Şəkildə görülən 58 milyon illik doqquzdon yarpağının günümüzdəkilərə heç bir fərqinin olmaması, əslində təkamülçülərin iddiaları qarşısında veriləN kafi bir cavabdır. Bu gün bitkilərin təkamülü ssenarisini müdafiə edən elm adamlarının düşdükləri ən böyük çıxmazlardan biri, bitkilərin sözdə təkamülünü göstərən tək bir ara keçid qalığının belə olmamasıdır. Yarı meydana gəlmiş sistemlərə sahib heç bir primitiv bitki qalığı yoxdur, bir bitkinin bir başqa bitkinin atası olduğuna dair heç bir dəlil ortaya qoyulmamışdır. Bu səbəbdən bitkilərin sözdə təkamülünü göstərən təkamül ağacları tamamilə xəyal gücünün məhsuludur və heç bir elmi tərəfi yoxdur.