Həyatın həqiqi mənşəyi: yaradılış
ucgen

Həyatın həqiqi mənşəyi: yaradılış

1193
Təkamül nəzəriyyəsi Çarlz Darvinin 1859-cu ildə nəşr etdiyi “Növlərin mənşəyi” adlı kitabı ilə birlikdə işıq üzü görmüşdü. Darvin iddia edirdi ki, canlıların və fərqli canlı növlərinin mənşəyi yalnız təsadüfi təbii müddətləolmuşdur. Yəni təkamül nəzəriyyəsi canlıları var edən bir Yaradıcının olmadığını, əksinə, təbiətin təsadüfən, məqsədsiz və şüursuz qarşılıqlı təsirlə ortaya çıxdığını irəli sürürdü (Darvinin bu nəzəriyyəsi, əslində, əvvəldən var olan naturalizm fəlsəfəsinə əsaslanırdı). Darvindən sonra təkamül nəzəriyyəsi bəzi texniki dəyişikliklərə məruz qaldı, ancaq nəzəriyyəni meydana gətirən naturalizm anlayışı həmişə varlığını qorudu.
 
Naturalizm bir Yaradıcının olduğu fikrini ortadan qaldırdığı üçün ateizmlə sinonimdir. Təkamül nəzəriyyəsinin ən məşhur müasir müdafiəçisi Oksford Universitetinin professoru Riçard Dokinz Darvinə ateistliyi “elmi” cəhətdənəsaslandırdığı üçün minnətdardır. Halbuki, Darvin ateistliyi elmi cəhətdən əsaslandıra bilmədi. Onun davamçıları da bunu edə bilmədilər. Çünki Darvindən etibarən inkişaf edən elm təbiətin təsadüfən deyil, mütləq üstün güc vəbilgi sahibi bir Yaradıcı tərəfindən var edildiyini və təşkil edildiyini göstərirdi. XX əsrin elmi Darvinin təsadüflə açıqladığı canlıların, əslində, kompleks dizayna sahib olduqlarını göstərdi. Bu dizaynların təfərrüatına vardıqcatəkamülün müdafiə etdiyi təsadüf izahının mənasız olduğu bir daha sübut olunur.
 

Bir kitab təsadüfən yazıla bilərmi?

 
Təbiətdəki yaradılışı görmək üçün əvvəlcə təkamülün nə iddia etdiyini anlamaq lazımdır: təkamül bütün canlıların mənşəyinin bir təsadüf zəncirindən ibarət olduğunu iddia edir. Nəzəriyyəyə görə, hər şey və bütün canlılartəsadüfün məhsuludur. Bunun niyə ağılsız iddia olduğunu bir nümunə ilə açıqlayaq. Oxuduğunuz hər hansı bir kitabın necə ortaya çıxdığını düşünün. Bilirsiniz ki, kitabın məzmunu əvvəl bir makina və ya kompyuterdə yazılır, sonra da mətbəədə çap edilərək kitab halına gətirilir. Belə bir sual meydana çıxır: görəsən, kitabın çap edilməsini təmin edən bu əməliyyatlar dizaynla, yoxsa təsadüflə meydana gəlmişdir? Kitabın məzmununu kompyuterdəçap edən insan, görəsən, kompyuter klaviaturasının düymələrinə təsadüfənmi basmışdır? Yoxsa hansı düyməyə basdığına diqqət etmişdir?
 
