300 il Osmanlı imperiyasının ədalətli rəhbərliyi altında yaşayan abxazlar təxminən 100 ildir ki, kommunist zülmü altında yaşayırlar. Hal-hazırda müstəqillik mübarizəsi aparan abxazlar rus və gürcü ordularının mühasirəsi
13-cü əsrdə moğollar əvvəl Səlcuq dövlətini dağıtmış, sonra Gürcüstanı işğal etmişlər. Bu hadisələr nəticəsində Gürcüstandakı rəhbərliksüqut etmiş, dövlət Abxaz və Gürcü krallıqlarına bölünmüşdü.
16-cı əsrdə Qafqaza gələn Osmanlı ordusundan təsirlənən abxazlar İslamla tanış olmuş və təxminən 300 il Osmanlı imperiyasının ədalətli idarəsi altında yaşamışlar. Ancaq Abxaziya torpaqlarındakı Osmanlı hakimiyyəti 1810-cu ildə rus hücumları nəticəsində sona çatdı. 1864-cü ilə qədər davam edən Qafqaz-Rusiya müharibələri bütün Qafqazda olduğu kimi, Abxaziyaya da fəlakət gətirdi. 1877-ci ildə başlayan Osmanlı-rus müharibəsinin təsiri Qafqazdan da yan keçmədi və Abxaziya torpaqları dünya tarixinin ən böyük qətliamlarından birinə səhnə oldu. Bu müharibədə minlərlə abxaziy
Abxaziya torpaqlarında kommuni
1917-ci il bolşevik inqilabından sonra kommunist rəhbərliyə tabe edilən abxazlar 31 mart 1921-ci ildə "Müstəqil Abxaziya Respublikası"nı elan etdilər. Stalinin başçılıq etdiyi Kommunist Partiyası Mərkəzi Komitəsi Müstəqil Abxaziya Respublikasını tanımadıqlarını və abxazların Gürcüstan Sovet Sosialist Respublikasının sərhədləri daxilində qalmalı olduğunu bildirdi. Abxaz xalqının bütün müqavimətinə baxmayaraq,Abxaziya federasiya olduğu halda, 1922-ci ildə Gürcüstana birləşdirildi.
Stalin rəhbərliyinin təzyiq və soyqırım siyasəti Abxaziya torpaqlarında yaşayan müsəlmanların vəziyyətini gərginləşdirdi. Mi
1937-1955-ci illərdə yüzlərlə gürcü ailəsi Abxaziya torpaqlarına yerləşdirildi. II dünya müharibəsindən sonra abxaz məktəbləri tamamiləbağlandı, gürcü və rus dilində təhsil verən məktəblər açıldı. Əslən gürcü olan Stalin 1948-ci ildə bölgəyə gəldikdən sonra abxazlara qarşı sistemli soyqırım siyasətində gürcüləri dəstəklədiyini bildirdi.
Artıq 1951-ci ildə Abxaziyadakı bütün yaşayış yerlərinin adı dəyişdirilmişdi. Milli və İslami kimlikləri, tarixlərini xatırladan hər şeyləri əllərindən alınan abxazlar kütləvi xalq hərəkatları ilə etirazlarını bildirməyə başladılar. Ancaq bütün etirazlar Gürcüstan Kommunist rəhbərliyi tərəfindən şiddət və təzyiqlə susduruldu.
SSRİ dağıldıqdan sonra...
1991-ci il avqustun 25-də Abxaziya Muxtar Respublikasının parlamentində keçirilən səsvermədə 72 millət vəkilindən 70-nin lehinə səs verməsi ilə abxazlar bütün dünyaya müstəqilliklərini bəyan etdilər. 23 iyul 1992-ci ildə Abxaziya Muxtar Respublikasının verdiyi tarixi qərar dünyaya bu şəkildə bildirildi:
"Abxaziya Muxtar Respublikasının 1978-ci il konstitusiyası etibarsızdır. Yeni konstitusiya qəbul edilənə qədər 1921-ci il konstitusiyası qüvvədə olacaq və bu an qüvvədə olan qanunverici, icra və məhkəmə sistemi eynilə saxlanılacaq."
SSRİ dağıldıqdan sonra Gürcüstanda iqtidarı ələ keçərən hərbi idarəetmə 1978-ci il konstitusiyasını qüvvədən salaraq, 1921-ci il konstitusiyasına geri qayıtmaq qərarını verdi. Bu konstitusiyada isə Abxaziyanın Gürcüstana bağlı olduğuna dair heç bir maddə yox idi. Bununla da Abxaziyanın Gürcüstana bağlılığı sona çatdı.
