Kipr ada TV. 1 avqust, 2008 Adnan Oktar: Türk millətinin taleyi gözəldir. Açıq şəkildə deyirəm ki, hər kəsin gözünün önündə olsun, mən lap əvvəl də nə dedimsə, oldu. İddia edilən Ergenekon təşkilatını mən 10 il əvvəl dedim və çıxdı. İslamın daha da inkişaf edəcəyini, İslamın güclənəcəyini Türk-İslam Birliyinə doğru Türkiyənin gedəcəyini 10 il əvvəl söylədik, bu da çıxdı və davam edir bu an. Getdikcə də güclənir. İndi yenə açıq şəkildə deyirəm, heç bir şəkildə nə qarışıqlıq olacaq, nə xaos və nə də bir uğursuzluq olacaq. Türkiyə çox gözəl şəkildə inkişafa, güclənməyə davam edəcək. Çünki mənəvi quruluşu çox mükəmməldir. Osmanlıdan gələn gözəl bir əxlaq quruluşu vardır Türk millətində. Bizim millətimiz əziyyətlə yoğurulmuşdur. Ruhən çox keyfiyyətli, gözəl əxlaqlı insandır Türk milləti. Yəni qonaqpərvər, şəfqətli, mərhəmətli, insancıldır. Hara getsəniz, bunu görərsiniz. Bütün dünyaya model olacaq bir ölkədir Türkiyə. Məsələn, Almaniyaya getsəniz, siz bunu tapa bilməzsiniz. Bu dostluq anlayışını, sevgi anlayışını, bu istiliyi, insan sevgisini tapa bilməzsiniz. Buna görə Anadoluda yaranan bu gözəl əxlaqın dünya üçün qaçılmaz bir model olduğu açıqdır. Bunu yaxın zamanlarda bütün dünya görəcək. Yavaş-yavaş inkişaf edəcək. Bölgənin böyük lideri olaraq mənfəət arxasına düşməyib Türkiyə, yəni bir mənfəəti olmayacaq bundan. Dolayı olaraq bir mənfəəti olacaq. Çünki zənginləşən bölgə səbəbiylə Türkiyə də zənginləşəcək. Amma təbii ki, bu bir mənəvi xidmətdir. Bu maddi mənfəət üçün edilməz. Mənəvi xidmət naminə ediləcəyi üçün, inşAllah, bərəkəti də çox gözəl olacaq.
|