Qiyamətdən əvvəlki son zaman olan axırzamanda Məsih Dəccalın ortaya çıxıb insanları din əxlaqından uzaqlaşdıracağı, yer üzündə böyük qarışıqlıq və zülmə səbəb olacağı bir çox hədislərdə bildirilmişdir.
(Məsih Dəccal insanları öz sisteminə inandırmaq üçün qarışıqlığı və qırğınları zərurət kimi göstərir və bunun uğrunda heç bir günahı olmayan günahsız uşaqların öldürülməsini sövq edir.)
Peyğəmbərimiz (səv) bir hədisində “Allah hz. Adəmi yaratdığı gündən bu yana Dəccalın fitnəsindən daha böyük bir fitnə olmamışdır” sözləri ilə Dəccalın fitnəsinin böyüklüyünə diqqət çəkmiş və bütün insanları bu təhlükəyə qarşı xəbərdar etmişdi. Bir başqa hədisində isə “Allahın göndərdiyi hər peyğəmbər ümmətini Dəccal ilə xəbərdarlıq etdi” sözləri ilə Dəccalın fitnəsinin sadəcə müsəlmanlar üçün deyil, bütün insanlar üçün böyük bir təhlükə olduğunu işarə etmişdir.
Peyğəmbərimizin (səv) hədislərində Dəccalın çıxış əlamətlərinin olduğu bildirilən hadisələrin bir- birinin arxasınca reallaşmasından aydın olur ki, Məsih Dəccal artıq fəaliyyətdədir. Dünyada baş verən bir çox hadisə Peyğəmbərimizin (səv) və İslam alimlərinin Məsih Dəccalın ortaya çıxacağı tarix və edəcəyi fəaliyyətlər haqqında verdikləri məlumatlara uyğun gəlir. Böyük İslam alimi Səid Nursi “Dəccal böyük hücum, böyük zülüm, böyük şiddət və dəhşət ilə haqq etdiklərindən böyük bir iqtidar görünür” 3 (Şualar 469) sözləri ilə Dəccalın gücünün və iqtidarının şiddətə və hücuma əsaslandığını bildirir. Son zamanlarda yer üzündə artan zorakılıq, anarxiya və qarışıqlıq, qətllər və işgəncələr, dövlət və təşkilat terrorları isə Dəccalın fəaliyyətdə olduğunu və bütün bunları idarə etdiyini göstərir.
Peyğəmbərimizin (səv) hədislərində Dəccalın insanları yaxşılıqdan uzaqlaşdırması üçün hər yola baş vuracağı, müxtəlif hiylə və yalanlarla geniş kütlələri təsiri altına alacağı bildirilir. Dəccalın bu yolla insanları öz ideaları istiqamətində istədiyi kimi istiqamətləndirəcəyi “Dəccalın tərəfdarları (ona tabe olanlar) çoxdur. Ona bir çox adam inanar (qoşular).” 4 hədisi ilə xəbər verilmişdir.
Dəccal bu məqsədinə çata bilmək üçün inkarı mənimsəyən kütlələr qədər iman sahibi insanları da aldatmağa çalışacaq. Dəccalın verdiyi təlqinlər və işlətdiyi üsullarla bəzi zəif imanlı insanları yoldan çıxara biləcəyi və bu yolla ətrafina tərəfdarlar yığacağı hədislərdə belə bildirilir :
“Hər kim Dəccalın çıxdığını eşitsə, ondan uzaqlaşsın. Allaha and olsun ki, insan özünü mömin zənn edərək (özünə güvənərək) onun yanına gedər və Dəccalın şübhələri ilə onu izləyər, onun ardınca gedər”.
Dəccalın çıxdığını eşidəndə ondan qaçın. Çünki bir adam onu rədd etmək niyyəti ilə yanına gedər, ancaq ona tabe olub qalar. Belə ki, Dəccal ilə bərabər qəlbləri vəsvəsələndirən çox şeylər vardır”.
Peyğəmbərimizin (səv) hədislərində Dəccalın bu məqsədlə üç ilahi dinin mənsubları olan yəhudilər, xristianlar və müsəlmanlara fərqli metodlarla yaxınlaşacağı və onları bir- birinə qarşı gətirərək yer üzündə böyük bir fitnə çıxarmağa çalışacağına işarə edilir.
Hədislərdə Dəccalın bu fitnəsi nəticəsində yer üzünün böyük bir savaş yerinə çevriləcəyi, qan tökmənin, ölümlərin artacağı bildirilir, Dəccalın hədəf almadığı bir yerin qalmayacağı xəbər verilir.
(O müddətdə) fitnələr, qarışıqlıqlar çoxalar, insanlar bir- birlərini öldürərlər. İnsanlar öz canlarına qıyarlar və yer üzünü bəlalar örtər. Məhz belə bir sıxıntılı zamanda lənətlənmiş Dəccal meydana çıxar.
(Dəccal) qayalıq bir mövqedən çıxıb, sağ tərəfə və sol tərəfə (yəni hər tərəfə ordular göndərmək surəti ilə ) ən sürətli şəkildə şiddətli fəsadlar törədəcək.
