Osmanlılarda seyid qəbul edilmək üçün ata tərəfdən nəslin Hz. Məhəmmədə (s.ə.v) qədər uzanması kafi görülmüşdür. Ancaq ana tərəfdən seyid olmaq da mümkündür. Seyidlik nəsli Peyğəmbərimizin (s.ə.v) qızı və Hz. Həsən (r.ə.) və Hz. Hüseynin (r.a.) anası Hz. Fatmadan (r.a.) dövrümüzədək gəlir. Peyğəmbərimizin (s.ə.v) oğlan övladları da olmuş ancaq onlar kiçik yaşlarda vəfat etmişdir. Bu səbəbdən Peyğəmbərimizin (s.ə.v) nəsli qızı vəsitəsiylə davam etmişdir. Buradan da aydın olduğu kimi ata tərəfdən olduğu kimi ana tərəfdən də seyid olmaq olar. Böyük İslam alimləri Ərzurumlu İbrahim Haqqı (1703-1780) və Abdülkadir Qeylani (1078-1166) də ana tərəfdən seyiddirlər.