Həddi aşmamaq
ucgen

Həddi aşmamaq

790

Möminlər həddi aşmayaraq yalnız halal olan şeyləri edərlər. Onlar cəhalətin olduğu mühitdə cahilliyyə mədəniyyətinin təsirinə düşməz, ağıllı, diqqətli davranarlar.
 
Möminlər yalnız cahiliyyə mühitində deyil, öz aralarında da ağıllı, incədüşüncəli, məntiqli davranışlar sərgiləyərlər. İman gətirən insan hər an ağıllı davranaraq ifrat hədsiz hərəkətlərdən çəkinməlidir. Hadisələr qarşısında həyəcanlanmamalı, heç bir zaman təmkinlərini itirməməlidir və davamlı bu xarakterdə olmalıdır. Möminlər təmkinli olmağı imanları ilə qazanırlar. Ona görə də anidən kədərə, sevincə qapılmırlar və bunda həddi aşmırlar. İman gətirənlərin bu sabit ruh halı bir çox ayədə təsvir edilmişdir. Bunlardan biri belədir:
 
“Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır! Bu sizin əlinizdən çıxana kədərlənməməyiniz və sizə də verilənə sevinib qürrələnməməyiniz üçündür. Allah özünü bəyənən, (özü ilə) fəxr edən heç bir kəsi sevməz!”(Hədid surəsi, 22-23)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr