"Kiçik uşaq" adı ilə müharibəni günahsız göstərə bilməzsiniz
ucgen

"Kiçik uşaq" adı ilə müharibəni günahsız göstərə bilməzsiniz

1598

"6 avqust 1945-ci ildə baş verənləri çox yaxşı xatırlayıram. Məktəbdə pəncərədən ətrafı seyr edirdim. Mən də balaca uşaq idim, amma 4 metrlik "kiçik uşağın" həyatımı tamamilə dəyişdirəcəyindən xəbərsiz idim".

Bu sətirlər 69 il əvvəl atom bombası dəhşətini yaşamış və çətinliklə həyatda qalan bir uşağın həyatından sitatlardır.

"Kiçik uşaq" olaraq bəhs edilən isə ingilis "little boy" adı verilən, zirehli poladdan ibarət silindrin içinə 64 kq zənginləşdirilmiş uran yerləşdirilərək hazırlanmış bir bombadır.

Günəş enerjisinə sahib olduğu deyilən bu atom bombası 9400 metr yüksəklikdən Xerosimanın üzərinə atıldı. Ortaya çıxan böyük enerji kilometrlərlə kvadrat sahəni həmin anda yandırdı, canlı olan hər şeyi radioaktiv təsirə məruz qoydu. Partlayışdan sonra yaranan duman Xerosima şəhərindən təxminən 3000 km hündürlüyə qədər qalxdı.

Bomba ilk partladığı anda 80 min nəfər öldü, 140 min nəfər isə yaralandı. Partlayışdan sonra yaralanmalar və radiasiyanın təsirindən 1950-ci ilə kimi 60 min insan həlak oldu. Bu şəhərdəki 90 min binadan 60 mini həmin anda yerləyeksan oldu. Yaponiya tamamilə dağılmışdı. 

Bombanın partladılmasından sonra baş verənlər daha da dəhşətli idi. İlk bir neçə saniyə içində insanlar sanki karbon yığınına çevrildilər, ölümcül istilik bütün bədən toxumalarını yandıraraq yox etdi. Bombanın atıldığı 250 metrlik sahədə hər şey məhv oldu və hər şey sanki buxarlaşdı. Belə ki, bəzi yerlərdə az öncə insanların və cisimlərin olduğu yalnız izlərdən bəlli olurdu. Kimisi pilləkənda oturarkən, kimisi velosiped sürərkən, kimisi çörək alarkən, kimisi də məktəbin həyətində oynayan zaman bombaya məruz qalmışdı. 

Bu elə bir istilik idi ki, qranit kimi dözümlü daşlar, polad qurğular, şüşələr belə yandı. Binalardan demək olar ki, heç nə qalmadı. Uşaqların dəftərləri, oyuncaqları, ağaclar, heyvanlar, evlər, yollar – hər şey alova büründü və saniyələr içində yox oldu.

Partlayışdan xilas olanların vəziyyəti isə daha dəhşətli idi. Nəhəng alov topundan yayılan işıq öldürücü yanıqlara səbəb oldu. Üzərlərindəki bütün əşyaları və paltarları alışıb yanan, amma buna baxmayaraq, sağ qalan çox az sayıdakı insan o günləri hələ də dəhşət içində xatırlayır.

Bombanın atılması üçün 85%-i mülki şəxslərdən ibarət bir şəhər seçilmişdi. Amerika və Yaponiya arasındakı müharibədə ABŞ yüz mindən çox əsgərini itirmişdi. Yaponiyanın itkisi isə bir milyondan çox idi. Yaponiya Xerosimadakı dəhşətli hadisəyə baxmayaraq müharibəyə davam etmək qərarı verdi və ABŞ 3 gün sonra Naqasaki şəhərinə 2-ci bombanı atdı. Bu bomba ilə birlikdə 40 min insan daha öldü. Yaponiya 1 həftə sonra təslim oldu və qanlı müharibə bitdi.

ABŞ atom bombalarını Yaponiyanın Pörl Xarbor limanına edilən təzyiqin intiqamını almaq və II Dünya Müharibəsinə son qoymaq üçün atdığını açıqladı. Bir müharibəni bitirmək üçün bu qədər böyük itkilərin olması lazım idi?Təbii ki, yox. Tarixdən dərs çıxarmaq və bu dəhşətli hadisəni bir daha yaşamamaq bizim əlimizdədir.Bunun üçün ilk olaraq ortaq qərar alaraq silahlanma yarışına son verilməlidir.

Bu gün rəsmi olaraq 8 dövlətin nüvə silahı hazırladığı, bir çox ölkənin, Türkiyə də daxil olmaqla nüvə silahına sahib olduğu məlumdur. Dünya səviyyəsindəki silahlanmanın miqyasının daha yaxşı başa düşmək üçün belə bir müqayisə aparaq.

Dünya Ümumi Daxili Məhsulu 70 trilyon dollardır. Bunun 2.8 trilyon dolları isə hər il silah sənayesinə və hərbi xərclərə sərf olunur. 

Sıralamada birinci yeri 600 milyard 400 milyon dollarla ABŞ tutur. ABŞ-dan sonra ikinci yerdə 112 milyard 200 milyon dollarla Çin gəlir.Rusiya 68 milyard 200 milyon dollarla üçüncü yerdədir.

Bu sıralamanın çox diqqət çəkən bir tərəfi var. İlk sıralardakı ABŞ, Çin, Rusiya, İngiltərə və Fransa BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvləridir. Yəni dünya sülhünü və silahsızlaşmanı təmin etmək üçün qurulan təşkilatın daimi üzvləri…

Ağılasığmaz səviyyəyə çatan silahlanma yarışı qaçınılmaz acı nəticələrə səbəb olur.Müharibələrdən ən çox əziyyət çəkənlər günahsız uşaqlar və qadınlardır. Son bir neçə il ərzində 2 milyondan çox uşaq müharibə bölgəsində həlak olub. Milyonlarla uşaq müharibə zamanı ömürlük şikəst qalıb. 12 milyondan çox uşaq təhlükəsizlik səbəbindən evlərini tərk etməyə məcbur olub. Bunların üçdə biri qaçqın düşərgələrində yaşayır.

Halbuki, bu vəziyyəti bərpa etmək mümkündür. Silahlanmaya ayrılan büdcə ilə bütün dünyadakı səfalət bir neçə il ərzində tamamilə yox ola bilər. Hər il silah sənayesinə, hərbi xərclərə sərf olunan 3 trilyon dollar aclığın, yoxsulluğun aradan qaldırılmasında istifadə olunması bu problemi kökündən həll edəcəkdir. Yeni nüvə silahları üçün ayrılan milyardlarla dollar səhiyyə sahəsində yeni texnologiyaların inkişaf etdirilməsində və ya xəstəlikləri aradan qaldıracaq dərmanların kəşfində istifadə olunsa, dünya daha da gözəl, hər kəsin rahat yaşayacağı bir yer olar.   

Silahların susduğu, qətliamların və acıların olmadığı bir dünya meydana gətirmək mümkündür. Belə bir dünya üçün hər fürsəti dəyərləndirərək sülhün əhəmiyyətini, sevginin vacibliyini izah etmək lazımdır.  Unutmayaq ki, dünyada hər kəsə yetəcək qədər resurs var. Bunlardan düzgün istifadə etmək isə bizim əlimizdədir.

Adnan Oktarın "MBC Times"da nəşr olunan məqaləsi:

http://www.mbctimes.com/english/how-a-little-boy-changed-the-world-forever


PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr