Şəkildəki kəhraba 100 milyon illikdir və içində bir ilbiz qabığı qalıqlaşmışdır. Günümüzdəki ilbiz qabıqlarıyla bundan 100 milyon il əvvəl yaşamış olanlar arasında heç bir fərq olmaması, təkamülçülərin iddialarını tam mənasıyla etibarsız etməkdədir. Əgər ilbizlər təkamülçülərin iddia etdiyi kimi təkamülləşmiş olsaydılar, bundan 100 milyon il əvvəl yaşamış olanların qabıq strukturlarının günümüzdəkindən çox fərqli olması lazım idi. Ancaq arada ən kiçik bir fərq belə yoxdur və bu fərqsizlik, təkamülün heç bir zaman yaşanmadığının, canlılığın mənşəyinin Yaradılmiş olduğunun dəlillərindən biridir.