Müsəlmanların Allah'a və Onun dininə olan bağlılıqları heç bir şərt qoşmadan tam bir səmimiyyətə bağlı olur. Bu səbəbdən də, müsəlmanın din əxlaqına uyğun yaşamaqdakı şövqü, əhval-ruhiyyəsi, gücü, qətiyyəti şəraitin dəyişməsindən asılı deyildir. Bu, çox mühüm bir Quran əxlaqıdır. Bu mövzu ilə əlaqədar Quranda müsəlmanın iki əsas xüsusiyyətinə diqqət çəkilir. Birincisi, müsəlmanın üzləşdiyi istənilən çətin şəraitdə sarsılmaması və problemlərə görə əhval-ruhiyyəsini pozmamasıdır. İkincisi isə, müsəlmanın sahib olduğu imkanlara görə lovğalığa və təkəbbürə qapılmaması ilə bağlıdır. Allah müsəlmanların bu xüsusiyyətini bir ayədə belə bildirir:
«Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə verilənə də sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!» (Hədid surəsi, 23)
İnsan həyatında nələrlə qarşılaşacağını əsla bilməz. Gənc yaşında heç gözləmədiyi bir xəstəliyə tutula bilər və ya bir qəza nəticəsində ömrünü yataq xəstəsi kimi başa vura bilər. Bütün mülkünü itirə və yaqarşılaşdığıhadisələr heç ehtimal etmədiyi şəkildə baş verə bilər. Belə bir vəziyyətdə Allah'a imanı zəif olan insanlar ümidsizliyə qapılır və düşdükləri bu vəziyyətlərə görə üsyan edirlər. Allah'ın onlara verdiyi bütün nemətləri bir anda unudur və Allah'a olan sevgi və etibarlarını bir anda itirə bilirlər.
Əsl müsəlmanların fərqi məhz bu yerdə ortaya çıxır. Çünki müsəlmanlar Allah'a qeyd-şərtsiz iman gətirirlər. Onların Allah'a olan sevgi və etibarları başlarına gələn hadisələrə görə dəyişmir. Allah'ın hər şeydə bir gözəllik və xeyir yaratdığını bilir və başlarına gələn gözlənilməz hadisələr qarşısında yalnız səbir edərək təvəkkül edirlər. Onların Allahın ağlına, mərhəmətinə, ədalətinə etibarları tam və qətidir. Bu səbəbdən də, nəyi itirdiklərindən asılı olmayaraq, bunu bir itki saymaz və buna görə məyus olmazlar.
Həmçinin, Quranda həqiqi müsəlmanların olduqca dinamik və bəzən çətinliklərlə dolu bir həyat keçirdikləri bildirilir. Haqqı təbliğ və müdafiə edən hər bir müsəlman, əlbəttə, haqqın ortaya çıxmasından narahat olan insanların əngəl və təzyiqləri ilə qarşılaşacaq. Müsəlmanların insanları dəvət etdiyi gözəl əxlaqı öz mənfəətlərinə uyğun görməyən və din əxlaqının yaşanmasınıistəməyən insanlar, əlbəttə ki, olacaqdır. Məhz bu insanlar bəzən sözlə, bəzən də əməli surətdə müsəlmanların din əxlaqına əməl etmələrinə və insanları Quran əxlaqına dəvət etmələrinə mane olacaqlar. Bu maneələr əsnasında müsəlmanlar bəzən maddi itkiyə uğraya bilər, bəzən həyatları təhlükə ilə üzləşə bilər və ya yaşadıqları yerləri tərk etmək məcburiyyətində qala bilərlər. Lakin itki kimi görünən bütün bu hadisələr müsəlmanlara axirətdə böyük mülk, gözəllik, əzəmət və təmtəraq kimi geri qayıdacaq. Buna görə də, müsəlmanlar başlarına gələn hər bir hadisəni sevinc və şövqlə qarşılayırlar.
İnsanların həyatında gözlənilməz itkilər ola biləcəyi kimi, gözlənilməz böyük qazanclar da ola bilər. Allah dilədiyi insana Öz mülkünün qapılarını tam şəkildə aça bilər, ona uğur, hakimiyyət, vəzifə, qabiliyyət verə bilər. Belə bir vəziyyətdə Allah müsəlmanların sevinərək lovğalıq etməmələrinin vacibliyini bildirmişdir. Çünki insan mal-mülkün, vəzifənin və ya hər hansı bir qazancın yalnız əmanət sahibidir. Belə ki, insana verilən hər şeyin əsas və yeganə sahibi Allah'dır. Buna görə də, insan özünə aid olan hər hansı bir xüsusiyyətə görə deyil, Allah'ın lütfünə və diləməsinə görə rahatlıq və qazanca malikdir. Bunu bilən müsəlmanlar çox böyük nemətlərə və var-dövlətə malik olsalar da, aciz olduqlarını əsla unutmaz, təkəbbür göstərməz və böyüklük iddiasında olmazlar. Sadəcə Allah'a şükür edər və onlara verilən nemətlərin haqqını verməyə çalışarlar.