Cənub-şərqi Asiyada yerləşən və il boyu isti iqlimi olan İndoneziya bir çox turist üçün maraqlı ölkədir. Minlərlə adadan ibarət bənzərsiz təbiəti ilə dünyanın ən gözəl dördüncü ölkəsi olaraq qəbul edilir. İndoneziya xalqının 87%-i müsəlmandır və əhalisi ən çox müsəlman olan ölkədir.
İndoneziyanın nəzərə çarpan başqa bir cəhəti isə Yaponiya, Vyetnam, Çin və bir neçə digər ölkə də daxil olmaqla cinayətlərə görə ən ağır cəza verilən ölkələr sırasında olmasıdır. Narkotik vasitələrin alqı-satqısı, adam öldürmə və terror kimi cinayətlər üçün edam cəzası nəzərdə tutulur. Əcnəbilərə də həmçinin bu cəzalar tətbiq edilir. Belə ki, 2015-ci il 6 nəfərin edam edilməsi ilə başladı.
Bu altı nəfər, biri indoneziyalı olmaqla 5 fərqli ölkədən gələn əcnəbilər idi. Bütün beynəlxalq cəhdlərə, hətta Braziliya dövlət başçısı Dilma Rusef və Hollandiya Baş naziri Mark Ruttenin İndoneziya prezidenti Joko Vidododan xüsusi olaraq xahiş etmələrinə baxmayaraq, əfv tələbi rədd edildi və edam həyata keçirildi.
Cənub-şərqi Asiyanın ən böyük narkotik vasitə bazarı halına gələn İndoneziyda narkotik vasitə alverçilərinin qarşısını almaq məqsədilə prezident Joko edam cəzasına məhkum edilən narkotik vasitə alverçilərinə qarşı mərhəmət göstərilməyəcəyini açıqladı. Prezident seçkiləri ərəfəsində qətiyyətli olmamaqda təqsirləndirilən Jokonun sərt tənqidlərə görə bu şəkildə davrandığı güman edilir. Belə ki, bu davranışı «insan hüquqlarını qoruyacağı»na dair verdiyi sözün tutarlılığı ilə bağlı narahatlıqları artırır.
İndoneziyalılar əsasən insan hüquqlarına və demokratik prinsiplərə əhəmiyyət verən insanlar olaraq tanınır. Pev Araşdırma Mərkəzi tərəfindən Amerikada aparılan bir araşdırma İndoneziyadakı müsəlmanların 61%-nin demokratiya tərəfdarı olduqlarını göstərir ki, bu da doğru olandır. Demokratiya İslamda var. Allah bir ayədə dində məcburiyyət olmadığını bu şəkildə bildirmişdir.
“Dində məcburiyyət yoxdur…” (Bəqərə surəsi, 256)
Quranda müsəlman olmayanlara da xüsusi diqqət göstərilməsi bildirilir və onlara öz dinlərinə görə ibadət etmə hüququ verilir. İslam, düşmənin də olsa, hər kəsə ədalətli davranmaq deməkdir.
Belə ki, Vəhşi ibn Hərb Peyğəmbərimiz hz. Muhəmmədin (səv) əmisi və öndə gələn müsəlmanlardan olan Həmzə ibn Əbdülmuttalibi şəhid etmişdir. Lakin sonradan Vəhşi ibn Hərb müsəlman olur və hz. Muhəmmədin (səv) ən dəyərli əshabələrindən biri olaraq tarixə keçir. Hz. Muhəmməd (səv) onun peşmançılığını qəbul etmiş, xətalarını düzəltməsi üçün ona fürsət vermiş və İslamı izah etmişdir.
Quran bizə hər zaman əfv etməyi, doğru olanı öyrətməyi və qarşı tərəf dediklərimizə tabe olmursa, müdaxilə etməməyi tövsiyə edir. İslam bir insanın canını almağı qadağan edir. Qurana görə bir insanın öldürülməsi, bütün insanların öldürülməsi kimidir. Belə bir cəzanın tətbiq edilməsi insanın xətalarını düzəltməsi fürsətini aradan qaldırır.
Yaşamaq hüququ insanın doğulduğu andan yaranan ən əsas hüquqdur. Bütün dinlərin əsasında və ümumdünya qanunlarında bu mövcuddur. Belə ki, yaşamaq hüququ olmadıqdan sonra bütün digər hüquqlar və azadlıqlar mənasızdır. Edam cəzası beynəlxalq müqavilələrə və bəyannamələrə görə də insan hüquqlarının pozulmasının ən qorxuncudur. Edam cəzasının tərəfdarı olanlar bu üsulun ağır cinayətlərə qarşı çəkindirici olması və ictimai nizamı təmin etməsi baxımından ən təsirli yol olduğunu iddia edə bilərlər, ancaq dövlətin cəzalandırma hüququ bir insanı öldürmək olmamalıdır.
Edam cəzası cinayətdir və dövlətin öz əli ilə törətdiyi cinayətdən fərqi yoxdur. Etdiyi əməldən asılı olmayaraq, biri insanın ölüm cəzasına məhkum edilməsi qəbul edilə bilməz. Bu zalımlıqdır. Cəza insanları intizama dəvət etmək üçün tətbiq edilir. Yanlış etsə belə bir insanın canını almaq, özünü islah etməsinə və cəmiyyətə yenidən qazandırma ehtimalını aradan qaldırır.
Ölüm cəzasına məhkum edilənlərin arasında islah olanlar ola bilər. Unudulmamalıdır ki, insan xəta edə bilər və hər kəsin özünü düzətmə və tövbə etmək haqqı var. Ağır cinayət törədənlərin cəzalandırılması üçün də ömürlük azadlıqdan məhrum etmə kimi bir alternativ hər zaman mövcuddur.
Şübhəsiz, narkotik vasitələrin alqı-satqısını həyata keçirən cinayətkar qrupların fəaliyyətlərinə icazə verilməz və verdikləri zərər də gözardı edilə bilməz. İndoneziya agentliyi hər gün 40-50 insanın qanunsuz dərman istifadə etdiyinə görə öldüyünü müəyyən edib. Ancaq bu kimi beynəlxalq narkotik vasitə şəbəkələrinə mane olmaq üçün şəbəkə üzvlərini öldürmək düzgün metod deyil. İlk öncə narkotik vasitə şəbəkələrinin gücünü qırmaq və meydana gətirdikləri təhlükəni azaltmaq üçün ölkə daxili və ölkə xarici narkotik vasitə şəbəkələrini hədəf alan qanunlar qəbul edilməli və tətbiq edilməlidir.
İkincisi, gənclər, yaşlılar və təqsirkarlar da daxil olmaqla cəmiyyətin maarifləndirilməsi prioritet dövlət siyasəti olmalıdır. Bu istiqamətdə İndoneziyanın cəmiyyətə əsl İslam əxlaqını öyrətməsi lazımdır.
İslamın hökmləri inananları Allah’ın rizasını qazanmaq üçün ən yaxşı şəkildə davranmağa yönləndirir. Müsəlmanların ən vacib xüsusiyyətlərindən biri də əfvedici və mərhəmətli olmalarıdır. Quranda müharibə əsirlərinə belə qarşılıq gözləmədən yaxşı davranmaq əmr edilir. Müsəlmanlar bu şəkildə dini rəhbər götürür və hidayətə nail olmaq üçün cəhd edirlər.
İndoneziya hökuməti də gələcəkdəki cinayət işlərində və verilən cəzalarda Quranda izah edilən bu üstün əxlaq xüsusiyyətlərini nəzərə almalıdır. Əks təqdirdə bu xəta İndoneziyanın son illərdə əldə edilən demokratik imicini ləkələyəcək.
İndoneziya unutmamalıdır ki, sağlam cəmiyyətlər qorxu əsasında qurula bilməz. İctimai rifahı təmin etmək üçün İslamın sevgi dolu və mərhəmətli yanaşması hakim olmalıdır. İnsanların əfvedici və yardımsevər olmaları üçün tək yol budur.
Adnan Oktarın “The Malaysian Insider”da nəşr olunan məqaləsi: