Eritrositlər (qırmızı qan hüceyrələri) oksigen daşıyırlar. Bədən hüceyrələrinin oksigeni istifadə etməsi üçün xüsusi molekullara ehtiyacı var. Beləliklə, bu molekul eritrositlərə qırmızı rəngi verən hemoqlobin molekuludur. Bədənimizdəki təxminən 25 trilyon kiçik eritrositlər dayanmadan yük daşıyır. Bu hüceyrələr qan mayesi daxilində bütün bədəni tamamilə dolaşır və yerinə görə oksigen və ya karbon-4-oksid daşıyırlar.
Hüceyrə daşıdığı maddəyə görə mütləq xüsusi quruluşda olmalıdır. Məsələn, oksigen daşıyacaq hüceyrə üçün ən ideal forma hüceyrənin yastı olmasıdır. Qırmızı qan hüceyrəsinin yumru və yastı şəkli hüceyrənin səth sahəsini artırır və oksigenlə təmasını asanlaşdırır. Oksigenin bədənimizdə nəqli üçün qırmızı qan hüceyrəsinin sadəcə yastı olması kifayət deyil. Eritrositlər oksigeni yalnız daşıyırlar. Bədən hüceyrələrinin oksigendən istifadəsi üçün xüsusi molekullara ehtiyacı vardır. Bu molekul oksigenlə üçölçülü və ən ideal formada birləşməlidir. Üstəlik eritrositlər oksigenə çox möhkəm bağlanmamalı, oksigen veriləcək hüceyrəyə gəldikdə isə oksigendən asanlıqla ayrıla bilməlidir. Bir sözlə, oksigenin daşınması və lazım olan yerlərdə istifadə edilə bilməsi üçün özünəməxsus dizayna malik olan çox xüsusi bir molekula ehtiyac vardır. Bu molekul qırmızı qan hüceyrələrinə qırmızı rəngini verən hemoqlobin molekuludur.
Hemoqlobin bir-birindən fərqli iki funksiya icra etdiyi üçün elm adamları tərəfindən "fövqəladə molekul" adlandırılır. Hemoqlobinin qüsursuz molekul quruluşu və funksiyaları alimlərin də diqqətini çəkmişdir. Təkamülçü Qordon Retrey Taylor( Gordon Rattray Taylor) "The Great Evolution Mystery" (Böyük Təkamül Sirri) adlı kitabında hemoqlobinin heyrətamiz xüsusiyyətlərindən birini belə açıqlayır:
"Qanın meydana gəlməsi bir Saqa dastanı kimidir. Ən az 80 elementdən ibarətdir. Ən əhəmiyyətlisi isə hemoqlobindir. Hemoqlobin ağciyərdəki oksigeni qəbul edərkən karbon-4-oksidi xaric edir və oradan əzələlərə keçir. Orada isə tamamilə əks funksiyanı icra edir, oksigeni xaric edib karbon-4-oksidi alır. Əzələlər qidaları yandırıb karbon-4-oksid əldə edir. Avtomobilin maye yanacağı yandırıb dəm qazını buraxması kimi. Bu maddə həqiqətən də fövqəladə bir molekuldur ki, eyni zamanda oksigenə qarşı birləşmə meyli göstərərkən, bir neçə saniyə sonra bu meylini itirir. Bir anda seçimi karbon-4-oksidə dəyişir. Gördüyü işə bu qədər uyğunluq göstərən daha yaxşı nümunə yoxdur."
Hemoqlobin molekulu heç vaxt oksigen ilə karbon-4-oksidi bir-birinə qarışdırmır. Daim düzgün ünvana gedir. Bir molekulun düşünmək, qərar vermək, seçim etmək kimi xüsusiyyətlərə sahib olması əlbəttə ki, düşündürücüdür. Hemoqlobin molekulu sanki şüurlu bir varlıq kimi lazım olduğu yerdə və zamanda lazım olan seçimi edə bilir. Yalnız oksigen daşımaqla kifayətlənməyən hemoqlobin oksigenə təcili ehtiyacı olan bir əzələnin yanından keçərkən bu oksigeni oraya nəql etməyin lazım olduğunu dərhal anlayır, bu məqamda ortaya çıxan karbon-4-oksidi qəbul etməsi və hara aparmasının lazım olduğunu da bilərək hərəkət edir və yeni yüklə birlikdə ağciyərlərə doğru yola çıxır. Allahın verdiyi bu fövqəladə xüsusiyyət sayəsində bütün insanlar həyatlarını rahatlıqla davam etdirir. (www.belgeseller.net)
İnsan bədənində saatda orta hesabla 900 milyon eritrosit yaradılır. Yalnız bir eritrositdə təxminən 300 milyon hemoqlobin molekulu olur. Bu molekulların hər biri bu əməliyyatları heç bir qarışıqlıq olmadan edə biləcək xüsusiyyətlərə malikdir. İnsan bədənində olan bütün hemoqlobin molekullarının sayı və bu molekulların hamısının istisnasız eyni qabiliyyətlərə sahib olduqlarını düşünsək, Allahın böyüklüyünü bir daha dərk edərik.
Belə bir mükəmməl nizamın təsadüfən ortaya çıxa bilməyəcəyi, təsadüflərin insan bədənindəki milyardlarla hemoqlobinə bu xüsusiyyətləri qazandıra bilməyəcəyi ağıl sahibi olan hər bir insan üçün çox aşkar həqiqətdir. Hemoqlobin molekulunu yaradan və hər bir insanın bədəninə bütün xüsusiyyətləri ilə birlikdə yerləşdirən Allahdır. Allah Quranda belə buyurmuşdur:
Budur Allah – sizin Rəbbiniz. Ondan başqa ilah yoxdur. Hər şeyin Yaradıcısı (Allahdır)! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır. (Ənam Surəsi, 102)