ADNAN OKTARIN KAÇKAR TV-DƏKİ CANLI MÜSAHİBƏSİ (17 DEKABR 2010)
ADNAN OKTAR: "Quran oxunduğu zaman onu dinləyin…"-yəni söhbətə davam etməyin, susun, danışmayın, diqqətinizi Qurana yönəldin-"Bəlkə sizə rəhm olunsun.", deyir Allah. Quran oxunarkən danışmaq haramdır. Məsələn, məsciddə görürəm qışqıra-qışqıra Quran oxuyurlar, yüksək səslə, gözəl. Bəziləri: "Həmşərim necəsən? Nə edirsən? Çoxdandır görüşmürük"-deyərək məscidin içində söhbət edirlər, bir tərəfdən də Quran oxunur. Söhbət etmək belə olmaz. Quran oxunanda dinləmək lazımdır, susmaq lazımdır.