Adnan Oktarın 29 iyun 2011 A9 tv, tv Kayseri və Samsun Aks tv-dəki canlı söhbətindən
Adnan Oktar: Ənkəbut surəsi, şeytandan Allaha sığınırıq. Rəhman və Rəhim olan Allahın adıyla; "Əlif, Lam, Mim. İnsanlar, (yalnız) “İman etdik” deyərək, sınanmadan buraxılacaqlarını mı sandılar?" Biz iman etdik, Allahı çox sevirik deyir, yaxşı gözəl, bax, amma Allah deyir ki, "İman etdik deyərək, sınanmadan", sınanmadan, "bıraxılacaqlarını mı sandılar?" Sizi sınayacağıq deyir Allah. Nəylə? Xəstəliklər, dərdlər, əziyyətlər, çətinliklər, nəfsin istədiyi şeylər, hər şey. "And olsun, onlardan əvvəlkiləri sınadıq." Bütün dünyanı sınadım deyir Allah, bir tək sizi deyil. Hz. Adəm (ə.s)-dan etibarən müntəzəm sınama davam edir. "Allah, həqiqətən, doğruları da bilir və həqiqətən, yalançıları da bilir." Kim doğrudursa, onu Mən bilirəm deyir Allah, yalançını da bilirəm deyir. Çünki doğrunun doğru söyləməsini Allah yaradar, yalançının yalan danışmasını da Allah yaradar. Hamısı Allahın idarəsindədir. "Yoxsa, pislikləri edənlər, Bizi (aşıb) keçəcəklərini mi sandılar? Nə pis hökm edirlər?" deyir Allah. Mən hamsının fərqindəyəm deyir Allah, Mən hamsını bilirəm deyir, çünki Özü yaradır Allah. "Kim Allaha qovuşmağı ümid edirsə, heç şübhəsiz, Allahın (təsbit etdiyi) müddəti yaxınlaşaraq-gəlir. O, eşidəndir, biləndir." Birdən oyandığında, birdən həyatın sonsuz olduğunu gördüyündə, bunu görəcək deyir Allah. Amma bu əvvəldən bildirilsə, imtahan qalxar. O zaman hz. Əbu Bəkr (r.ə)-lə Əbu Cəhl eyni olar. Yəni ən adi insanla, ən yüksək insan eyni olar. Ona görə imtahanda açıqlıq olmur. Dəqiq bir möcüzə Allah meydana gətirməz, ağılın ixtiyarı qalxmaz. "Kim cihad etsə," cəhd etsə, cəhd göstərsə "yalnız öz nəfsi üçün cihad etmiş olar. Şübhəsiz Allah, aləmlərdən müstağnidir." Biz cəhd etsək də, etməsək də, Allah onsuz da dediyini edər, dəyişən bir şey olmaz. Allah bunu izah edir, inşaAllah.