Ancaq Gürcüstan rəhbərliyi bu müstəqillik bəyanatını heç bir səbəb göstərmədən rədd etdi. Gürcü ordusu 1992-ci il avqustun 14-dəmüstəqilliyini elan edən Abxaziya torpaqlarını işğal etdi. 1,5 il davam edən müharibənin sonunda - 1993-cü il sentyabrın 30-da abxazlargürcüləri torpaqlarından çıxartdılar və müstəqilliklərini elan etdilər. Gürcülər məğlub olduqdan sonra rus əsgərlərinə Gürcüstanda hərbi baza inşa etmək izni verildi. 1996-cı ildən bəri müsəlman abxazlar quru və dənizdən embarqo və təzyiqlərə məruz qalırlar.
Təxminən 200 ildir aparılan təzyiq və soyqırım siyasətinə baxmayaraq, milli və mənəvi dəyərlərinə sadiq qalan Abxaziya müsəlmanları təxminən 300 il bölgədə hökm sürən Osmanlı ədalətini heç vaxt unutmadılar. Osmanlı imperiyasının Qafqaza daxil olması nəticəsindəİslamla tanış olan abxazlar İslamdan
Abxaziyanın Türkiyə üçün əhəmiyyəti
Gürcü və rus rəhbərliyinin Abxaziya torpaqlarında yürütdükləri
1877-ci ildəki Osmanlı-rus müharibəsi dövründ
Bu gün Türkiyədə təxminən 5 milyona yaxın Abxaziya mənşəli müsəlman yaşayır. Türkiyədəki Abxaziya mənşəli vətəndaşların böyük əksəriyyəti özlərini türk hesab edir, uşaqlarına türk adları qoyur, onları türk adət-ənənələrinə görə böyüdürlər. Bütün bunlar nəzərə alındıqda, Abxaziyanın və Qafqaz torpaqlarının Türkiyə üçün əhəmiyyəti bir daha artır. Abxaziya mənşəli vətəndaşlarımız son illərdə beynəlxalq səviyyədə Qafqaz
Gürcüstanın Abxaziya torpaqlarındakı işğalçılıq siyasətinin
Sərt məhdudiyyətlər
Çeçenistan problemini bəhanə edən ruslar Qafqaz respublikalarının sərhədlərinə embarqo qoyublar. Səbəb isə digər Qafqazrespublikalarının çeçenl
Gürcü və rus rəhbərliyinin Abxaziya torpaqlarında tətbiq etdikləri sərt məhdudiyyətlərə Türkiyə öz reaksiyasını verir. Qafqazdakı
Abxaziya parlamentinin 15.10.1997 tarixli qərarı:
Sovet Rusiyası parçalandıqdan sonra yurdlarından sürgün edilən abxazlar torpaqlarına geri qayıtmaq üçün beynəlxalq səviyyədəmübarizəyə başladılar. Abxaziya parlamenti 1997-ci ildə qərar qəbul etdi. Tarixi əhəmiyyətli bu qərarda ifadə edilirdi:
1. 20-ci əsrdə abxaz xalqının sürgünü ağır insan haqları pozuntusu və soyqırım kimi qəbul edilməlidir.
2. 28 iyun 1951-ci il BMT-nin Baş Assambleyasının Konvensiyasına uyğun olaraq 20-ci əsrdə sürgün edilən abxaz (abazin) xalqına qaçqın statusu verilməlidir.
3. Sürgün edilən abxaz (abazin) xalqının nəvələrinin ana vətənlərinə geri qayıtmaq istəkləri şərtsiz qəbul edilməlidir.
4. Geri qayıtmaq istəyən abxazlara hər cür insani, hüquqi və siyasi dəstək BMT, ATƏT, MDB və Çar Rusiyası ilə SSRİ-nin qanuni varisi Rusiya Federasiyası tərəfindən təmin edilməli və bu tarixi səhvin düzəldilməsi üçün lazımlı səy göstərilməlidir.
5. Abxaziya parlamenti Hüquq Komitəsi ilə parlamentlər və xaricdəki soydaşlarla Əlaqələr Komitəsi geri qayıtmaqla əlaqədar mövzularda hər cür qanuni tənzimləmə aparmalıdır.
6. Dövlət başçısına və nazirlər kabinetinə ölkənin daxili və xarici siyasətini müəyyən edən işlərdə 20-ci əsrdə sürgün edilən insanların geri qayıtmalarını asanlaşdıran həll yollarını gözardı etməmələrini və xaricdə yaşayan soydaşlarımızın geri qayıtmaları üçün əhatəli proqram qəbul etmələrini təklif edirik.
7. Parlamentimiz yerli rəhbərliklərə, siyasi partiyalara, QHT-lərə və xüsusi quruluşlara geri qayıtma proyektinə siyasi, iqtisadi, psixoloji və mənəvi dəstək vermələri üçün səslənir.
8. Qərar verildiyi andan etibarən radio və TV vasitəsilə də xalqa eşitdirilir.
Bizim hamımızın niyə qardaş olduğumuzu və bizə niyə türk deyildiyini hər kəsə öyrətmək, hər kəsə açıq, aydın və möhkəm bir millət və milliyyət şüurunu aşılamalıyıq. Bilməyənləri qınaya bilmərik, bildirmək borcumuzdur, vəzifəmizdir. Mustafa Kamal Atatürk
Orta Asiyada lider ölkə olmaq hədəfindəki Türkiyənin Qafqazdakı
PERSPEKTİV
Problemin əsil səbəbini tapmaq
Bəzən insanlar yaşadıqları problemlərə çarə axtararkən problemin əsil səbəbinə deyil, yalnız görünən tərəfinə yönəlməklə kifayətlənirlər. Səthi tədbir və üsullarla bu problemi ortadan qaldırmağa çalışırlar. Ancaq belə yanaşma ilə kökü dərində olan problemlərdən xilas olmaq mümkün olmur. Buna görə də xəstəliyin diaqnozunu düzgün qoymaq müalicə üçün tətbiq olunacaq üsul və alınacaq tədbirlərin dəqiqliyi cəhətdən böyük əhəmiyyət daşıyır.
Bütün dünyada illərlə azalmayan terror hadisələrinin, anarxist fəaliyyətlərin və qanlı hərəkətlərin bir çoxunun ortadan qalxmamasının səbəbi də çarə üçün səhv diaqnoz qoyulması və yalnış
İllərlə saysız-hesabsız yalan və saxtakarlıqla dəstəklənən və xalqa daim yeni təbliğat üsulları ilə aşılanan darviniz
Darvinizmin qarşıya qoyduğu iddialar tamamilə elmdən kənar olmasına baxmayaraq, davamlı gündəmdə saxlanılmağa çalışılır. Bunun əsil səbəbi din düşməni ideologiyaların fəlsəfələrinin təməlini bu nəzəriyyə üzərinə qurmalarıdır. Başda kommunizm olmaqla, dinə qarşı bir çoxideologiyaların təkamül nəzəriyyəsinin çılğın
Bununla yanaşı, təkamül nəzəriyyəsi bir çox zalım metodların, çox insafsız tətbiqlərin dünyada yayılmasına da təsir etmişdir. İnsanları "təkamül keçirmiş bir heyvan" kimi qiymətləndirən bu zehniyyətin nəticəsi olaraq, vəhşi və insanlığa aidiyyatı olmayan zülmlər də saxta dayaq tapa bilmişdir. Zamanla saysız elmi tapıntılarla bu köhnə nəzəriyyənin etibarsızlığı dəfələrlə sübut edilsə də, tamamilə ideoloji səbəblərə görə hələ də israrla müdafiə edilir.
Məlumdur ki, darvinizm bütün kainatın kor təsadüflər nəticəsində meydana gəldiyini iddia edir. Bu cəfəng iddiaya görə, yer üzündəkicanlılar primitiv dünya şərtlərində bir gün təsadüfi bir hüceyrənin meydana gəlməsi ilə ortaya çıxmışdır. Yenə təkamül nəzəriyyəsinin yalanlarına görə, bu hüceyrə getdikcə çoxalmış, təsadüfən qüsursuz kombinasiyalarla birləşmiş,
Təməli darvinist təbliğata söykənən materializm və kommunizmin cəzasını bütün dünya xalqları çox ağır ödəyir. Bu təhlükəni görməzlikdən gəmək zərər çəkən və zülmə uğrayanları bu mübarizədə tək qoymaq deməkdir. Bu mövzuya göstəriləcək həssaslıq hər kəsin vicdani məsuliyyətidir və təcili həll edilməlidir.