... Əbu Həmzə Somalidən:
İmam Məhəmməd Baqir əleyhissalamın belə buyurduğunu eşitdim:
"Əli Muhəmmədin Qaimi-əleyhissalam (Hz. Mehdi) zühur etdiyi zaman Allah ona müsəvvim (varlıqları nizama salan), mürdif (bir-birinin ardınca, bir-birinə tabe olan), münzəl (endirilmiş, nazil olunmuş) ve kərrub (Allaha ən yaxın olan) MƏLƏKLƏRLƏ KÖMƏK EDƏCƏK.
CƏBRAYIL ONUN ÖNÜNDƏ OLACAQ, MİKAYIL SAĞINDA OLACAQ, İSRAFİL İSƏ SOLUNDAN GƏLƏCƏK. Və qorxu bir aylıq yolda onun önü, arxası, sağı və solu ilə irəliləyəcək. (Allaha) yaxın mələklər də onun yanında olacaqlar...
(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 274)
CƏBRAYILLA MİKAYIL ONU ÖZ ARALARINDA SAXLAYACAQLAR.
(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s. 274)
DOQQUZ MİN ÜÇ YÜZ MƏLƏK ONA KÖMƏK ETMƏK ÜÇÜN ENƏCƏK
Bu cür ərz etdim: Fəda olduğum! Hamısı onunla birlikdəmi olacaq? Buyurdu ki: Bəli, onlar NUH ilə birlikdə gəmidə, alova atıldığı zaman İBRAHİMLƏ birlikdə, dəniz yarılanda MUSA ilə birlikdə və Allah səmaya yüksəltdiyi zaman İSA ilə birlikdə olan mələklərdir. Bunların dörd mini seçilmiş və RƏSULULLAHLA birlikdə olanlardır və üç yüz on üç mələk Bədrdə onunla birlikdə idi... Onların hamısı Qaim əleyhissalamın qiyamını gözləyirlər.
(Gaybeti numani, s. 368)
Məhəmməd bin Müslim belə demişdir: "Ehtiyac içində olan biri onu çağırdığı zaman kim ona cavab verər" ayəsi haqqında İmam Məhəmməd Baqir əleyhissalam belə buyurdu: Bu ayə Qaim əleyhissalam haqqında nazil olmuşdur. Ağ quş şəklində Kəbədən gəlib XALQ İÇİNDƏ HZ. MEHDİYƏ İLK BEYƏT EDƏN CƏBRAYIL ƏLEYHİSSALAM OLACAQ.
(Şeyh Muhammed b. İbrahim-i Numani, Gaybet-i Numani s.374)
Hz. Mehdinin (ə.s) yanında mələklərin olacağı və bu mələklərin ona kömək edəcəkləri Peyğəmbərimizin (s.ə.v) hədislərində də açıq şəkildə bildirilir. Mələklər insanlara görünməyəcəklər. Mələklər hz. Mehdinin (ə.s) gözünə görünmədən kömək edəcəklər, insanların qəlbinə Allahın diləməsilə "Bu, hz. Mehdidir (ə.s)” deyə ilham edəcəklər. Bəzi insanların dediyi kimi göydən mələklər insanlara görünərək "Bu, hz. Mehdidir (ə.s). Ona tabe olun" desə və buluddan bir əl çıxıb hz. Mehdini (ə.s) göstərərək ona beyət etmələrinə işarə etsə, milyonlarla insan bu hadisəyə şahid olsa, bu cür açıq və qəti dəlillərə baxmayaraq, hz. Mehdi (ə.s) yenə də Mehdi olduğunu qəbul etməsə mələklərin sözünə inanmaması mənasına gələr. Bu isə qeyri-mümkündür. Mələklər danışıqları öz aralarında olacaq.