Siz də bilirsiniz ki, düymələrə təsadüfən bassaydı, indiyə qədər oxuduğunuz sətirlərə deyil, bu cür sətirlərə rast gələrdiniz:
 
…mazvzçfteano.sptzüctğdulepünmüzthlzgrazühehgçv
 
üiükıhizvçadğzckkhğdgdfüizvsüçlüyütulhüczi…
 
Amma oxuduğunuz kitabın sətirləri yuxarıdakı sətirlərə bənzəmir. Yuxarıdakı sətirdə heç bir məlumat və məna yoxdur. Halbuki, hər bir kitabın sətirlərində məlumat və məna var. Fərq haradan qaynaqlanır? Cavab aydındır: kitabın sətirlərində məlumat və məna var, çünki kitabı yazan insanın ağlı bu məlumatı və mənanı meydana gətirmiş, kitabı kompyuterdə yazan insan diqqət sərf edərək bu məlumat və mənanı yazıda əks etdirmişdir. Bu əməliyyatın hər mərhələsində bir plan və ağıl var. Şüursuz, təsadüfi müdaxiləyə yer yoxdur.
 
Bundan əlavə, əgər işin içinə kiçik də olsa, şüursuz bir müdaxilə edilsə, dərhal kitabın mənası pozular. Məsələn, kitabı kompyuterdə yazan insan əgər “e” düyməsinin yerinə səhvən, yəni şüursuz olaraq ”ğ” düyməsinə bassa, ortaya yanlış bir söz, hətta yanlış bir cümlə çıxar. Belə ki, kompyuterdə yazılandan sonra bu cür şüursuz müdaxilə ehtimalını aradan qaldırmaq üçün kitab korrektə edilir. Yəni yenidən oxunur və bütün şüursuz müdaxilələr (hərf səhvləri) ayırd edilir.
 
Bu sadə nümunə bizə bütün kainatı araşdırarkən yadda saxlamalı olduğumuz bir qaydanı öyrədir: əgər bir dizayn varsa, mütləq onu meydana gətirən bir ağıl var. Bir kitab görsək, onun mütləq bir yazıçı tərəfindən yazıldığınıanlayarıq. Bu məntiq əsasında canlıları araşdırdığımız zaman isə çox konkret bir həqiqətlə üz-üzə gəlirik. Canlılar çox böyük və üstün bir Ağılın, yəni Allahın yaratmasının məhsuludur.
 

Həyatın kitabı: DNT

 
Canlıların necə kompleks bir nizama sahib olduğunu göstərmək üçün verəcəyimiz nümunələrin sayı-hesabı yoxdur. Amma burada bir nümunə ilə kifayətlənəcəyik - həyatın kitabı olan DNT molekulu ilə. DNT Darvinin dövründə hələ elmə məlum deyildi. Canlı hüceyrələrin nüvələrinin daxilində olan bu nəhəng molekul 1950-ci illərdə kəşf edildi. DNT-nin quruluşunu kəşf edən iki təkamülçü elm adamı (Ceyms Vatson və Frensis Krik)qarşılaşdıqları bu quruluş qarşısında heyrətə gəlmişdilər. Çünki tapdıqları bu kompleks quruluşun mənşəyini təkamüllə (yəni təsadüflə) açıqlamaq mümkün deyildi. Bir müddət sonra Frensis Krik bu gerçəyi açıq şəkildə etiraf edəcək və DNT-nin mənşəyinin ancaq şüurlu dizaynla açıqlana biləcəyini qəbul edəcəkdi. Təkamülçüləri təsadüf izahından imtina etdirən DNT-nin xüsusiyyəti nədən ibarətdir?
 
Bir sözlə, DNT həyatın yazılı planı, ətraflı layihəsidir. Bədəndəki trilyonlarla hüceyrənin hər birinin nüvəsində olan bu uzun molekul canlı bədəninin əskiksiz quruluş planını özündə əks etdirir. Məsələn, bir insana aid bütün xüsusiyyətlərin məlumatı - xarici görünüşündən daxili orqanlarının strukturlarına qədər DNT-nin içində xüsusi bir şifrə sistemində qeyd edilmişdir.
 
DNT-dəki məlumat bu uzun molekul zəncirini meydana gətirən dörd xüsusi molekulun düzülmə sırası ilə kodlaşdırılmışdır. Nukleotid (və ya əsas) adlanan bu molekullar adlarının baş hərfləri (A, T, G və C) ilə qeyd edilirlər. İnsanlar arasındakı bütün struktur fərqləri bu hərflərin düzülmə sırasındakı fərqdən meydana gəlir. Bir DNT molekulunda təxminən 3.5 milyard nukleotid var. Yəni DNT 3.5 milyard hərfdən ibarət olan nəhəng bir kitaba bənzəyir. DNT-dəki bu məlumatı kağıza köçürməyə çalışsaq, hər biri təxminən 500 səhifəlik və 900 cilddən ibarət olan bir kitabxana ortaya çıxar. Amma bu inanılmaz həcmdəki məlumat millimetrin yüz mində biri qədər olan hüceyrələrimizin və ondan da kiçik nüvələrində saxlanmışdır. Bu quruluş, əlbəttə, onu araşdıran hər kəsi heyran qoyur. Amma belə bir sual meydana çıxır: DNT-dəki məlumat necə ortaya çıxmışdır?
 
Yuxarıda hər kitabın bir ağılın məhsulu olduğunu, təsadüfün kitab meydana gətirə bilməyəcəyini qeyd etmişdik. DNT-dəki minlərlə məlumatın üstün ağıl tərəfindən var edildiyi aydındır. Bu, canlıların Allah tərəfindən yaradıldığının sübutudur. Riyaziyyat da bunu təsdiq edir. Bir DNT molekulunun təsadüfən meydana gəlmə ehtimalı 10620-də 1 kimi hesablanır. 10620, 1 rəqəminin yanına 620 sıfırın gəlməsi ilə yaranan astronomik birrəqəmdir. Belə bir ehtimalı sınaq-yanılma metodu ilə reallaşdırmaq üçün lazım olan zaman dünyanın yaşından belə çoxdur. Belə ki, riyaziyyatçılar 1.050-də 1-dən daha kiçik bir ehtimalı sıfır ehtimal sayırlar. Təkamül nəzəriyyəsi DNT-nin mənşəyi sualı qarşısında çarəsizdir. Biokimya sahəsində tanınmış təkamülçü olan Andryu Skot (Andrew Skot) belə deyir:
 
“Həyatın mənşəyi mövzusunda müxtəlif (təkamülçü) nəzəriyyələr var. Amma hamısı bütün sualların əsası olan bu problemin ətrafında dayanırlar: “Genetik kod (DNT) onun şərh olunmasını təmin edən mexanizmlərlə (RNT və ribozomlarla) birlikdə necə ortaya çıxdı?” Bu sual qarşısında özümüzü maraq və heyranlıqla kifayətləndirmək məcburiyyətindəyik. Çünki verə biləcəyimiz cavab yoxdur”.
 
Əslində, verilə biləcək bir cavab var. Amma təkamülçülərin sualı vermə forması bu cavabı kənarda qoyur. Bu vəziyyəti yenə kitab nümunəsi ilə açıqlayaq. Əgər kimsə sizdən: “Oxuduğunuz kitab necə yaranıb”, - deyə soruşsa, belə cavab verərsiniz: “Bu kitabı yazıçı yazmışdır”. Amma sual “oxuduğunuz kitab necə olub, təsadüfən var olub?” şəklindədirsə, o zaman veriləcək cavab olmaz. Təkamül nəzəriyyəsinin canlıların mənşəyinə yönəltdiyi bütün suallar ikinci növ suallardandır və bu səbəblə də cavabsızdır.
 
Hərf səhvləri bir kitabı inkişaf etdirə bilərmi?
 
Təkamülçülərin problemi sadəcə ilk DNT-nin mənşəyini tapmaqdan ibarət deyil. Onların ikinci böyük problemi budur:
 
“İlk DNT-nin necəsə ortaya çıxdığını fərz edək. Bəs bu DNT-dən zamanla balıqların, sürünənlərin, quşların və insanların genetik kodları necə törəyəcək?”
 
