Məlum olduğu kimi, Prezident Ərdoğanın may ayında Ağ Evi ziyarətindən bir həftə əvvəl prezident Tramp YPG-yə silah yardımı edilməsi ilə bağlı qərar imzalamışdı. Bu, Türkiyə ilə ABŞ arasında yeni bir gərginlik dövrünün başlayacağı kimi şərh edildi. Bu gərginliyin görüşməyə də təsir edəcəyi gözlənilirdi.
Gözlənildiyi kimi olmadı. İki lider son dərəcə səmimi və dost kimi bir araya gələrək bir-birilərinə təriflər dedilər və dostluq mesajları verdilər. Dost və müttəfiq olan iki ölkə arasındakı güclü əlaqələrin davam edəcəyi də dilə gətirildi.
CNN həmin görüş haqqında əvvəlki ABŞ rəhbərliyi ilə gərgin münasibətləri olan Ərdoğanın ən səmimi şəkildə qarşılandığını şərh etdi.
Maraqlısı budur ki, Obama rəhbərliyi ilə Türkiyə arasında gərginliyin də səbəbləri bugünkülərdən fərqli deyildi. ABŞ-ın terror təşkilatı YPG ilə olan əlaqələri həmişə problemlərə səbəb olmuşdur.
Cənab Ərdoğan Ağ Evdəki mətbuat konfransında "Hansısa ölkənin, xüsusilə, YPG/PYD terror təşkilatını əməkdaş kimi qəbul etməsi bu mövzuda qlobal səviyyədə verilən razılığa qəti şəkildə uyğun deyil" sözləri ilə bu yanlış siyasəti açıq-aşkar tənqid etdi. Bu sözlər qarşısında Tramp YPG-nin adını çəkmədən, "İŞİD və PKK kimi terror təşkilatları ilə mübarizədə Türkiyəni dəstəkləyirik" deməklə kifayətləndi.
Türk heyəti tərəfindən ABŞ rəhbərliyinə bir hesabat təqdim edildi. Hesabatda YPG-nin ABŞ-ın terror siyahısında olan PKK-nın Suriyadakı təşkilatlanması olduğuna dair yüzlərlə sənəd və dəlil öz əksini tapmışdır. Bölgəni yaxından tanıyan ABŞ-ın səlahiyyətli şəxsləri də onsuz da bu həqiqəti hər fürsətdə dilə gətirməkdən çəkinmirlər.
ABŞ-ın Suriyadakı keçmiş səfiri Robert Fordun “The Atlantic”də 11 may 2017-ci ildə yayımlanan məqaləsində PYD/YPG-nin PKK ilə eyni terror təşkilatı olduğu ilə bağlı çox sayda sübut öz əksini tapmışdır. PYD-nin Qəndildəki PKK rəhbərliyi tərəfindən qurulduğunu, PYD üzvlərinin PKK mənşəli olduqlarını, Türkiyədə terror aktlarını reallaşdıran PKK-lı terrorçuların Şimali Suriyada təlim keçdiklərini izah edir.
2005-ci ildə ABŞ-ın Türkiyədəki səfiri olmuş Ross Uilson belə deyir: "YPG PKK-nın davamçısıdır. İkisinin bir-birindən fərqləndiyini deyənlər özünü aldadır. Lakin bəhs etdiyimiz fərq ABŞ ordusunun və hazırda həm də Trump rəhbərliyinin fikridir."
Hər zaman Obamanın siyasətini tənqid etsə də, Trampın öz hakimiyyəti dövründə eynilə həmin siyasəti davam etdirməsi ilk baxışda ziddiyyətli kimi görünür. Halbuki ziddiyyət yoxdur; çünki bunlar Trampun öz yeritdiyi siyasət deyildir. Bunlar ABŞ-ın bütün siyasətinə hakim olan dərin dövlət mexanizminin hər dövrdə yürütdüyü siyasətlərin davamıdır.
ABŞ-da prezidentlər hansı siyasi fikir və ya vədlərlə hakimiyyətə gəlsələr də, nəticədə bu sistemə boyun əymək, təslim olmaq məcburiyyətində qalırlar. Boyun əyməyənlər isə təhdid və təzyiqlərə məruz qalırlar, daha israrlı olanlar isə Con Kennedi nümunəsində olduğu kimi ortadan qaldırılır.
Tədqiqatçı Cek Ravenvud “The Unz Review” adlı saytdakı "Tramp, Con Kennedi və dərin dövlət" başlıqlı məqaləsində Kennedinin dərin dövlətin ABŞ-da Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) təlimatlarına uyğun hərəkət etmədiyi üçün necə aradan götürüldüyünü detalları ilə izah edir. Dərin dövlətin öz namizədi olmayan Trampın seçilməsindən bəri onu yox etmək üçün hər cür yola əl atdığını bildirir.
Amerikanın democracynow.org saytındakı bir müsahibədə Mərkəzi Kəşfiyyat İdarəsinin və kəşfiyyat dünyasının əvvəlcədən Klintona dəstək verib Trampa tamamilə qarşı olduğunu, bu səbəbdən seçildikdən sonra Trampın əleyhinə fəaliyyətlərlə məşğul olduqlarını bildirmişdir.
Trampın hakimiyyətə gəlməsindən sonra "dərin dövlət" mövzusu ötən aylarda ABŞ mediasında və siyasi dairələrində tez-tez gündəmə gəldi. Nyu-York Taymz qəzeti mövzu haqqında "Sızmalar çoxaldıqca Amerikada Dərin dövlət qorxusu" başlıqlı böyük məqalə nəşr etdi.
ABŞ-da bu gün Dərin dövlət, Mərkəzi Kəşfiyyat İdarəsi (CİA), Federal Təhqiqat Bürosu (FBİ), Pentaqon kimi faktiki gücü əlində saxlayan mərkəzlər siyasi partiyalar, məhkəmə strukturları, qeyri-hökümət təşkilatları, araşdırma mərkəzləri və mediadakı əlaltıları vasitəsilə hər zamanki layihələrini həyata keçirməyə davam edirlər.
Federal Təhqiqat Bürosu hər gün Tramp əleyhində istintaq tədbirlərinin sayını artırır. Maraqlıdır ki, Tramp-Rusiya əlaqəsinə dair iddiaların müəllifi Xristofor Stil keçmiş İngiltərə Gizli Kəşfiyyat Xidmətinin (MI6) agentidir.
Dərin dövlət tərəfindən istifadə edilən bəzi təbliğat vasitələri Tramp əleyhinə davamlı yeni "qalmaqallar" ortaya çıxarır. “Washington Times” qəzetinin əməkdaşlarından Vesley Prudan bir məqaləsində "Donald Trampı yox etmək əsas medianın xəbərlər hissəsində yeganə mühüm mövzudur" başlığını yazmışdır.
Bu şərtlər altında, dərin dövlət tərəfindən mühasirə altına alınmış Trampın YPG mövzusunda özünə təqdim edilən qərarları da imzalamaqdan başqa çarəsi olmadığı açıqdır. Beləcə, qlobal imperializmin lideri İngilis dərin dövləti 200 ildir saysız kompleks planla idarə etdiyi Yaxın Şərq siyasətinin finalına hazırlaşır. Bu da bölgənin mərkəzində PYD-YPG/PKK üzərindən qurulacaq kommunist Kürdüstan layihəsidir. Dərin dövlətin planlaşdırdığı bu qondarma dövlət nəhəng hərbi, strateji və kəşfiyyat xarakterli baza olacaq.
Bu vəziyyət yalnız Türkiyə üçün deyil, Rusiya, İran və digər Yaxın Şərq ölkələri üçün təhlükədir. Bu səbəbdən Rusiya, Türkiyə və İran güclü ittifaq qurmaqla bu təhlükəyə qarşı hər cür siyasi, hərbi və strateji tədbir görməlidirlər.
Cənab Putin Soçi görüşündə cənab Ərdoğana Rusiyanın YPG-yə hərbi dəstək olmayacağını bildirərək mühüm zəmanət verdi. Bununla yanaşı, hər iki ölkənin də güclü əməkdaşlıqla Suriya və İraqın ərazi bütövlüyü məsələsinə yönəlmələri əhəmiyyətlidir. İngiltərə dərin dövlətinin bu ölkələrin torpaqlarında özünün idarəsində olan kiçik qondarma dövlətlər yaratmasını əngəlləməyin yeganə yolu budur.
Dünyanın bir çox ölkəsi, eynilə ABŞ kimi, İngiltərə dərin dövlətinin idarəsi altındadır. Rusiya və Türkiyə kimi ölkələr bu sistemə qarşı müqavimət göstərən nadir ölkələrdəndir. Dərin dövlət hakimiyyətinə baş qaldırdıqları üçün isə davamlı təhdid, hücum, sanksiya və mühasirələrə məruz qalırlar. Bu səbəbdən sağlam bir ittifaq və əməkdaşlıq qurmaq həmin qüvvələrin əleyhinə istifadə edilən ən ağıllı üsul olacaq.
Adnan Oktarın “Pravda”da yayımlanan məqaləsi:
http://www.pravdareport.com/opinion/columnists/26-05-2017/137837-erdogan_trump_meeting-0/