İslam əxlaqından uzaq olmağın gətirdiyi zərərlərdən biri də, insanlar arasında mərhəmətsizliyin, kinin, hirsin və zülmün hakim olmasıdır. Bu cür insanlar, öz mənfəətləri vacib olduğundan, bir kimsəyə qarşı duyduğu kin və ya heç bir səbəb yox ikən rahatlıqla cinayət işləyə bilərlər.
Haqsız yerə bir insanın canına qıyan, soyuqqanlılıqla ardıcıl cinayətlər işləyən, ani bir hirs ya da qısqanclıq böhranı nəticəsi ilə ən yaxınını və ya heç tanımadığı birini öldürən, hətta bu işi pulla edən insanların sayı, günümüzdə olduqca çoxdur. Qəzetlərdən və televiziyalardan bir gün belə əskik olmayan cinayət xəbərləri, cəmiyyətdəki dinsizlikdən qaynaqlanan degenerasiyanın çox açıq bir göstəricisidir.
Dünyada hər gün minlərlə insan öldürülür. Bir neçə milyon pul üçün gecə, taksisinə mindiyi şoferi haqsız yerə öldürən insanlar vardır. Və ya yaşayışının nə vəziyyətdə olduğunun bilmədən insanları öldürərək, bunu artıq adi bir hadisə olaraq qiymətləndirən insanların sayı da az hesab edilməyəcək ölçülərdədir. Bu insanlardan soruşduqda isə, özlərinə görə bir açıqlama gətirərək, “o pulu götürməsəydim aclıqdan öləcəkdim” kimi əxlaqsız ifadələrdən istifadə edirlər. Bütün bunlar, Allahın dininə tabe olmadan yaşanan bir həyatın səbəb olduğu zalımlıqlardır. Üstəlik bunlarla yanaşı, yalnız zövqdən adam öldürən insanlar, ardıcıl cinayətlər işləyən qatillər də dünya üzərində insanların qorxu və narahatlıq içində yaşamalarına səbəb olur. Öz ailələrini yalnız pullarını ala bilmək üçün öldürənlər ya da öldürdənlər, qısqanclıqdan cinayət işləyənlər, qisas üçün illərcə gözləyib sonra ən yaxınını öldürənlər, baxışını bəyənmədiyi üçün küçə ortasında heç tanımadığı halda günahsız bir adamı öldürənlər, qan iddiası uğuruna uşaq-qadın demədən bütün bir ailəni qətl edənlər, ani bir hirs səbəbi ilə məktəblərə hücum edib çox sayda uşağı hədəf alanlar...
Bu nümunələr o qədər çoxdur ki, xəbərləri qəzetlərdən bir gün belə əskik olmaz.
Bütün bunların yaşanmasının ən əhəmiyyətli səbəblərindən biri isə Allahın aşağıdakı ayəsinin gözardı edilməsidir:
Allahla yanaşı başqa bir ilaha ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qıymaz (onu öldürməz), zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər. (Furqan Surəsi, 68)
Yuxarıdakı ayədə görüldüyü kimi, haqsız yerə bir insanı öldürən kəslər böyük bir əzabla təhdid edilmişdir. Allah tək bir adamı öldürmənin, bütün insanları öldürmək qədər ağır bir günah olduğunu ayələrində bizə xəbər vermişdir. Ancaq indiki vaxtda bu ayələrin gözardı edilməsi və ümumiyyətlə cəmiyyətlərdə Allah qorxusunun olmamağı rahatlıqla ardıcıl cinayətlər işləməsinə səbəb olmuşdur. Zalım insanlar axirətə iman etmədikləri, dünyada etdikləri pisliklərin, zalımlıqların hesabını verəcəklərini anlamazlıqdan gəldikləri üçün belə pərvasız bir tutum sərgiləyirlər. Allahın sərhədlərini həssaslıqla qoruyan bir insanın, hirsə qapılaraq idarəsini itirmə və başqa bir insana zərər vermə ehtimalı qətiliklə yoxdur. Lakin dini yaşamayan cəmiyyətlərdə Allah qorxusu olmadığı və dünyada ikən etdikləri hər şeyin hesabını mütləq verəcəklərinə dair inancları olmadığı üçün bütün bu əxlaqsızlıqları rahatlıqla edirlər. Halbuki dünyada bəlkə ədalətdən qaçaraq, cəzadan xilas olduğunu hesab edənlər, öldükdən sonra axirətdə Allahın hüzurunda verəcəkləri hesabdan əsla qaça bilməyəcəklər. Allah bu mövzuya bir ayəsində belə diqqət çəkmişdir:
