Allah canlılarda üstün ağlını təcəlli etdirir. Ağlı və düşünmə qabiliyyəti olmayan canlıların sanki mühəndis və ya memar kimi əmələ gətirdikləri əsərlər Allahın ilhamına əsasən hərəkət etdiklərinin sübutu mahiyyətində olur.
Aparılan yeni tədqiqatlar nəticəsində əqrəblərin də məharətli bir memar kimi yuvalarını qurduqları ortaya qoyuldu. Əqrəblər əvvəlcə qısa və şaquli bir giriş, ardınca da səthə paralel olacaq şəkildə düzləşən bir yuva qururlar. Bu yuvalar sonra birdən aşağıya doğru dönür və çıxılmaz bir otaqda sonlanır. Bu sərin və rütubətli otaqda buxarlanma ən aşağı səviyyədə olur. Əqrəb bu otaqdan bir cür sığınacaq kimi istifadə edərək, gündüzün istiliyindən uzaq dayanaraq istirahət edə bilir.
Bununla yanaşı, Negevdə yerləşən Ben-Qurion Universitetindəki elm adamlarının müəyyənləşdirdiyinə görə, əqrəblər gecə ovuna çıxmadan əvvəl yuvalarında əmələ gətirdikləri platforma ilə isinə bilirlər.
Əqrəblər soyuqqanlı canlılardır və bədən temperaturlarının nizamlanması üçün ətrafda olan enerjidən asılıdırlar. Tədqiqatçılar, əqrəblərin yuvalarında meydana gətirdikləri bu platformanın gecə vaxtı yemək tapmaq üçün çölə çıxmadan əvvəl bədən temperaturlarını artıra biləcəkləri isti bir sahə olduğunu düşünürlər.
İsrailin Negev səhrasında tədqiqat aparan tədqiqatçılar, qalın qısqaclı əqrəbləri (Scorpio Maurus Palmatus) tutduqdan sonra yuvalarını ərimiş alüminiumla dolduraraq qəlibini çıxartdılar. Bu vəsait qatılaşdıqdan sonra isə, yer səthinə çıxardıb üçölçülü lazer-skaner və proqramlar vasitəsilə analiz etdilər. Həmçinin bu yuvanın yüksək səviyyəli dizayna sahib olduğunu gördülər. Araşdırılan bütün əqrəb yuvaları bənzər dizayna sahib idi.
Elmi inkişaflar canlıların təsadüfi hərəkət etmədiklərini əksinə Allahın ilhamı ilə memar kimi yuvalarını qurduqlarını isbat edir. Necə ki, əqrəblər nə memarlıq təhsili, nə də yuva qurmaq üçün başqa bir təhsil alıblar. Ağılları və düşünmə qabiliyyətləri də yoxdur. Dolayısilə ağlı və vicdanı olan hər insan bu mühüm iman həqiqətini düşündüyü vaxt, tək bir nəticəyə gələcək: Canlıları Allah yaratmışdır. Hər canlı Allahın nəzarəti altında hərəkət edir.