Təkamül nəzəriyyəsi bu suala belə cavab verir: DNT-dəki məlumatlar zaman ərzində təsadüfən artmış və növlərə ayrılmışdır. Bəhs etdikləri təsadüflər isə mutasiyalardır. Mutasiya DNT-də xarici dünyadakı kimyəvi təsirlər, ya da radiasiya nəticəsində meydana gələn dəyişikliklərdir. Bəzən kiçik bir radioaktiv hissə DNT zəncirinə müdaxilə edərək oradakı bir pilləni dəyişdirir. Təkamülçülərə görə, canlılar hamısı bir DNT-dən yarandıqlarınabaxmayaraq, bu mutasiyalar (yəni qəzalar) nəticəsində bir-birlərindən fərqlənmiş və bu günkü mükəmməl hallarına çatmışlar. Bu iddianın ağılsız olduğunu göstərmək üçün yenə kitab nümunəsinə müraciət edək. DNT-nin bir kitabda olduğu kimi, yan-yana düzülmüş hərflərdən meydana gəldiyini söylədik. Mutasiyalar bu kitabın proqramı əsnasında meydana gələn hərf səhvlərinə bənzəyirlər. İstəsəniz, bu mövzuda bir təcrübə aparaq: qalın bir dünya tarixi kitabını səhv etmədən çap edən bir nəfərə verək və əvvəldən axıra qədər kompyuterdə yazmasını istəyək. Ancaq o, kitabı səhv etmədən kompyuterdə yazarkən, fərz edək ki, bir qəza olsun. Katibə otağı tərk edərkən kompyuterin klaviaturasının üzərinə təsadüfən bərk bir cisim düşsün. Bu bərk cisim bir, ya da bir neçə düyməni basar və beləcə, mətnə səhv hərflər düşər. Sonra bu mətni başqa birinə verib yenə eyni şeyi etdirək. Bu üsulla kitabı bir neçə min dəfə əvvəldən axıra kimi yazdıraq, hər dəfə mətnə təsadüfi bir neçə hərf səhvi əlavə edək…
 
Görəsən, nəticədə nə ilə qarşılaşarıq? Görəsən, tarix kitabı bu üsulla inkişaf edərmi? Görəsən, əvvəl kitabda olmayan “Qədim Çin tarixi” hissəsi meydana gələ bilərmi?
 
Şübhəsiz ki, xeyr. Əgər bu əməliyyatlar nəticəsində bir inkişaf gözləyiriksə, deməli, beynimizdə problemimiz var. Əlbəttə ki, kitaba əlavə etdiyimiz hərf səhvləri kitabı inkişaf etdirməz, əksinə, korlayar, mənasını pozar. Səhvnüsxələmə əməliyyatını nə qədər artırsaq, o qədər yanlış kitab əldə edərik.
 
Təkamül nəzəriyyəsi isə iddia edir ki, hərf səhvləri kitabı inkişaf etdirir. Təkamülə görə, DNT-də meydana gələn mutasiyalar (səhvlər) toplanaraq təsadüfən faydalı nəticələr ortaya çıxarmışdır. Məsələn, canlılara göz, qulaq, qanad, əl kimi orqanlar, düşünmək, öyrənmək, məntiq yürütmək kimi xüsusiyyətlər qazandırmışdır.
 
