Hz. Mehdi (ə.s) sevgisiylə, şəfqətiylə, mehribanlığıya bütün insanların ondan razı olduqları, çox sevdikləri, könüldən bağlandıqları bir insan olacaq. Hz. Mehdi (ə.s) dövründə sevgi, mərhəmət, şəfqət o qədər güclü olacaq, gözəlliklər o qədər artacaq, zənginlik o qədər çoxalacaq, ədalət, sülh və sükunət o qədər yayılacaq ki, "Onun zamanında, böyüklər "Kaş ki, mən kiçik olsaydım", kiçiklər də "Kaş ki, mən böyük olsaydım" deyəcəklər. "1 Hz. Mehdi (ə.s)-ın dövrü, hz. Mehdi (ə.s)-ın sevgisi, mərhəməti, gözəl əxlaqı və dərin imanının vəsiləsiylə, "yaxşı insanların yaxşılığı artar, pislərə qarşı belə yaxşılıq edildiyi"2 bir dövr olacaq.
Peyğəmbərimiz (s.ə.v)-in hədislərində hz. Mehdi (ə.s)-ın çox şəfqətli və sevgi dolu olacağı, bütün insanların onun ətrafında sevgiylə və coşğuyla toplanacaqları, yalnız insanların deyil, dənizlərdəki balıqların, göydəki quşların da ondan razı olacağı, bütün insanlıq üçün sevinc qaynağı olacağı izah edilir.
HZ. MEHDİ (Ə.S) O QƏDƏR MƏRHƏMƏTLİ OLACAQ Kİ, zamanında nə bir kimsə yuxusundan oyandırılacaq, nə də bir kimsənin burnu qanayacaq. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 42)
Hz. Mehdi (ə.s)-ın xidmətləri elə əhəmiyyətli və böyükdür ki, rəvayətlərdən ONUN İDARƏETMƏSİNDƏN YALNIZ İNSANLARIN DEYİL, BÜTÜN YER VƏ GÖY ƏHLİNİN MƏMNUN OLACAĞI İFADƏ EDİLİR. (İs’afür-Ragıbin, s. 146; el-Havi, 2:66, 67)
ÇIXIŞI YALNIZ İMANLILAR ÜÇÜN DEYİL, YER VƏ GÖY ƏHLİ ÜÇÜN DƏ SEVİNC QAYNAĞI OLAR. Belə ki, quşlar, vəhşi heyvanlar, dənizdəki balıqlar belə sevinərlər. (Kıyamet Alametleri, səh. 162, 163)
İNSANLAR BAL ARILARININ BƏYLƏRİ ƏTRAFINDA TOPLANDIĞI KİMİ, HZ. MEHDİ (Ə.S)-IN ƏTRAFINDA TOPLANARLAR. Daha əvvəl zülmlə dolu olan dünyanı, O ədalətlə doldurar. Ədaləti o cür olar ki, yuxuda olan bir kimsə belə oyandırılmaz və bir damla qan belə axıdılmaz. Dünya, sanki əsri Səadət dövrünə geri dönər. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 29)
(Hz. Mehdi (ə.s)) Peyğəmbərin yolu ilə gedəcək. Yatan adamı oyandırmayacaq, qan da axıtmayacaq... Yer üzü zülm və işgəncə əvəzinə ədalətlə dolacaq. Hər şeyi haqq və ədalət ölçüləriylə bərabər bir halda təslim edəcək. BELƏLİKLƏ, YER VƏ GÖY SAKİNLƏRİ ONDAN RAZI OLDUQLARI KİMİ, HAVADAKI QUŞLAR, MEŞƏDƏKİ YIRTICI HEYVANLAR, DƏNİZDƏKİ BALIQLAR BELƏ MƏMNUNLUQ DUYARLAR. (Medineli Allame Muhammed b. Resul el-Hüseyni el-Berzenci, Pamuk Yayıncılık, İstanbul, 2002, səh. 163)
ONUN (HZ. MEHDİ (Ə.S)-IN) ZAMANINDA QURDLA QOYUN BİR YERDƏ OYNAYACAQ, İLANLAR UŞAQLARA BİR ZƏRƏR VERMƏYƏCƏK. İnsan bir ovuc toxum atacaq, 700 ovuc məhsul əldə edəcək... (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 43)
Hz. Mehdi (ə.s)-ın sevgisi, şəfqəti və mərhəməti insanların da bir-birlərinə sevgi duymalarına, mehriban olmalarına, şəfqətli və mərhəmətli davranmalarına vəsilə olacaq. Bu vəziyyət bu şəkildə bildirilir:
Hz. Mehdi (ə.s) zamanında, əsri Səadətdə olduğu kimi KÜLLƏNMİŞ DUYĞULAR BİR-BİR TUMURCUQLANACAQ, ÇİÇƏK AÇACAQLAR. (el-Havi l’il-Fetava, səh. 67, 68; Rahbavi, Kıyamet Alametleri, səh.162, 163)
(HZ. MEHDİ (Ə.S)) ALLAHIN İZNİ İLƏ DAŞ KİMİ ÜRƏKLƏRİ YUMŞALDA, KÖMÜR KİMİ RUHLARI ALMAZLAŞDIRA BİLƏCƏK, ölü ruhları imanın nuruyla dirildə biləcək... (El-Kavlü’l-Muhtasır, səh.24; Şaban Döğen Mehdi ve Deccal, səh. 194-195)
Bu hədislərdə, hz. Mehdi (ə.s)-dan əvvəl insanların sevgidən, mərhəmətdən uzaq olacaqları, bəzi kəslərin ürəklərinin qatılaşacağı, bəzi kəslərin dərinlikdən məhrum olacaqları, ruh gözəlliklərinin azalacağı, ancaq hz. Mehdi (ə.s)-ın zühuruyla birlikdə insan ruhundakı sevgi, mərhəmət, şəfqət, mehribanlıq kimi bütün gözəlliklərin yenidən həyat tapacağı xəbər verilir.
1. (El-Kavlu'l Muhtasar Fi Alamet-il Mehdiyy-il Muntazar, səh. 48)
2. (Kitab-ül Burhan fi Alamet-il Mehdiyy-il Ahir Zaman, səh. 17)