Terror, sui-istifadə, yanlış idarəçilik, separatçılıq və s. kimi ifadələri işlədəndə ilk ağlımıza Yəmən gəlir. Yəməndəki hadisələrin eynisi Orta Şərqdə də baş verir. Sülh şəraitində yaşamaq, sakit həyat tərzi keçirmək hər yəmənlinin haqqıdır.
Ancaq ölkələrin siyasi idarəçiliyinə və beynəlxalq münasibətlərinə təsir edən düşüncələr və yanlış sistem insanların bu haqlarını tapdalayır. Xaricdən kömək edilməyinə və beynəlxalq təşkilatların səylərinə baxmayaraq, problemlər həll edilə bilmir.
İqtisadi problemləri nəzərdən keçirək. Yəməndə 2013-cü ildə dövlətin ümumi borcu milli gəlirin 46,8 %-idir. Bu o deməkdir ki, bir Yəmən vətəndaşı cibindəki 100 rialı xərcləyəndə xərclədiyi bu pulun 53 rialını dövlətin büdcəsinə əlavə etmiş olur. Yəməndə 2013-cü ildə inflyasiya 17% oldu. Yəni 53 rialın 9 rialı inflyasiya nəticəsində yox olur, əlimizdə 44 rial qalır. Bəs həqiqətən də hər Yəmən vətəndaşı qazandığı 100 rialın borclardan və inflyasiyadan başqa ölkə iqtisadiyyatına faydası 44 rialdır? Əlbəttə ki, yox! Çünki Yəməndə işsizlik hökm sürdüyü üçün bu qədər gəlir əldə etmək zənn etdiyimizdən daha çətindir. Yəməndə işsizlik nisbəti 30 %-dir. Yəni 100 Yəmən vətəndaşından 30-nun 100 rial qazana bilmə ehtimalı belə yoxdur. Nəticədə, hər iki yəmənlidən biri çox yoxsul vəziyyətdə yaşayır.
Yəməndə bir çox insan dünyada yaşayan insanların böyük əksəriyyəti kimi aclıq və səfalət içində yaşayır. Yəmən dövləti bu vəziyyətdən çıxmaq üçün xaricdən kömək almaq məcburiyyətindədir. Yəməndə 2013-cü ildə milli gəlir 39 milyard ABŞ dolları, xaricə borcu 7,2 milyon dollar idi. Bu çox böyük rəqəmdir. Yəmənin hər il bu qədər böyük məbləğdə borc tapmağı da kifayət etmir, çünki yardımların faizləri artdıqca borc məbləği də artır.
Hal-hazırda beynəlxalq iqtisadi sistem faiz sisteminə uyğun nizamlanıb. Banklardan gələn faizlər ölkə iqtisadiyyatına bir çox yöndən mənfi təsir edir. Yəmən kimi xarici yardıma ehtiyacı olan ölkələr faizin nisbətini artırır. Beləliklə, yüksək faiz nisbəti ilə daha çox gəlir əldə etmək istəyənlər xaricdən ölkəyə pul gətirilməsinə çalışırlar. Dövlət ölkəyə gətirilən bu puldan istifadə etməyə çalışır, lakin bu dəfə də başqa problemlər yaranır. Bir tərəftən faiz yüksəldiyi üçün banklardan götürülən kreditin dəyəri yüksəlir. Kredit götürülərək investisiya etmək mümkünsüz olur. Digər tərəfdən də, insanlar investisiya, yaxud da istehsalata yox, pullarını bank hesabına köçürməyə təşviq edilirlər. İnsanlar faizlə pul qazanmağı işləməkdən üstün görürlər.
Dünyada yaşanılan maliyyə böhranının ən başlıca səbəbi faizdir. Uca Rəbbimizin haram buyurduğu faiz sistemi məhz mənfəət üçün tez-tələsik tətbiq edilib, hətta mütləq qazanc əldə edəcəklərini düşünüblər. Faiz sistemi insanlara elə cəlbedici şəkildə reklam edilib ki, insanlar pullarını investisiya, ya da istehsalata yox, birbaşa bank hesablarına köçürməyə təşviq ediliblər. İnsanların pullarını banklarda, evlərində, ya da kassalarda qoruduqları bu sistemdə istehsalat olmadığı, bazarda pul dövriyyəsi gerçəkləşmədiyi üçün bahalılıq, inflyasiya, iqtisadi tənəzzül kimi maddi sıxıntıların yaranması gözlənilən haldır. Beləliklə, bəhs etdiyimiz qlobal maddi böhran zamanı da bu vəziyyət yaşanılmış, istehsalatın dayanmağı, pul dövriyyəsinin olmamağı, faiz üçün pulların banklarda saxlanılmağı iqtisadiyyatı məhv etmişdir.
Halbuki, uca Allah ayələrdə faizdən uzaq olmağı buyurmuş və bəla gətirəcəyini qullarına belə xəbər vermişdir:
Ey iman gətirənlər! Dəfələrlə artırılmış olan sələmi yeməyin! Allah’dan qorxun ki, bəlkə, nicat tapasınız. (Ali İmran surəsi, 130)
Sələm yeyənlər (qəbirlərindən) şeytan toxunub dəli eləmiş kimsənin qalxdığı kimi qalxarlar. Bu onların: “Alış-veriş də sələmçilik kimidir!”– demələrinə görədir. Halbuki, Allah alış-verişi halal, sələmçiliyi isə haram etmişdir. Hər kim özünə Rəbbindən xəbərdarlıq gəldikdən sonra (sələmçiliyə) son qoyarsa, olub-keçənlər ona bağışlanar və onun işi Allah’a qalar. (Sələmçiliyə) qayıdanlar isə Od sakinləridirlər. Onlar orada əbədi qalacaqlar. Allah sələmi puç edir, sədəqələri isə artırır. Allah kafirləri və günahkarları sevməz. (Bəqərə surəsi, 275-276)
Adnan Oktarın National Yəməndə nəşr olunan məqaləsi:
http://nationalyemen.com/2014/07/22/countries-swamped-by-debt-and-interest/