"Yox, yox! Əgər son qoymasa, and olsun ki, biz onu kəkilindən yapışıb sürükləyəcəyik - özü də yalançı, günahkar kəkilindən!" ("Ələq" surəsi, 96/15-16)
Yuxarıdakı ayələrdə qeyd edilən "yalançı, günahkar kəkilindən" ifadəsi çoxmənalıdır. Son dövrlərdə aparılan tədqiqatlar başın qabaq hissəsində beynin bəzi fəaliyyətini idarə edən hissənin olduğunu göstərir. 1400 il əvvəl Quranda bildirilən bu nahiyə və onun vəzifəsi haqqındakı məlumatlara dövrümüzün elm adamları ancaq son 60 il ərzində izah verə biliblər. Qafa tasının daxilinə, başın qabaq hissəsinə baxanda beynin qarşı tərəfi görünür.
Fiziologiya sahəsində bu nahiyənin funksiyaları haqqında aparılan araşdırmalar nəticəsində əldə edilmiş məlumatlar "Essentials of Anatomy and Physiology" ("Anatomiya və fiziologiyanın əsasları") adlı kitabda aşağıdakı şəkildə bildirilir:
"Hərəkətlərin motivasiyası, öncədən planlaşdırılması və başlanması alının ön hissəsi olan qabaq alın nahiyəsində (cerebrum) gerçəkləşir. Bu alın birləşməsinin (kortesinin) bir nahiyəsidir".
Kitabda bu hissə ilə bağlı aşağıdakı ifadələr də öz əksini tapır:
"Hərəkətlə olan əlaqəsi ilə yanaşı, ön alın nahiyəsi həm də aqressivliyin əsas funksional mərkəzi kimi də nəzərdə tutulur".
Bu açıqlamalardan da aydın olduğu kimi, beynin qabaq alın hissəsi planlaşdırmaq, hərəkətə gəlmək, yaxşı və pis hərəkətlərə başladılmaq, yalan və ya doğrunun söylənməsi ilə əlaqəli fəaliyyət növlərinin hamısını idarə edir. Göründüyü kimi, "Ələq" surəsində qeyd edilən "yalançı, günahkar kəkilindən" ifadəsi ilə yuxarıdakı tərif arasında böyük bir paralellik var. Alimlərin son 60 ildə kəşf etdiyi bu elmi həqiqətləri Allah insanlara Quran ayələrində hələ əsrlərlə əvvəl xəbər vermişdir.