MÜĞNİ - İstədiyini zəngin edən
ucgen

MÜĞNİ - İstədiyini zəngin edən

1881
Dövlətli edən də, kasıb edən də Odur. (Nəcm surəsi, 48)
 
Gerçək zənginlik yalnız Allah`a aiddir. O, dilədiyini Öz fəzlindən zəngin edir, dilədiyini də müəyyən bir müddətə qədər kasıblıqla sınayır. “Varis” sifətində də ifadə etdiyimiz kimi, hər şeyin varisi yalnız Allah`dır. İnsanların dünyada sahib olduqları zənginliklər, mal-mülk də yalnız Allah`a aiddir.
 
Hər insan ömrü boyu çalışıb qazandığı hər şeyi ölümlə birlikdə geridə buraxır. Ancaq bütün bunlara baxmayaraq, yaşadığı qısa həyatda mal-mülk sahibi olmaqla fəxr edən, zənginliyi ilə təkəbbürlənən və bunun nəticəsində Allah`ı unudan şəxslər üçün Quranda belə hökm verilir:
 
Yoxsa elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar fərqinə varmırlar. (Muminun surəsi, 55-56)
 
Allah dilədiyi qullarını isə dünyada böyük bir mülklə mükafatlandırmışdır. Xüsusilə elçilərə verilən böyük mülkə Quranda bir çox ayə ilə diqqət çəkilmişdir. Allah`ın dünyada hz. İbrahimi, hz. Məhəmmədi, hz. Davudu və hz. Yusifi zənginliklə mükafatlandırıb. Hz. Süleyman isə Allah`dan dünyada heç kimə verilməyən böyük bir mülk istəmiş və buna sahib olmuşdur.
 
Ancaq unudulmamalıdır ki, Allah`ın elçiləri özlərinə verilən mülkü Rəbbimizi razı etmək, Onun məmnun olacağı xeyir işlər görmək üçün istifadə etmişlər. Sahib olduqları ilə öyünüb azan, mülkün gerçək sahibini unudan insanlardan fərqli olaraq əllərindəki hər şeyi Allah üçün xərcləmişlər. Çünki onlar bilərlər ki, mülkün hamısı Allah`a aiddir, Allah dilədiyinə mülk verir, dilədiyindən də mülkünü geri alır.
 
Göründüyü kimi, kainatdakı hər şeyin tək hakimi, mülkün yeganə sahibi olan Allah dünyada dilədiyi insanı zəngin edir. Gerçək zənginliyi isə axirətdə verəcək. Özünə iman edən, bütün həyatını saleh əməllər işləyərək, Onun razılığını qazanmağa çalışaraq keçirən möminləri axirətdə çox böyük bir zənginliklə nemətləndirəcək.
 
Allah`ı razı edərək cənnətə girməyə haqq qazanan insanın orada qarşılaşacağı zənginlik Quranda bir çox ayədə ətraflı təsvir edilmişdir. Ayələrdə bu ehtişam belə xəbər verilir:
 
Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər və onlara səbir etdiklərinə görə cənnəti bəxş edər və (orada geyəcəkləri) ipəklə mükafatlandırar. (Onlar) orada taxtlar üzərində  dirsəklənəcək və orada nə günəş, nə də şaxta görəcəklər. (Cənnət ağaclarının) kölgələri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək. Onların ətrafına gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq. Gümüşdən olan elə büllur qədəhlər ki, onları içmək istədikləri həcmdə hazırlamışlar. Orada onlara zəncəfil qatılmış (şərab) badəsi içirdiləcək. (Bu elə) bir bulaqdandır ki, Səlsəbil adlanır. Onların ətrafında həmişə gənc olan cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. (Cənnətdə) hara baxsan, nemət və əzəmətli səltənət görərsən. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir. (Onlara deyiləcəkdir): “Həqiqətən, bu, sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”. (İnsan surəsi, 11-22)
 
Ey iman gətirənlər! Müşriklər, doğrudan da, murdardırlar. Özlərinin bu ilindən  sonra Məscidül-hərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, öz nemətindən sizi mütləq dövlətli edəcəkdir. Allah biləndir, hikmət sahibidir! (Tövbə surəsi, 28)
 
Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü ilə) genişdir, biləndir! (Nur surəsi, 32)
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr