İfrat millətçilik hələ də böyük bir təhdiddir
ucgen

İfrat millətçilik hələ də böyük bir təhdiddir

2389
 
Hər insanın özünü mənsub hiss etdiyi millətin adətlərini, dilini, mədəniyyətini və yurdunu sevməsi, bunlarla qürur duyması ən təbii hüququdur. Ancaq “millətçilik” olaraq adlandırılan bu hal vətənpərvərlik sərhədindən çıxıb “böyüklük və üstünlük” ideallarına çevrildikdə mənfi nəticələrə yol açır. Yaxın tarixdə bu cür halların ən şiddətli şəkildə cərəyan etdiyi yerlərdən biri də Balkanlardır.
 
Balkan xalqlarında ifrat millətçi hərəkatlar işğalçı dövlət siyasətlərinə çevrilərək böyük qarşıdurmalara yol açdı. Bu hal Balkan xalqlarının Osmanlı suverenliyindən çıxması ilə başlamış, hətta Birinci Dünya Müharibəsinin başlamasına da səbəb olmuşdu.
 
Balkanlardakı ifrat millətçi cərəyanlar Soyuq Müharibə dövründə Şərq və Qərb Bloku arasındakı rəqabət səbəbindən sanki yuxuya getdi, ancaq kommunizmin yıxılması ilə oyanaraq yenidən gücləndilər. Bəs XX əsrin sonunda millətçilik niyə yenidən artdı?
 
Birincisi, daha əvvəl təməl ictimai və insani hüquqlardan məhrum buraxılmış Balkan cəmiyyətləri (xüsusilə köhnə Yuqoslaviyadakılar) kim olduqlarını görmüş və daha güclü xalqlara yiyələnməyə başlamışlar.
 
İkincisi, sosialist təzyiqdən xilas olan dini qruplar özlərini müxtəlif millətlərə aid etmişdilər. Millətçilər ilə ortodoks dininə mənsub qruplar ortaq mənfəətlər uğrunda birləşmiş və bunları əldə etmək üçün digər məzhəblər və millətlərə qarşı ortaq hərəkət etmişdilər.
 
Üçüncüsü, Balkanlarda yayılmış bir çox etnik qrup öz doğma yurdlarından ayrı qalma səbəbindən öz gələcəklərini müəyyənləşdirməyə başlamışlar.
 
Dördüncüsü, komunizmin tənəzzülü ilə Balkan ölkələrindəki iqtisadi dəyişiklik “işsizliyin və yoxsulluğun sürətlə armasından narazı olan” böyük kütlələrin yaranmasına səbəb olmuşdu. Bu insanlar belə vəziyyətə gəlmələrinin səbəbinin başqaları, yəni indiyə kimi birlikdə yaşadığı başqa etnik qruplar, ya da digər din və məzhəbə mənsub olanlar olduğunu düşünürdülər. Əgər millətçi albanlar serbiyalılardan, millətçi serbiyalılar xorvat və boşnaqlardan, millətçi makedoniyalılar isə albanlardan qurtulsalar, problemlərinin həll olunacağını düşünürdülər.
 
Beşincisi, sosialist səviyyədə əhəmiyyətli işlər həyata keçirən bir çox təşkilat tövsiyə edilmiş, lakin qurula bilməmişdi. Dolanışıqları dövlət tərəfindən zəmanət altına alınmış şəkildə yaşayan insanlar dövlət dəstəyinin bitməsi ilə böyük iqtisadi sıxıntılar çəkməyə başlamışlar. Bu insanlar keçmiş güclü sosialist dövlətin əvəzinə öz xalqlarını zəmanət olaraq görmüşdülər. Bosniyadakı serbiyalılar güclü Serbiyanın bir parçası olduqlarında bütün sıxıntılarının bitəcəyinə inanırdılar.
 
Altıncısı, kommunizm zamanında verilən materialist təhsil sülh və razılıq əvəzinə millətçilərin “qarşı duraraq güclənmə” fəlsəfəsini mənimsəmələrini təmin etmişdi.
 
Yeddincisi, Şərq blokunun həll olunmasından sonra Balkanlarda milli və beynəlxalq siyasətlərdə anlaşılmaz bir mühit yaranmışdı. Dövlətlər xarici siyasətlərini və aid olduqları düşərgələri dəqiq müəyyən edə bilməmişdi. Boşluqdan ilk istifadə edənlər millətçilər olmuş və işğalçılıq hədəflərini “dövlət siyasəti” adı altında tədbiq etmişdir. Beynəlxalq sahədə təhlükəsizliyin kifayət qədər yaxşı təmin edilməməsi millətçilərin işğalçı siyasətlərinə vaxtında müdaxilə etməyə əngəl olmuşdu.
 
Bu yeddi əhəmiyyətli səbəb millətçiliyi Balkanlarda sülh və barışı təhdid edən ən əhəmiyyətli ünsürə çevirmişdir. Təbii ki, Rusiya başda olmaqla ABŞ və Almaniyanın bölgəyə olan marağı, hətta müdaxiləsi bu səbəblərin daha sürətli və şiddətli təsir etməsinə yol açmışdır.
 
Bölgədən kənar ölkələr Balkan ölkələrini öz mənfəətləri uğrunda manipulyasiya etməkdən imtina etməlidir. ABŞ, Rusiya və ya Almaniya kimi ölkələr Balkan ölkələri ilə ticarət qurmalı, əməkdaşlığı artırmalı, amma yaxın əlaqə qurduğu ölkələri işğalçı siyasət qurmağa sövq etməməli, əksinə əngəl olmalıdırlar. Bunu yerinə yetirdikləri təqdirdə Balkanlarda sabit sülhün təsis edilməsi asanlaşacaq.
 
Serbiya həm Rusiya ilə dost qalaraq münasibətlərinə eynilə davam edə, həm də Avropa Birliyi ilə Ortaqlıq və Sərbəst Ticarət Müqaviləsini imzalayaraq Avropa ilə yaxın müasibətlərini inkişaf etdirə bilər. Belqrad bir tərəfdən Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrlə əlaqə və razılaşmaları pozmayacağı barədə zəmanət verərkən, digər tərəfdən AB-nin istədiyi uyğun hüquqi, sosial və siyasi kriteriyaları qəbul edərək bunları Moskvadan uzaqlaşmadan özünə tətbiq edə bilər.
 
Millətçi axınlar böhran şəraitində güclənir və tərəfdarları artır. Bu səbəbdən bölgədə yoxsulluğa qarşı faydalı tədbirlər alınmalı, hökumətlərin bu istiqamətdəki siyasətləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənməlidir.
 
Millətçiliyin meydana gətirdiyi düşmənçilik şəraitinə qarşı həll yolu olaraq bir təhsil proqramı yaradılmalıdır. Balkan ölkələrindəki hökumətlər bu fəaliyyətlərə dəstək ola bilər. Müxtəlif təhsil və mədəni ortaqlıq təşəbbüsləri ilə millətçiliyin qarşısı alına, cəhalətin kökü kəsilə bilər. Hərtərəfli mədəni səfərbərlik ilə fərqli dindən və irqdən olan insanlar müharibə dilini bir kənara qoyub sevgi və sülhü təbliğ etməli, fanatizmdən uzaq yaşamağın mümkün olduğu hər kəsə çatdırılmalıdır.
 
Balkanlarda mərhəmətin, sülhün və səadətin hakim olması ilə millətçiliyin bölgədəki bütün xalqlar üçün bir təhdid olması sona çatacaq. Təbii ki, bunun təmin olunması üçün hər şeydən əvvəl sülh tərəfdarı, sevgi və mərhəməti hədəf alan, qarşıdurma və müharibəyə yol açmayan insanlar bölgəyə sülh gətirmək üçün birləşməlidirlər.
 
Adnan Oktarın The Bosnia Times'da nəşr olunan məqaləsi:
 
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr