GÖZLƏNİLƏN OSMANLI NECƏ GƏLƏCƏK?
ucgen

GÖZLƏNİLƏN OSMANLI NECƏ GƏLƏCƏK?

832
Bəşəriyyətin sülhə, sabitliyə və qardaşlığa ən çox ehtiyac duyduğu bu illərdə yeganə çıxış yolu gözəl əxlaqlı, ədalətli, imanlı və vətənpərvər nəsillər yetişdirməkdir. Milli və mənəvi dəyərləri müasir dövrün ünsiyyət vasitələrindən və üsullarından istifadə edərək ucaltmaq mümkündür. Yeni yetişən Türk gəncliyi sahib olduqları Türk və Müsəlman şəxsiyyəti, Osmanlı mirası mövzusunda  müasir  kütləvi informasiya vasitələri ilə məlumatlandırılmalıdır. Müsəlman-Türk şəxsiyyətinin əhəmiyyətinin tam şəkildə başa düşülməsi üçün bu şəxsiyyəti daşıyan insanların əsrlər boyu bütün dünyaya necə nizam verdiyi izah edilməlidir.
 
Türk Milləti tarix boyu 16 dövlət güclü qurmuş və bu dövlətlərin rəhbərliyində göstərdiyi üstün qabiliyyətlə bütün dünya millətlərinə nümunə olmuşdur. Səlcuq və Osmanlı dövlətləri başda olmaqla, müsəlman-Türk Millətini güclü edən əsasları yalnız əsgəri qüvvə ilə açıqlamaq isə mümkün deyil. Dünyanın ən qarışıq və ən həssas bölgəsini əsrlər boyu hakimiyyəti altında saxlayan gücün arxasında o dövrdə Quran əxlaqına bağlı əxlaq anlayışı durur.
Rəbbimiz tərəfindən Quranda bildirilən bu əxlaqın başlıca xüsusiyyətləri zülmdən və haqsızlıqdan uzaq duraraq dürüst və mərd davranmaq, şərtlər nə olursa-olsun ədaləti hər zaman qorumaq, xoş münasibətli olmaqdır. Bu xüsusiyyətlər səbəbindən onlara  tabe olan xalqlar da hər zaman Müsəlman Türklərin rəhbərliyindən razı olmuş, hətta çox vaxt öz istəkləri ilə onların rəhbərlikləri altına girmişlər. Geniş mənada Osmanlı İmperiyasındakı bu ədalətli rəhbərlik sayəsində bütün Balkan ölkələrini, Qafqazı və Orta Şərqi əhatə edən ərazidə üç dinə və müxtəlif məzhəblərə mənsub, dilləri, mədəniyyətləri, irqləri bir-birindən tamamilə fərqli milyonlarla insan bu hakimiyyət altında əsrlər boyu sülh şəraitində yaşamışlar.
 
Ancaq indiki zamanda bu torpaqlarda acı, göz yaşı, zülm və müharibə heç cür sona çatmır. Balkan ölkələri, Orta Şərq və Qafqazdan ibarət olan və Türkiyənin mərkəzi olan  "Osmanlı ərazisi" hələ də çox aktiv və qarışıq quruluşa malikdir. Osmanlı dövlətindən sonra bölgədə yaranan boşluq hələ doldurulmamış və həqiqi mənada bir güvən mühiti təmin edilməmişdir. Bu vəziyyət həmin torpaqlarda əsrlər boyu Osmanlı liderliyində nümunə olan "birlikdə yaşama  modeli" tətbiq edən Müsəlman-Türk Millətinə diqqət yönəltməyi tələb edir. Bu modelin dövrümüzdə və gələcəkdə də yalnız Müsəlman-Türk Milləti tərəfindən reallaşdırılacağı məlumdur. Belə ki, son illərdə bir çox dövlət və siyasət adamı və tədqiqatçı alim başda Osmanlı dövləti olmala, Türk dövlətlərinin müvəffəqiyyətlə icra edidiyi ədalətli rəhbərlik sistemini tədqiq edir. Bu tədqiqatlardakı məqsəd Türklərin reallaşdırdığı sistemi əsas götürən yeni rəhbərlik modeli meydana gətirməkdir. 
 
Tarix həm Orta Şərqdə, həm də  Balkan ölkələri və Qafqazda sülhün təmin edilməsinin Osmanlı mirasının varisi olan Türkiyənin liderliyində mümkün ola biləcəyini göstərir. Türkiyənin liderliyi ilə yaradılacaq  birlik həm qarşıdurmaların sonu olub bölgədə sülhü təmin edəcək, həm də bütün bölgə ölkələrinin güclü iqtisadi əməkdaşlıq etmələri sayəsində bütün xalqların həyat şəraitini yüksəldəcək.
 Türk Milləti möhkəm və köklü bir mirasa malikdir. Bu mirasın əhəmiyyətini lazımi qədər qavramaq və keçmişimizə sahib çıxaraq üzümüzü gələcəyə tutmaq vacibdir.
 
Bu bölgədə yaşayan dövlətlərin əsgəri, siyasi və iqtisadi baxımdan güclü ola biləcəkləri model bir-birinə zidd olmaq yerinə güclərini birləşdirmələri ilə meydana gələcək bir modeldir. Ortaq xarici siyasət bu dövlətlərə dünya siyasətində böyük güc qazandıracaq. Bu səbəbdən XXI əsrə addım atdığımız bu yeni dövrdə Türkiyənin gələcəyə dair missiyası tarixdəki müsəlman-Türk dövlətlərinin böyüklüyünə və şanına yaraşan xüsusiyyətdə olmalıdır. Üstəlik bu missiya tarixdə olduğu kimi, bu gün də Türk Millətini zirvəyə qaldıracaq, layiq olduğu lider dövlətlər arasına  daxil edəcək bir missiya olmalıdır. Dünya tarixinin ən güclü dövlətlərini qurmuş, bütün Aralıq dənizi və Orta Şərqə nizam vermiş müsəlman-Türk Millətinin axtardığı çıxış yolları öz tarixində mövcuddur.
 
Əsrlər boyu şanlı dövlətlər qurmuş, 3 qitəyə hökmranlıq etmiş bir millətin nəvələri və XXI  əsrdə yeni dünya dövləti qurmağa  namizəd olan bir millətin fərdləri kimi bizim üzərimizə düşən vəzifə isə Osmanlını Osmanlı edən bütün maddi və mənəvi dəyərlərin əhəmiyyətini doğru şəkildə anlamaq və tətbiq etməkdir.
Osmanlı nümunəsi göstərir ki, Türk Milləti çox geniş bir ərazini asanlıqla idarə edə bilən  qabiliyyətə və gücə malikdir. Əhəmiyyətli olan Osmanlının üzərində yüksələn dəyərləri yaxşı anlamaq, bunları yenidən və çağımıza uyğun şəkildə şərh etmək və tətbiq etməkdir.
 
Keçmişdə olduğu kimi, bu gün də Müsəlman-Türk Milləti səbri, imanı və gözəl əxlaqı ilə məzlumun yanında, zalımın qarşısında olaraq, fərqli mədəniyyətlərdən və mənşələrdən olan insanları ədalətlə  birləşdirəcək və bütün dünyanın həsrətini çəkdiyi sülh və təhlükəsizlik mühitini meydana gətirəcək.
XXI  əsr, Allahın izni ilə, bütün Müsəlman və Türk xalqları üçün  cox gözəl əsr  olacaq...
 Son illərdə Orta Şərqdə xaos və qarışıqlıq yaşanması dünya tarixçilərini Osmanlını tədqiq etməyə yönəltdi.
11-15 Sentyabr 2006-cı il tarixləri arasında Türk Tarix Təşkilatı (TTK) tərəfindən reallaşdırılan 15-ci Türk Tarix Konqresində 750 xarici elm adamı iştirak etmək üçün məlumat göndərdi.
 
Türk Tarix Təşkilatının başçısı  Yusuf Halaçoğlu rekord dərəcədəki iştirak etmə tələbinin tarix mütəxəssisləri arasında son illərdə gedərək artan Türkiyə və Osmanlıya olan maraqdan yarandığını söylədi. 
Yusuf Halaçoğlu bu ilki marağı "Orta Şərqdə baş verən hadisələrin Osmanlı ərazisində olması tarixçiləri bu torpaqlarda daha çox tədqiqat aparmağa yönləndirir" sözləri ilə açıqlayarkən, Hazırlıq Komitəsində olan  Prof. Dr. İlbər Ortaylı da “əvvəllər yalnız Avropalıların maraq  göstərdiyi Osmanlı ilə indi bütün dünya maraqlanır” deyə ifadə etdi.
 Çanaqqala Müharibəsində  müvəffəqiyyət əldə edilməsinin  səbəbi əsgərlərimizin İslam əxlaqına olan bağlılığıdır.
Şübhəsiz ki, Türk tarixinin ən əhəmiyyətli hadisələrindən biri Qurtuluş Müharibəsidir. Bu müharibənin qələbə qazanmasında isə Türk Millətinin inanclı mövqeyinin  çox böyük rolu olmuşdur. Böyükdən kiçiyə kimi fədakarlıq göstərən Türklər vətənin müdafiəsində əllərindən gələni etmişlər.
 
Çanaqqala Müharibəsi əsnasında qəhrəman ordumuzun da mənəvi gücü ilə ayaqda qaldığını görən Atatürk əsgərlərimizin dayanıqlılıqlarını belə ifadə etmişdir:
Öləni görür, üç dəqiqəyə öləcəyini bilir, kiçicik üzüntü  belə göstərmir, sarsılmaq yox! Oxumağı bacaranlar əllərində Qurani-Kərim cənnətə girməyə hazırlanır. Bacarmayanlar sözü şahidlik gətirərək gedirlər. Bu, Türk əsgərlərindəki ruh qüvvətini göstərən, valeh olunacaq  və təriflənəcək bir misaldır. Əmin olmalısınız ki, Çanaqqala Müharibəsini qazandıran bu yüksək ruhdur. (Atatürk`ten Seçme Sözler, Derleyen: Cihad İmer, Remzi Kitabevi, 1989, s. 13)
Bu iman vəsiləsilədir ki, Türk Ordusu Çanaqqalada minlərlə şəhid verməsinə baxmayaraq, ən kiçik bir geriləmə və sarsılma göstərmədən qəhrəmanca mübarizə aparmışlar.
 
Osmanlı modeli bütün dünyada böyük maraq  görür
 
Dünyanın  məşhur sənədli kanalı “History Channel“ tərəfindən hazırlanan Osmanlı sənədli filmi keçdiyimiz günlərdə ABŞ-da göstərildi. Sənədli filmdə Fateh Sultan Mehmed, Sultan Səlim Yavuz və Qanuni Sultan Süleymanın dövrləri izah edildi.
 
Haqqın və ədalətin qoruyucusu olduğu ifadə edilən Osmanlı Dövlətinin bütün din və inanclara açıq olduğu vurğulandı. 
Sənədli filmdə Osmanlının fəth siyasətləri ətraflı şəkildə izah edildi və fəthlərin dinə və etnik mənşəyə əsaslanmadığı izah edildi. Ayrıca Qanuni Sultan Süleyman dövründə hazırlanan hüquq sistemindən də təriflə bəhs edildi.

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr