ADNAN Oktar: Xorasan tərəflərindən kimlər gəldi? Anadoluya kimlər gəldi? Oğuz türkləri gəldi, türklər gəldi. Peyğəmbərimiz (s.ə.v) qövmün öz zamanındakı yerini söyləyir. Sülaləsi artıq orada, Xorasandadırlar. Hələ Anadoluya gəlməyiblər. Onun üçün Xorasana deyir. Xorasandan Türkiyəyə gələcəklərini izah edir, xorasanlıdırlar deyir. Bəzən haralısan deyə soruşurlar, hər kəsdən haralısan deyə soruşmurlar? Türklər də mənşəcə xorasanlıdırlar. Peyğəmbərimiz hz. Mehdinin türklərin içindən çıxacağını deyir. "Qar üstündə sürünərək də olsa"-deyir, Məkkədə, Mədinədə qar yoxdur. Mədinə sözü “böyük şəhər” deməkdir. Qar üstündə sürünərək gəlin deyir Yəni, orada qar olacaq. Qar harada olur? Türkiyədə olur. “Qar üstündə sürünərək də”–deyir. Yəni, çıxacağı yeri söyləyir. Peyğəmbərimiz (s.ə.v) onu xüsusilə söyləyir. Yəni Məkkə, Mədinə deyib çaşmasınlar, onu qəsdən söyləyir. Yağış demir, qar deyir ki, etiraz edə bilməsinlər. Məkkədə, Mədinədə qarın olması mümkün olmayacağına görə, qar harada daha çox olur? İstanbulda, inşaAllah.