.ə)-ın bir vəli əhd mənəvisi hökmündə olanla da həqiqi Nur şagirdlərinə şamil olmasından, mən də Əhli-beytdən sayıla bilərəm. Lakin bu zaman şəxsi mənəvi zamanı olmasından həqiqət dərsini aldım və Ali Məhəmməd əleyhissalam bir madan (yumşaq təzə ot), Nurun peşəsində heç bir cəhətdə mənlik, şəxsiyyət, şəxsi məqamları arzu etmək və şan-şərəf qazanmaq olmaz. Sirri ixlasa tam müxalif olmasından, Cənabı Haqqa həddsiz şükür edirəm ki, məni özümə bəyəndirməməsindən, mən elə şəxsi və həddimdən həddsiz dərəcə çox vəzifəyə gözümü dikmərəm. Nurdakı ixlası pozmamaq üçün, ührəvi vəzifə də mənə verilsə, buraxmağa özümü məcbur bilirəm" dedim, o əhli vüqüf susdu. (Emirdağ Lahiqəsi, səhifə 232,233)
4.
İDDİANAMƏDƏ MƏNİM HAQQIMDA DÖRD ƏSAS VAR: Birinci əsas: Guya məndə təvahhur və hodfüruşluq (özünü bəyənməyə çalışan, öyünən) var və özümü mücəddid bilirəm. Mən bütün qüvvəmlə bunu rədd edirəm. HƏM DƏ MEHDİLİK İSNADINI HEÇ QƏBUL ETMƏDİYİMDƏ BÜTÜN QARDAŞLARIM ŞAHİDLİK EDƏRLƏR. HƏTTA, DƏNİZLİDƏKİ ƏHLİ VÜQÜF, "ƏGƏR SƏİD MEHDİLİYİNİ ORTAYA ATSA BÜTÜN ŞAGİRDLƏRİ QƏBUL EDƏCƏKDİR" DEDİKLƏRİNƏ MÜQABİL, SƏİD ETİRAZNAMƏSİNDƏ DEMİŞDİR Kİ: "MƏN SEYİD DEYİLƏM. MEHDİ SEYİD OLACAQDIR." DEYƏ ONLARI RƏDD ETMİŞDİR.
5.
SEYİD OLMAYAN SEYİDƏM VƏ SEYİD OLAN DEYİLƏM DEYƏNLƏR, İKİSİ DƏ GÜNAHKAR VƏ GİRİŞ İLƏ ÇIXIŞ HARAM OLDUQLARI KİMİ... HƏDİS VƏ QURANDA DA, ÇOX NÖQSAN ETMƏK QADAĞAN EDİLMİŞDİR. Lakin çox etmək, nizamı pozduğu və vəhmə qapı açdığı üçün, daha zərərlidir. Nöqsana cahillik bir dərəcə səbəb olar. Lakin çox etmək, elmlə olar. Alim olan üzrlü deyil. Həmçinin, dindən bir şeyi ayırmaq və ya olmayanı əlavə etmək, ikisi də caiz deyildir. (Muhakəmat, səhifə: 46)