Lazımsız telefon söhbətləri
ucgen

Lazımsız telefon söhbətləri

2413

Cahil cəmiyyətdəki qadınlar günün müəyyən vaxtını telefonla danışmaqla keçirirlər. Gündəlik xəbərləri öyrənmək və son dedi-qoduları çatdırmaq üçün bircə-bircə dostlarının hamısına zəng vurarlar. Ailə daxilində baş verən son hadisələri, ərləriylə aralarında baş verən mübahisələri, nələr aldıqlarını, evə hansı qonağın gəldiyini, nələr danışdıqlarını tək-tək izah edərlər. Bu telefon söhbətlərinin bir qismi saatlarla davam edər, amma söhbətlərinin əksəriyyəti hikmətsizdir.

Bunun müqabilində möminlər hər cür boş işdən və boş söhbətdən çəkinirlər. Əsla hikmətsiz söhbətlərə qoşulmazlar. Lazım gəlsə onlar da uzun müddət telefonda danışarlar. Ancaq danışdıqları mövzu mütləq əhəmiyyətli və faydalı bir mövzudur. Belə bir ehtiyac olmasa da, yalnız vərdiş etdiklərindən ötrü vaxtlarını telefonla danışmaqla keçirməzlər, bunun əvəzinə xeyli faydalı işlər görərlər.

PAYLAŞIN
logo
logo
logo
logo
logo