Allahın hökmlərini inkar edənlərə, peyğəmbərləri haqsız yerə öldürənlərə, insanları ədalətə çağıranların canına qəsd edənlərə şiddətli əzab veriləcəyini xəbər ver! (Ali-İmran Surəsi, 21)
Artıq Allah tərəfindən sizə bir nur və açıq-aydın bir Kitab (Quran) gəldi. Allah Öz lütfünə sığınanları onunla (Peyğəmbər və Quran vasitəsilə) əmin-amanlıq (sülh) yollarına yönəldər, onları öz izni ilə zülmətdən nura çıxarar və düz yola istiqamətləndirər! (Maidə Surəsi, 15-16)
Uzaq insanlar zalım nəsillər yetişdirərlər
Bu mövzunun bütün dünya cəmiyyətini maraqlandıran çox əhəmiyyətli bir tərəfi vardır. Bəhs etdiyimiz növdə cinayətlər indiki vaxtda o qədər yayılmışdır ki, kiçik uşaqların məktəblərdə dava etdiklərinə də şahid olmaq mümkündür. Bunlarla əlaqədar xəbərlərdə və mətbuatda görmək olar. Əlbəttə bunların bir səbəbi bu uşaqların izlədikləri filmlərdə, televiziya proqramlarında və oxuduqları kitablarda tez-tez işlənən zalımlıq təbliğidir. Xüsusilə bəzi filmlərdəki öldürmə səhnələrinin kiçik yaşdakı uşaqları bu qorxunc hərəkətlərə sövq etdirici bir təsiri vardır. Bu da dinsizliyin qaranlıq üzünü göstərməsi baxımından çox əhəmiyyətli bir nümunədir. İnsanları çox kiçik yaşlarından etibarən belə bir qaranlıq mühitə itələyən, zalımlığa istiqamətləndirən, yenə də dindən uzaq yaşayan insanların varlığıdır. Bu insanlar özləri Allahdan qorxmadıqları kimi, yenə özləri kimi Allah qorxusu olmayan zalım nəsillər yetişdirərlər. Uşaqlarına İslam əxlaqının əmr etdiyi gözəl əxlaqı, mərhəmətli, şəfqətli, ədalətli, xoş xasiyyətli, ağıllı quruluşa malik olmağı deyil, dinsizliyin gətirdiyi pis əxlaqı öyrədirlər. Bu mövzu ilə əlaqədar olaraq Hz. Nuhun Quranda bildirilən duası, tarix boyunca bütün inkarçıların eyni zalım quruluşu sərgilədiklərini bizə göstərmişdir:
Nuh dedi: “Ey Rəbbim! Yer üzündə bir nəfər belə kafir qoyma! Çünki sən onları (sağ) buraxsan, onlar Sənin bəndələrini yoldan çıxardacaq, ancaq pozğun və kafir (oğul-uşaq) doğub-törədəcəklər. Ey Rəbbim! Məni, ata-anamı, mənim evimə mömin kimi daxil olan kimsəni və bütün mömin kişiləri və qadınları bağışla. Zalımların isə ancaq və ancaq həlakını (ölümünü) artır!” (Nuh Surəsi, 26-28)
Aclıq və səfalətdən əxlaqi degenerasiyaya, burada bəhs edilən və uşaqları da təsiri altına alan şiddətdən bir çox ölkəni yoxsulluğa sürükləyən döyüşlərə qədər, dünyada var olan və həll yolu gözləyən bütün problemlərin bu günə qədər həll edilə bilməmiş olmasının səbəbi, bu həllin həmişə səhv sistem və inanclarda axtarılmış olmasıdır.
Halbuki tək həll yolu Allahın insanlar üçün seçib bəyəndiyi Quran əxlaqındadır. Allahın Quranda bildirdiyi əxlaq, bütün xurafatlardan təmizlənmiş olaraq insanlara izah edildiyi və insanlar Quran əxlaqını yaşamağa etina etdirildikləri təqdirdə, dünya üzərində var olan bütün problemlər həll ediləcək. Həll yolu Quran əxlaqında olduğuna görə Quranın bütün insanlara izah edilməsi vicdan sahibi insanların üzərində böyük və əhəmiyyətli bir məsuliyyətdir.