İnsanları tanımaqda mühüm rol oynayan cəhətlərdən biri də onların danışıq üslubudur. Düşüncə tərzi, inanclar, fikir və düşüncələr sözlərlə ifadə edilir. İnsan qəlbində hiss etdiklərini, fikrindəkiləri, istəklərini, ideallarını və ya qorxularını istər-istəməz danışığında əks etdirir. Ona görə, bir insanın ağıllı və vicdanlı olub-olmadığı, əsasən, dediyi sözlərdən üzə çıxır. Dürüst, səmimi, etibarlı, doğru danışan, yoxsa saxtakar, pisniyyətli, yalan danışan adam olduğu da danışığından başa düşülür.
Danışıq üslubunun insanları tanıdan cəhət olduğu el arasında da məlumdur. Bir çox məsələdə bir nəfər haqqında qərar verərkən, əvvəlcə, onun danışığı əsas götürülür. Bunu iş müsahibələrində görürük. İşə götürənlər iş üçün müraciət edənlərin yazılı məlumatlarından əlavə, bu insanlarla bir neçə dəfə üzbəüz görüşüb müxtəlif mövzular haqqında onlardan məlumat alırlar. Bu müsahibələr nəticəsində həmin şəxsin xarakterinə aid işə götürəndə təsəvvür formalaşır.
Danışığın insanların xarakterini üzə çıxaran mühüm amillərdən olduğunu hər sahədə insanlara ən doğru məlumatı Quran bizə bildirir. Allah “Əgər Biz istəsəydik, onları sənə göstərərdik, sən də onları üzlərindəki əlamətlərdən tanıyardın. Sən onları danışıq tərzlərindən mütləq tanıyacaqsan. Allah sizin əməllərinizi bilir”(Muhəmməd surəsi, 30) ayəsi ilə danışıq üslubunun qeyri-səmimi insanları tanıdan mühüm xüsusiyyət olduğunu bildirmişdir. Danışıq tərzi mənfi xarakterli, bədniyyət, ikiüzlü insanları ifşa etdiyi kimi, gözəl əxlaqlı, xoşxasiyyət, inanclı insanların da tanınmasında mühüm ölçüdür. Qəlbində xalis iman olan insan təbii olaraq ancaq möminlərə xas üslubla, yəni müsəlman kimi danışır. Müsəlman kimi danışmaq insanın səmimiliyini, Allah`a sevgisini, bağlılığını, hörmət dolu qorxusunu üzə çıxaran mühüm mömin əlamətlərindəndir. Ona görə, üslub fərqi inananlarla inkar edənləri bir-birindən fərqləndirən ən əsas xüsusiyyətlərdən biridir.
Allah səmimiliklərinə görə möminləri ən gözəl, ən doğru, ən hikmətli şəkildə danışdırır. Bu həqiqəti bilən bir mömin çox itaətkar və rahatdır. Din əxlaqı ilə yaşamayan insanlar isə qəlblərindəki pisliyin danışıqları ilə üzə çıxmasından narahat olurlar. Ancaq nə qədər ehtiyatlı olsalar da, danışıqlarının onları ələ verməsinin qarşısını ala bilmirlər. Çünki gözəl söz söyləmək praktika və ya diqqətlə deyil, ancaq səmimi imanla qazanılan xüsusiyyətdir. Bu, Allah`ın qanunu və möminlər üçün yaratdığı asanlıqdır.
Gözəl söz söyləməyin inananlar üçün başqa əhəmiyyəti də bundan ibarətdir: Allah möminləri haqq dini və gözəl əxlaqı başqalarına da təbliğ etməklə məsul etmişdir. Ona görə, insanlara tək Allah`ın varlığını və ucalığını izah edərək onları Quran əxlaqına dəvət etməklə məsul olan möminlər üçün danışmaq böyük ibadətdir. Din əxlaqı ilə yaşayan və Allah`ın böyüklüyünü qavrayan insanların din əxlaqından uzaq yaşayan cahil insanlara hiss etdiklərini və düşündüklərini səmimi şəkildə ifadə etmələri bir çox insanın qəlbinin İslama isinməsinə və Allah qorxusu ilə dolmasına səbəb ola bilər. Bu isə Allah qatında çox xeyirli əməldir. Odur ki, iman gətirənlər Allah`dan həmişə ağıl, hikmət və xeyirli danışıq üslubu istəyərlər. Danışdıqda Allah`ı zikir edər, insanlara sözün ən gözəlini söyləyər, onlara din əxlaqını təbliğ edər, yaxşılığı əmr edib pislikdən çəkindirərlər. Ona görə, danışmaq möminlər üçün həyatlarının sonuna qədər savab qazandıran ibadətə çevrilir.
“Allah`a tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?!” (Fussilət surəsi, 33) ayəsi ilə bildirildiyi kimi, dünyada ən gözəl sözlə danışan insan Quran əxlaqı ilə yaşamağa insanları dəvət edən, yəni müsəlman kimi danışan insandır. Möminlər Allah`ın rizasına uyğun üslubla danışaraq Onun rəhmətinə və cənnətinə qovuşmağı ümid edirlər. Ona görə, səmimi qəlbdən Rəbbimizə üz tutan hər mömin bu məlumatlar əsasında düşünərək gözəl üslubla danışmaq üçün cəhd etməli və ömrünün sonuna qədər bu ibadətdə qətiyyətli olmalıdır.