Təkamülçülər də nəzəriyyələrinin ağılsız olduğunu bilirlər. Buna görə də, mövzunu açıq şəkildə müzakirə etmək istəmirlər. Yalnız hiyləgər üslubdan istifadə edərək təbiətdə seçmə (seleksiya) mexanizmi olduğunu, bununsayəsində hərf səhvlərinin çox nadir rast gəlinən faydalılarının seçildiyini və beləliklə, inkişaf etdiyini söyləyərək mövzunu ört-basdır etməyə çalışırlar. Amma Riçard Dokinzin uşaq aldatma məntiqi ilə hazırladığı kompyuter şoularından başqa, bir çox təkamülçü bu mövzuda çox danışmamağa üstünlük verir. Çünki onlar da bilirlər ki, təbiətdə faydalı hərf səhvlərini seçib onlardan ”Qədim Çin tarixi” yaza bilən heç bir şüurlu seleksiya mexanizmi yoxdur. Bütün bunlar bizi açıq-aşkar bir nəticəyə gətirib çıxarır. Həyatın bir planı (DNT) olduğuna və bütün canlılar bu plana əsasən yaradıldıqlarına görə, bu planı ortaya çıxaran üstün Yaradıcı var. Yəni bütün canlıları sonsuz güc və ağıl sahibi olan Allah yaratmışdır.
 

Yaradılışı inkar edən məntiq

 
Təkamül nəzəriyyəsinin həyatın mənşəyini yalnız və yalnız təsadüflərlə izah etməyə çalışdığını və Allahın yaratmasını inkar etdiyini bilirik. Təbiətdəki yaradılışı inkar etmək (yəni naturalizm) təkamülün özü və təməlidir. AmmaDNT-nin quruluşu bu anlayışı qeyri-mümkün edir. Bu vəziyyətdə nə edilməlidir? Madam elmi məlumatlar təbiətdə üstün bir yaradılışın varlığını isbat edir və təkamül nəzəriyyəsi yaradılışın olmadığı fərziyyəsinə əsaslanır, o halda, təkamül nəzəriyyəsini tərk etmək lazımdır.
 
Amma təkamülçülər təbiətdəki yaradılışı inkar etmək mövzusunda çox israr edirlər. Bunu onların yazılarında asanlıqla görə bilərik. Məsələn, Türkiyənin Hacettepe Universitetinin professoru, məşhur təkamülçü Əli Dəmirsoy“Varislik və təkamül” adlı əsərində bəzi maraqlı izahlar verir. Dəmirsoy kitabında sitokrom C adlanan və həyatın meydana gəlməsi üçün vacib olan bir zülalın meydana gəlmə ehtimalından bəhs edir (Zülalların quruluşu DNT-nin quruluşu qədər kompleksdir). Ancaq Dəmirsoyun ifadə etdiyinə görə, bu zülalın təsadüfən meydana gəlməsi qeyri-mümkündür:
 
… Sitokrom C-in müəyyən amin turşusu düzülüşünü təmin etmə ehtimalı bir meymunun makinada səhv etmədən tarixi yazma ehtimalı qədər azdır.
 
Hamı meymunun makinada təsadüfən səhv etmədən tarix yaza bilməyəcəyini bilir. Hətta bu üsulla bir cümlə belə yazmaq mümkün deyil. Bu halda, sitokrom C-in dizayn edildiyini qəbul etmək lazım deyilmi?
 
Dəmirsoy bu suala çox maraqlı cavab verir:
 
Özündə Sitokrom C-in düzülüşünü meydana gətirmək ehtimalı sıfırdır. Yəni canlılıq  müəyyən bir düzülmə tələb edirsə, bu, bütün kainatda bir dəfə meydana gələcək qədər az ehtimala malikdir. Ya da meydana gəlməsində bizim təyin edə bilmədiyimiz fövqəltəbii güclər rol oynamışdır. Bu sonuncusunu qəbul etmək elmə uyğun deyil. O zaman birinci fərziyyəni qəbul etmək lazımdır.
 
Bu sətirlərdəki mənanı belə açıqlaya bilərik:
 
“Ortada açıq bir dizayn var. Amma bu dizaynı hazırlamış Yaradıcının, yəni Allahın varlığını qəbul etmək, bizim məqsədimizə uyğun deyil. Bu səbəbdən, bu dizaynı inkar etmək və təsadüflə izah etmək məcburiyyətindəyik”.
 
Göründüyü kimi, bu sətirləri yazan zehin (bu sırf Dəmirsoya deyil, bütün təkamülçülərə aid zehindir) Yaradıcının varlığının açıq dəlillərini görür, amma bu gerçəyi fəlsəfi baxımdan qəbul etmək istəmədiyi üçün bu dəlilləri görməməzlikdən gəlir. Bu zehin fəlsəfi ön fikrə elmi məqsəd adını vermişdir və elm adı altında, əslində, fəlsəfi ön fikrini müdafiə edir.
 

Elm və materializm

 
Əgər təkamül nəzəriyyəsi hər hansı bir fəlsəfəyə əsaslanmasaydı, indiyə qədər çoxdan tarixin zibilliyinə atılardı. Nəzəriyyəni hələ də dəstəkləyən güc onu müdafiə edən elm adamlarının fəlsəfi ön fikirləridir. Yuxarıda adını çəkdiyimiz professor düşüncələrində tək deyil. Dünyadakı bir çox məsləkdaşı da canlılardakı yaradılış dəlillərini görür, amma Yaradıcını qəbul etməyin nə məna verdiyini düşündükdə, bunun nəticələrindən çəkinərək təkamül nəzəriyyəsini müdafiə etməyə davam edir.
 
Bu fəlsəfi ön fikrin nə olduğuna baxsaq, naturalizm, ya da materializm kimi məlum olan fəlsəfə ilə qarşı-qarşıya gələrik. Materializm maddənin yaradılmadığını, sonsuzdan bəri var olduğunu və maddədən başqa heç bir həqiqət olmadığını fərz edən düşüncədir. Allah inancına və dinə qarşıdır. Bu, elm deyil, bir fəlsəfədir. Bu səbəbdən, təkamülçülər elmə deyil, materialist fəlsəfəyə bağlıdırlar və elmi də bu fəlsəfəni uydurmaq üçün təhrif edirlər. Harvard Universitetinin məşhur genetiki və təkamülçü olan Riçard Levontin bu gerçəyi belə etiraf edir:
 
Bizim materializmə inancımız var: “a priori” (əvvəldən qəbul edilmiş, doğru fərz edilmiş) inancdır bu. Bizi dünyanı materiya ilə izah etməyə məcbur edən şey elmin üsulları və qaydaları deyil. Əksinə, materializmlə olan a priori bağlılığımız səbəbindən, dünyaya materialist izah gətirən araşdırma üsullarını və anlayışları hazırlayırıq. Materializm mütləq doğru olduğuna görə də, İlahi bir izahın ortaya girməsinə icazə verə bilmərik.
 
Təkamül nəzəriyyəsi məhz buna görə yaşayır. Bu nəzəriyyəni müdafiə edən elm adamları əvvəl materialist, sonra elm adamıdırlar. Bu səbəblə də, elmi yalnız və yalnız materializmin ön fikirləri ilə məhdudlaşdırır, İlahi bir şərhinortaya girməsinə icazə vermirlər. Bu fikirlərinə görə, əslində, özlərinin də inanmadığı təkamül nağılını müdafiə etməyə davam edirlər.
 
Özünü ön fikrə bağlamayan, azad vicdanla düşünən hər kəs canlıların mənşəyinin yaradılış olduğunu görə bilər. Bütün canlılar o qədər qüsursuz və o qədər mükəmməldirlər ki, ancaq çox üstün bir yaradılışın əsəri ola bilərlər. Tək bir hərf belə yazıçı olmadan təsadüfən meydana gələ bilmirsə, bütün kainat və bu kainatdakı bütün canlılar da, şübhəsiz, çox üstün və güclü bir Yaradıcı olmadan var ola bilməz. O Yaradıcı tarixin əvvəlindən etibarənÖzünü insanlara din yolu ilə tanıtmışdır. O, göylərin, yerin və ikisi arasında olan hər şeyin Rəbbi olan Allah'dır.
PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr