Hz. Mehdi (ə.s) zühur etmədən əvvəl onun yaşadığı cəmiyyətdə insanlar özlərini idarə etmələri üçün hər təbəqədən bir çox adamı başlarına lider olaraq keçirmiş, ancaq axtardıqları ədaləti, dincliyi, sağlamlığı, barışı və etibarı cəmiyyətdə təmin edə bilməmiş olacaqlar. Halbuki, hz. Mehdi (ə.s) ilə birlikdə bütün dünyaya Allahın dini və Quran əxlaqı hakim olacaq. Hz. Mehdi (ə.s)-ın zühurundan sonra heç kim; "əgər biz iqtidar olub hökumət qursaydıq ədalətli davranardıq" iddiasında ola bilməyəcəklər. Hz. Mehdi (ə.s), Allah (c.c.)-ın izniylə Quran əxlaqı və Peyğəmbərimiz (s.ə.v)-in sünnəsiylə hökm edəcək və onun vəsiləsiylə bütün dünyaya din əxlaqının təmin etdiyi ədalət, dinclik, sevgi və mərhəmət ruhu hakim olacaqdır.