Heç bir diyar yoxdur ki, onu Dəccal orduları əzməmiş olsun.
Dəccal anarxiya, terror, şiddət, savaş və qan tökməyi adi göstərmək üçün bəzi insanları da bu fəlakətlərin axırzamanda mütləq zərurət olması yalanı ilə aldatmağa çalışır. Dəccalın oyununa görə axırzamanda gözlənilən hadisələrin olması üçün əvvəlcə mədəniyyətlər bir-birinə düşmən olmalı, yer üzündə böyük bir savaş çıxmalıdır. Axırzamanda gəlişi gözlənilən Məsihin zühurundan əvvəl yəhudilərin və onlara dəstək olan bir qisim xristianların bir tərəfdə, müsəlman və katoliklərin isə digər tərəfdə yer aldığı “Armagedon” adlandırılan böyük bir savaş olacaq . Dəccalın fikirlərinə görə “yeddi il davam edəcək bir fəlakət dövründə yəhudilər və digər iman gətirənlər zülm görməli və Armagedon savaşı ilə birlikdə yəhudilərin üçdə ikisi ölməli və İsrail torpaqları alt-üst olmalıdır”. Dəccal müqəddəs mətnlər üzərində hazırladığı əsası olmayan bəzi məcazi açıqlamalarla xristianları və yəhudiləri Məsihin ancaq bütün bu şərtlərin olduğunda yer üzünə gələcəyinə inandırmağa çalışır. Dəccalın xristianlara təlqin etdiyi bu inanca görə hz. İsanın liderliyində bu savaşı qazanacaq yəhudilər hz. İsaya tabe olacaq və xristianlığa qayıdacaqlar.
Dəccal bəzi xristian qruplarını hz. İsanın gəlməsi üçün bir çox əvvəldən qoyulmuş şərtlərin lazım olduğuna inandıraraq böyük bir qarışıqlığa sürükləməyə çalışır. Halbuki, arada qarışıqlıq yaratmaq üçün heç bir səbəb yoxdur. “ Dəccaliyyət Allah inancının olmamasıdır. Allah inancının olması Məsihiyyətdir.” Hz. İsanın gəlişi Allahın bir möcüzəsidir. Ancaq bu əvvəlində qarışıqlıq olmasına səbəb olacaq bir mövzu deyildir. Allah, tarix boyu elçilərini bir çox möcüzələrlə dəstəkləmişdir. Allah, həyatın hər anında insanlara bir çox yaradılış möcüzəsi də göstərmişdir. Kainatın mükəmməl tarazlığı, hüceyrədəki fövqəladə kompleks yaradılış, heyvanlardakı və bitkilərdəki gözəlliklər, insan bədəninin qüsursuz yaradılması kimi xüsusiyyətlərin hər biri çox böyük bir möcüzədir. Allah iman gətirənlərin imanlarının artması üçün bir çox gözəlliklər yaradır. Hz. İsanın gəlişi də yenə Allahın iman coşğusu üçün yaratdığı bir gözəllik və iman hədiyyəsidir. Allah, təqdir etdiyi bir zaman gələndə hz.İsanı bütün bəşəriyyətə göstərəcək. İnsanlar, dünyanı qarışıqlığa sürükləmənin Dəccalın şeytani planının bir parçası olduğunu görməli və tələyə qarşı diqqətli olmalıdırlar.
Məsih Dəccal Orta Şərqdə qarışıqlıq istəyir...
Dəccal bu yolla xristianları Hz. İsanın gəlişinə qədər dünyada bir savaş, qarışıqlıq və anarxiya mühitinə ehtiyac olduğuna inadırmağa çalışır. İraq savaşının da, baş verməsini gözlədikləri bu qiyamət əlamətlərində açar bir rol oynadığı fikrini mənimsəyir. Təsiri altına aldığı insanlara Məsihin gəlişindən əvvəl barışı elan etmənin guya bir dəlalət, müqəddəs kitabların sözünə qarşı gəlmək və hətta, Dəccallıq olacağına inandırmaqla Orta Şərqdə gərginliyin enməməsinə inandırmaqdadır. Bu yolla savaşın olduğu ölkələri və barış hərəkətlərini Dəccal hərəkəti olaraq göstərir, Məsih gələnə qədər heç vaxt barış olmaması üçün bölgədəki savaş yerinin mütləq davam etməsinə şərait yaratmaq məqsədindədir.
Bəzi Orta Şərq ölkələrində savadsızlıqdan, demokratik mədəniyyətinin tam mənası ilə inkişaf etməməsindən qaynaqlanan bir sıra problemlərin yaşandığı məlumdur. Ancaq bu problemlərin aradan qaldırılması yolu heç bir zaman savaşmaq və ya şiddətə baş vurmaq deyildir. Unutmamaq lazımdır ki, savaş hər zaman iki tərəfə də itki və fəlakət gətirir. Belə ki, İraq savaşında olduğu kimi bir çox İraqlı məsum həyatını , yaxınlarını itirmiş və ya şikəst qalmışdır. Eyni şəkildə bu bölgədə olan bir çox xarici əsgər də ölmüşdür. Hər biri təhsilli, mədəni gənclərdən olan bu əsgərlərin itirilməsi həm ailələri, həm də ölkənin gələcəyi baxımından böyük bir itkidir. Ancaq hər iki tərəfin də heç bir maddi, mənəvi zərərə və can itkisinə uğramadan həll yolu tapması çox asandır. Allahın əmr etdiyi əxlaqın gərəyi olan sevgi, xoş münasibət və ədalət anlayışı yaşansa, bütün müxtəlif problemlər sülh yolu ilə həll edilə və asanlıqla razılıq əldə edilə bilinəcəkdir.
Orta Şərqin bir çox bölgəsi xristianlar, yəhudilər və müsəlmanlar üçün müqəddəsdir. Bu bölgələr onsuz da xristian və yəhudilərin də atalarının torpaqlarıdır. Müsəlmanların sevib hörmət etdiyi peyğəmbərlər bu torpaqlarda yaşamış və bu bölgələrdə təbliğ etmişlər. Hamımız üçün dəyərli və müqəddəs olan bu torpaqlar çox genişdir. Üç ilahi dinin mənsubları da bu torpaqlarda istədikləri kimi məskunlaşa, ibadətlərini sərbəst şəkildə yerinə yetirə, ticarətini edə, hüzur və barış içində birlikdə yaşaya bilməlidir. Başda neft olmaqla yanaşı, bölgənin sahib olduğu yeraltı sərvətləri də bütün xalqların bərabər olaraq faydalanacağı şəkildə dəyərləndirilə bilər. Bunun üçün isə sülh və hüzur şəraitinin olması vacibdir. Bölgənin ehtiyacı cəmiyyətlərin birlik, tibbi və elmi tərəfdən irəliləməsi, təməl, insan və fərdi haqqları qoruyan bir mühitin olması, demokratiya anlayışının tam mənası ilə yerləşməsidir. Bununla bağlı, olaraq iqtisadi inkişafın təmin edilməsi əhəmiyyətlidir. Ancaq bütün bunlar üçün ayrıla biləcək maddi imkanların hərbi ehtiyaclara və silahlara xərclənməsi böyük bir itkidir. Bunun üçün səmimi iman gətirənlər birləşməli, mövcud imkanlar vuruşmaq üçün deyil, bu ittifaqın yaranması üçün sərf edilməlidir.
Bölgədəki belə problemlər təməldə dini əxlaqın yaşanmamasından və materializm, ateizm kimi Dəccalın dəstəklədiyi dinsiz ideologiyaların təsirindən qaynaqlanır. Lakin əlbəttə ki, bu təkcə Yaxın Şərqə xas olan bir problem deyil. Dünyanın bir çox bölgəsində insanların din əxlaqından uzaqlaşması səbəbindən degenerasiya , ardıcıl cinayətlər və azğınlıq geniş yayılmışdır. Səmimi iman gətirənlər bu problemlərin aradan qalxması üçün ciddi səy göstərməlidirlər.
Ancaq Dəccal bu vəziyyətin bütün dünyaya yayılmasını istəyəcək, müharibə və terror mühitinin davam etməsi üçün müxtəlif üsullar və mənfur planlarla ortaya çıxacaq.
Xristianlar Məsih Dəccalın oyunlarına qarşı diqqətli olmalıdırlar
Xristianlar və yəhudilər Dəccalın bütün tələlərinə qarşı diqqətli olmalıdırlar, çünki Dəccal bunları sanki dini bir hökm kimi göstərməyə çalışacaq. Dəccal İncilə tabe olan səmimi xristianlara oyun oynayaraq onları öz müqəddəs kitablarına müxalif olacaq şəkildə azğın bir ideologiyaya aparmağa çalışır. İncilin öyrətdiklərini heçə sayaraq öz azğın fikirlərini onlara doğru və qanuni göstərmək istəyir. Əslində isə Allah adına ortaya çıxaraq haqqı batil, batili isə haqq olaraq göstərir.
Onları din adına, yaxşılıq adına hərəkət etdiyinə inandırmaqla və Allahın adından istifadə edərək pisliyə sövq edir. Allah Quranda Dəccalın bu üsuluna qarşı çıxan insanları “... Aldadıcılar da sizi Allah ilə (Allahın adından istifadə edərək) aldatmasın” (Fatir surəsi, 5) ayəsiylə xəbərdar etmişdir.
Peyğəmbərimizin (səv) hədislərində isə Dəccalın insanlara yaxşını pis, pisi isə yaxşı göstərərək aldadacağı belə xəbər verilmişdir:
“Şübhəsiz, özü ilə bir cənnət və bir cəhənnəm (deyə adlandırdığı iki çay) gətirməsi də onun fitnəsindəndir. Əslində cəhənnəmi cənnət olub, cənnəti də bir cəhənnəmdir.”
“Sonra Dəccal çıxacaq, özü ilə bir çay və bir od gətirəcək. (Onu inkar edib) Oduna düşənin savabı böyük olacaq, (ona iman gətirib) çayına düşənin isə günahı böyük olacaq”.
“Dəccal çıxar. Özü ilə su və od gətirər. İnsanların su olaraq gördüyü yandırıcı bir od, od olaraq gördüyü isə soyuq və dadlı bir su olar”.
Məsih Dəccalın gəlməsi üçün müqəddəs kitablara istinad edərək irəli çəkdiyi bütün şərtlər reallıqda Dəccalın yer üzündə pisliyi hakim edə bilmək üçün qurduğu bir tələdən ibarətdir. Hədislərdə “onun cənnəti cəhənnəm, cəhənnəmi isə cənnətdir” bənzətməsi ilə bildirildiyi kimi Dəccal hər şeyi tərsinə çevirərək gözəl və doğru olanı pis göstərməyə çalışacaq.
Dəccal xristianların qarşısına heç gözlənilmədiyi bir vaxtda və heç gözləmədikləri məkrli üsullarla çıxmışdır. Allahın adından istifadə edərək və istəklərini müqəddəs səbəblərə bağlayaraq yaxınlaşması onun gəlişini daha fərqli şərtlərlə gözləyən bir qisim xristianların aldanmasına səbəb olmuşdur.
Dəccal yer üzünə sevgi, sülh və hüzurun hakim olmasını dəccallıq olaraq göstərib, əslində Dəccaliyyət olan öz fikir sistemini isə inandıqları dinin bir gərəyi kimi göstərərək xristianlardan bir çoxlarını təsiri altına almağa çalışır. Onlara “hz. İsaya itaət edin”, ya da “İncildə belə əmr olunur” deyərək etdirmək istədiklərini doğru kimi göstərərək yaxınlaşır. Əsl hədəfi isə axırzamanda yer üzünə ikinci dəfə gələcək hz. İsaya qarşı savaşında istədiyi kimi istiqamətləndirə bilmək üçün geniş kütlələr yaratmaqdır. Məqsədi bu yolla cəmiyyəti bir-birinə qarşı salaraq bütün dünyanı bir xaosa, qarışıqlığa, pozğunluğa və fəlakətə aparmaqdır.
Hüzuru, qurtuluşu, sülhü, Yaxın Şərqin hüzura çatması, müqəddəs kitablara qarşı edilən dəccali bir hərəkət olaraq göstərir. Qan tökülməsini, heç bir günahı olmayan məsum insanların, aciz qadınların, uşaqların vəhşicəsinə öldürülməsini, bölgəyə amansız bir dəhşət saçılmasını isə onlara adətən müqəddəs bir ibadət kimi göstərir. Onlarla eyni kitaba inanan, onlar kimi hz. İsanı peyğəmbər olaraq qəbul edən, eyni ibadətləri yerinə yetirən katolikləri, aradan qaldırılması vacib olan bir düşmən olaraq göstərir. Eyni şəkildə özləri kimi Allaha inanan, eyni peyğəmbərləri sevib hörmət edən, eyni əxlaqi prinsiplərə sahib olan, hz. İsanın gəlişini böyük həyəcanla gözləyən müsəlmanları da azğın cəmiyyət olaraq göstərir.
Halbuki, xristianlar, yəhudilər və müsəlmanlar bir- birlərinə düşmən deyildirlər, əksinə, Dəccalın dəstəklədiyi ateizmə və din düşmənçiliyinə qarşı bir-birlərinin müttəfiqidirlər. Xristianlar, müsəlmanlar və yəhudilər Allaha iman gətirir, peyğəmbərləri sevir və sayırlar. Hz. İbrahim, hz. İsmayıl, hz. İshaq, hz. Yaqub, hz. Yusif, hz. Musa yəhudilər üçün nə qədər önəmlidirsə, müsəlmanlar üçün də o qədər önəmlidir. Eyni şəkildə, hz.İsa xristianlar üçün nə qədər önəmlidirsə, müsəlmanlar üçün də o qədər önəmlidir və müqəddəsdir. Bütün İslam aləmi 1400 ildir bu müqəddəs peyğəmbərin yer üzünə ikinci dəfə gəlişinin xəbərini verir və böyük bir həyacanla bu tarixi hadisəyə hazırlaşır. Bununla yanaşı, yəhudilərin və müsəlmanların üzərində yaşadıqları və Allaha xidmət etdikləri torpaqlar yəhudilər üçün nə qədər müqəddəsdirsə, müsəlmanlar üçün də ən az o qədər müqəddəsdir. Bu halda savaş, qarışıqlıq və anarxiya vəziyyəti olması və bütün ilahi dinlərin mənsubları üçün müqəddəs olan torpaqlarda qan tökülməsi üçün heç bir səbəb yoxdur. Bu mövzunu çox fikirləşmək lazım deyil : Barış və hüzur içində yaşamaq nə üçün dəccallıq olsun? Niyə Məsihin gələ bilməsi üçün illərlə yer üzündə qorxu və dəhşət hakim olsun? Fəlakətlərin olmasının lazım olduğunu irəli sürdüyü şərtlərdən hər biri həqiqətən Dəccalın bəşəriyyəti faciəyə apara bilmək üçün qurduğu tələlərdən ibarətdir. Bu şəkildə çox geniş bir kütləni təsiri altına alaraq terroru, zorakılığı və anarxiyanı adətə çevirərək bir sistem yaratmağı hədəf alır.
Bütün xristianlar, bu vəziyyətin Dəccalın bir oyunu olduğunu açıq şəkildə görməli və bu böyük təhlükəyə qarşı Allahın göstərdiyi yola itaət edərək, din əxlaqına uyğun şəkildə qarşılıq verməlidirlər.
Dəccalın ən şeytani aldatma üsulu Allah və din adına ortaya çıxaraq, səmimi dindarlara təsir edərək bir- birlərinə qarşı salmaqdır. Dəccalı bu məlumatlara əsasən dəyərləndirmək və bu istiqamətdə quracağı tələlərə qarşı ayıq olmaq lazımdır.
Dəccalın bu qaydaları Tövrat və İncilə ziddir
Dəccalın köhnə əhdlərə bəzi mənalar əlavə etmişdir. Bu əlavələrə görə müsəlman və katoliklər ilə xristian və yəhudilər arasında bir savaş yaşanmalı, şiddətli və gərgin mühitə şərait yaradılmalıdır. Dəccalın qaydaları həm təzə əhd, həm də köhnə əhd ilə ziddir. Bu səhv anlayış hz. İsanın xristianlara öyrətdiyi əxlaqa tamamilə ziddir. Xristianlığın təməlində sevgi, barış və xoş rəftar vardır. Matta İncilində Hz. İsanın tələbələrinə “ düşmənlərinizi sevin, sizə zülm edənlər üçün dua edin” ( Matta 5-44) dediyi yazılmışdır. Luka İncilində isə hz. İsanın “ bir yanağına şillə vurana digər yanağını çevir.” ( Luka, 6-29) dediyi bildirilir. Təzə əhdin heç bir yerində şiddəti qanunlaşdıran hökm tapılmayıb. Məsum insanların öldürülməsi düşüncəsinə yer yoxdur. Xristianlıq bir sevgi və barış dinidir. İncildə xristianlara düşmənlərini sevmələri, bütün insanlara yaxşılıq etmələri, pisliyə qarşı yaxşılıqla cavab vermələri əmr olunmuşdur. İncilə baxdıqda hz. İsanın insanlara həmişə sevgi, barış və dostluq tövsiyə etdiyi görünür:
İncil izahlarında vacib olaraq üstündə durulan başqa bir mövzu isə ayrılıqların, çəkişmələrin, mübahisələrin və müharibələrin aradan qalxması və ortaq düşüncədə birləşərək sülhə dəstək olunmasıdır:
Dəccalın şiddətə sövq edən planları bəzi xristianların qiyamət əlamətləri ilə əlaqəli inanclarnı dayandırdıqları köhnə əhd ilə də ziddiyyət təşkil edir. “Qan tökənlərin qaydalarına qulaq asmaq” və “pislik görməyə dözməmək” ( İşaya , Bap 33, 15) Tövratda bildirilən hökmlərdir. Səmimi olaraq Allaha iman gətirən xristian və yəhudilər gözəl əxlaqlı olmağa cəhd etməli və sülhü müdafiə etməlidirlər. Tövratda şiddətin və zülmün qınandığı, sülhün, sevginin, mərhəmətin və gözəl əxlaqın tərifləndiyi açıqlamalardan bəziləri bunlardır:
Tövratda bildirilən digər bir hökm isə “qan tökülməməsi və saleh insanların yurdlarına pusqu qurulmamasıdır”
İncil və Tövrat hər nə qədər sonradan təhrif olunsa da, içində Quran ilə eyni olan hökmlər vardır. Səmimi olaraq iman gətirən xristianlar və yəhudilər köhnə və təzə əhddə yer alan bu izahları göz önünə gətirərək hərəkət etməlidirlər. Əks halda müqəddəs kitablarına əks düşər, düşmənlərinin yanında Dəccalın məqsədinə xidmət etməli olacaqlarını görmələri lazımdır. Yaddan çıxarılmamalıdır ki, Dəccalın Yaxın Şərqdə və bütün dünyada qan tökmək üçün törətdiyi hadisələrə ancaq gözəl əxlaqın müdafiəsi ilə əngəl oluna bilər.
Müsəlmanlar da Dəccalın oyunlarına qarşı diqqətli olmalıdırlar
Dəccal xristianlara oynamaq istədiyi oyunun oxşarını müsəlmanlara da tətbiq edir. Yer üzündə böyük bir fitnə və qarışıqlıq sala bilmək üçün onları da təsiri altına alır. Müsəlmanları da aldadaraq bu mühit içərisində özlərinə yönəldilən şiddətə qarşılıq vermələrinə sövq edir və beləliklə də, şeytanın qan tökmə arzusunu yerinə yetirmək istəyir.
Digər tərəfdən, müsəlmanları öz aralarında da terrora sövq edərək onları öz içlərində bir-birlərinə qarşı qoymağa çalışır. Beləliklə, qorxu və dəhşət mühitini getdikcə artırmaqla məsum insanların qanını tökərək yer üzünü öz əxlaqını hakim edə biləcəyi bir fitnə mühitinə çevirməyə çalışır.
Böyük İslam alimi Bəddiüzzaman Səid Nursi müsəlmanları bu təhlükəyə qarşı xəbərdar etmiş, Dəccalın İslam dünyasını təsiri altına alacağını, saleh müsəlmanlara çətin günlər yaşadacağını xəbər vermişdir.
Axırzamanın Süfyan və Dəccal kimi nifaq (iki üzlülük) və küfr başına keçəcək, zərər verən dəhşətli insanları bəşərin kin və ikiüzlülüyündən istifadə edərək az bir qüvvə ilə insanları darmadağın edər və İslam aləmini təsiri altına salar.
Səmimi iman sahibi olan müsəlmanlar bu təhlükəni görməli və Dəccalın oyununa aldanmamalıdırlar. Hər şeydən əvvəl “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.” (Saff surəsi, 4) ayəsi ilə öz aralarında sarsılmaz bir birlik və bərabərlik ruhu ilə hərəkət etməlidirlər. Bu mövzuda yaşadığı dövrlərdə müşriklərlə belə razılaşma yoluna gedən Peyğəmbərimiz (səv) əxlaqını onlara nümunə olaraq göstərib mübahisədən çəkinməli olduqlarını bildirmişdir. Peğəmbərimiz (səv) möminlərin bir-birlərinə qarşı gəldiyi vəziyyətdə Dəccalın təsiri altına girə biləcəklərini xatırladaraq müsəlmanları belə bir təhlükəyə qarşı xəbərdar etmişdir:
O günlərdə araları pozulan möminlər Dəccalın hədəfi olmaqdan qurtula bilməzlər.
Peyğəmbərimizin (səv) bu sözündən Dəccalın fitnəsindən qorunmaq istəyən möminlərin, müsəlmanların qardaş olduğu fikri ilə hərəkət etmələri lazım olduğu açıq olaraq bildirilir. Quranda da iman gətirənlərin bir-birlərinə dəstək olmaları, əks halda yer üzündə böyük bir fitnə və qarışıqlıq olacağı bildirilmişdir.
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olmasanız), yer üzündə fitnə və böyük bir fəsad baş verər. (Ənfal surəsi, 73)
Müsəlmanlar öz içlərində olduğu kimi, xristianlara və yəhudilərə qarşı da Quran əxlaqına uyğun şəkildə davranmalı və bu mövzuda da Dəccalın oyununa aldanmamalıdırlar. Allah Quranın bir çox ayəsində əxlaqın, yaxşılığın, pisliyə yaxşılıqla cavab verməyin vacibliyini bildirmiş, yəhudilərə və xristianlara, yəni kitab əhlinə qarşı da müsəlmanların xoş niyət və yaxşılıqla yaxınlaşmalarını buyurmuşdur. Rəbbimiz Quranda insanlar arasında heç bir fərq qoymadan ədalətlə hökm etməyi, insanların haqqını qorumağı, zülmə qarşı çıxmağı, zalıma qarşı məzlumun arxası olmağı, ehtiyac içində olana əlini uzatmağı əmr edir. Bu ədalət bir qərar verməli olduqda hər iki tərəfin də haqqını qorumağı, hadisələri çox istiqamətli dəyərləndirməyi, tərəfsizliyi, haqlılığı, dürüstlüyü, mərhəməti və şəfqəti özü ilə gətirməlidir.
Müsəlmanlar Dəccalın bu istiqamətdəki aldatmalarına qarşı da yenə hər zaman Quran ayələrinə görə hərəkət etməli, səbirli, təvəkküllü, sevgi ilə və şəfqətlə qarşılıq verməlidirlər. Allah Quranda möminlərə, pisliklə qarşılaşdıqda belə, bu münasibətə yaxşılıqla qarşılıq verməyi buyurur:
Bu mövzudakı ən gözəl nümunələrdən biri Peyğəmbərimizin (səv) göstərdiyi gözəl əxlaqdır. Hz. Muhəmməd (səv) yəhudilərə və xristianlara qarşı hər zaman olduqca ədalətli və mərhəmətli davranmış, İlahi dinlərin mənsubları ilə müsəlmanlar arasında sevgi və uzlaşmağa əsaslanan bir mühit yaratmaq istəmişdir. İslamiyyətin ilk illərində məkkəli müşriklərin əziyyət və qarşıdurmalarına məruz qalan müsəlmanların bir qismi Efiopiyadakı xristian Kral Nəcaşiyə sığınaraq xristianlarla dostluq və sülh şəraitində yaşamışdılar.
Peyğəmbərimizlə (səv) birlikdə Mədinəyə köçmüş möminlər isə Mədinədə yaşayan yəhudilərlə sonrakı bütün nəsillərə nümunə olacaq bir şəkildə yaşama modelini göstərmişlər. İslamın yayılma dövründə də Ərəbistandakı yəhudi və xristian birliklərinə göstərilən tolerantlıq, müsəlmanların Kitab əhlinə göstərdiyi hörmət və ədalətinin əhəmiyyətli bir nümunəsi olaraq tarixə keçmişdir.
Mədinə Razılaşmasının “ Mədinə yəhudiləri digər insanlarla birlikdə bir xalq oldular, yəhudilərin dinləri özlərinə, müsəlmanların dinləri özlərinə” hökmü ilə müsəlmanların, yəhudilərin adətlərinə və inanclarına göstərdikləri hörmət təməli də yenə Peyğəmbərimiz (səv) dövründə qoyulmuşdur.
Müsəlmanların bu əxlaqının başqa bir nümunəsi də Osmanlı imperatorluğu dövründə yaranmışdı. Osmanlı imperatorluğu dünyanın hörmətsizlik və qarşıdurmalarla dolu olduğu bir dövrdə musəvi camaatına göstərdiyi böyük tolerantlıqla tarixə keçmişdir. Tarix boyu müsəlmanların bu əxlaqı yəhudilərin çətinlik və sıxıntı içində olduqları müxtəlif dövrlərdə İslam torpaqlarına sığınmaları ilə nəticələnmişdir. İspaniyadan haqsız yerə sürgün edilən yəhudilərə Osmanlı imperatorluğu qapılarını açmış və yurdlarından çıxarılan minlərlə yəhudini osmanlılar yerləşdirmişdir. İslam torpaqlarında yəhudilər və müsəlmanlar hüzur və güvənlik içində, qardaş kimi illərlə birlikdə yaşamışlar. Osmanlı torpağında musəvilər də dövlətin onlara göstərdiyi tolerantlığı hər zaman qeyd etmişlər.
Osmanlı dövründə eyni vəziyyət xristianlar üçün də keçərli idi. Xristianlar da Osmanlı torpaqlarında hörmət, əmin-amanlıq içində və azad olmuşlar. XX əsrin ilk yarısından indiyə kimi bir qarışıqlıq və xaos içində qalan Yaxın Şərqdə Osmanlı idarəetmə dövründə əsrlər boyu davam edən bir barış və hüzur mühiti qurulmuşdu. Xristianlar və yəhudilər bir- birinin dinlərini qəbul etməmələrinə baxmayaraq, Osmanlı idarəetmə dövründə yaratdığı bu hörmət mühitində qarşılıqlı dialoq və uzlaşma içərisində yaşamışlar. Osmanlı dövründə yəhudilər sinaqoqlarında (yəhudilərin ibadət etdikləri yer, məbəd), xristianlar kilsələrində, müsəlmanlar məscidlərində Allaha ibadət etmişlər, üç dinin insanları sülh içində bir yerdə yaşamışlar.
Peyğəmbərimizin (səv) və Osmanlı idarəçiliyinin Kitab əhlinə göstərdiyi gözəl əxlaq, hörmət və barış anlayışı bütün müsəlmanlara nümunə olmalıdır. Allah Quranda “İçərilərindən zülm edənlər istisna olmaqla Kitab əhli ilə ən gözəl tərzdə mübahisə edin və deyin: “Biz həm özümüzə nazil olana, həm də sizə nazil olana iman gətirdik. Bizim də məbudumuz, sizin də məbudunuz birdir. Biz yalnız Ona itaət edirik”. (Ənkəbut surəsi, 46) ayəsi ilə bildirdiyi kimi “ ən gözəl şəkildə edilən mübahisədən” heç vaxt geri çəkinilməməlidir. Əks halda Dəccalın istədiyi fitnə və qarışıqlıq mühitinin yaranacağı unudulmamalıdır. Müsəlmanlar bütün bu əsaslarla Kitab əhlinə hörmət, sevgi və anlayış ilə yaxınlaşmalı və yaşadıqları bu əxlaq ilə onlarla ayədə bildirildiyi kimi “birləşmə” iddiasına ən gözəl şəkildə əməl etməlidir:
Quran əxlaqının gətirdiyi bu sevgi və hörmət anlayışları ilə hərəkət ediləndə Dəccalın bir-birinə qarşı qoymağı, qan tökməyi və bütün dünyanı bir müharibə yerinə çevirməyi hədəf alan oyunu Allahın izni ilə pozulacaq.
Saxta İsa : Məsih Dəccal
Mövzunun əvvəlində deyildiyi kimi, Dəccal xristian cəmiyyətlərinə Məsihin ortaya çıxışı üçün yaratdıqları süni bir qiyamət əlamətləri təlqin etməklə və bu süni əlamətlər üçün onları təşviq edirlər. Bu şərtlər yarananda isə Dəccal qurduğu saxta nizamın bir gərəyi olaraq bu dəfə də “ Süni Məsih” iddiasını ortaya atacaq. Hz. İsanın gəlişindən əvvəl bir çox saxta Məsih ortaya çıxacaq, ancaq Məsih Dəccal bunların ən şiddətlisi olacaq. Hədislərin işarəsinə əsasən xristianlar və yəhudilər arasında təsiri altına aldığı bir sıra qruplar bu hadisəni təşkil edəcək və Dəccalı insanlar hz.İsa olaraq göstərəcəklər. Peyğəmbərimizin (səv) hədislərində Dəccalın əvvəlcə “peyğəmbərlik”, daha sonra isə “ ilahlıq” (Allahı tənzih edirik) iddiasında olacağı belə xəbər verilmişdir :
(Dəccal) çıxdığı zaman hər kəs onu həqiqi bir mürşid bilib onun ardınca gedəcək, sonra Kufəyə gəlincə eyni şəkildə fəaliyyətini davam etdirəcək və peyğəmbərlik iddia edəcək. Bunu görən ağıl sahibi insanlar ondan ayrılacaqlar...Sonra ilahlıq davasında olacaq... Əstəğfurullah “Mən Allaham” deyəcək.
(Təbərani bunu səhabə olan ibn Mutəmərdən belə rəvayyət etmişdir.) O (Dəccal) əvvəlcə:“Mən bir peyğəmbərəm” deyəcək. Halbuki, məndən sonra heç bir peyğəmbər yoxdur. Sonra ikinci bir iddiada olacaq: “Mən Rəbbinizəm” deyəcəkdir. Halbuki, siz ölənədək Rəbbinizi görə bilməzsiniz....
Şeytanlar ona: “ Nə istəsən de , edək!” deyəcəklər. O da: “ Gedin, insanlara mənim onların Rəbbi olduğumu deyin!” deyib hər birini bir tərəfə salacaq.....
İmam Şarrani isə Dəccalın ilahlıq iddiasi ilə millətləri təsiri altına alacağını belə bildirmişdir:
Dəccal bir millətin yanına gələrək onları (öz batil yoluna ) dəvət edər. O millət də Dəccalın ilah olduğuna iman gətirib, ona qulluq edərlər.
Bütün bu məlumatlardan Dəccalın insanlara əvvəl tək bir yol göstərici olaraq tanış edəcəyi, sonra isə Məsihliyini və davamından da ilahlığını elan edəcəyi başa düşülür. Dəccal geniş kütlələri bu vəziyyətə razı sala bilmək üçün texnologiyanın imkanlarından faydalanacaq, ən inkişaf etmiş hipnoz üsullarından istifadə edəcək. Bədiuzzaman Səid Nursi Dəccalın baş vuracağı bu üsulu sözlərində belə xəbər verir:
Böyük dəccalın hipnoz etmə növündən təsiredici xüsusiyyətləri olar... Sadəcə dünyanı məqsəd edən bir inkaredici mütləq inancdan çıxar və bir cürət və cəsarətlə dini dəyərlərə hücum edər. İşin həqiqətini bilməyən xalq bunu çox gözəl bir iqtidar və cəsarət kimi görər.
Başqa bir sözündə isə Bədiüzzaman Dəccalın insanları aldatmaq üçün edəcəyi bu hiylələri belə açıqlamışdır:
Sehr, cadu və cindarlıqla məşğul olan Dəccal ilahlığını elan edər. Bədiuzzamanın da bildirdiyi kimi, Dəccal hipnoz və cadu yalanlarında usta olaraq, texnoloji hiylələrlə süni möcüzələr göstərərək özünü insanlara hz. İsa olaraq tanıdacaq. Peyğəmbərimizin hədislərində Dəccalın göstərdiyi bu süni möcüzələr və bu yolla insanları necə təsiri altına alacağı belə xəbər verilmişdir:
Fitnəsindən biri də budur: O, bir bədəviyə: “Deyin görək! Əgər mən sənin üçün ananı və atanı diriltsəm, mənim sənin Rəbbin olduğuma şəhadət gətirərsənmi?” Deyəcək. Bədəvi də: “bəli” deyəcək. Bundan sonra iki şeytan onun atası və anası surətində ona görsənəcəklər. ... Bundan əlavə, Dəccal başındakı quldur əhlinə: “ İndi mən bu adamı öldürsəm, sonra təkrar diriltsəm, mənim ilahlıq iddiama şübhə edərsinizmi?” deyə soruşar. Onun fitnəsi də budur: O, tək bir kişini öldürəcək və hətta onu hissələrə ayıracaq. Sonra Dəccal orda olanlara “ Bu öldürdüyüm quluma baxın. İndi mən onu dirildəcəyəm...” deyəcək.
Hədislərə görə Dəccal uydurma ilahlığını elan edərkən buna dəlil gətirmək üçün müxtəlif hiylələrlə qəbirstanlıqdan insanı qaldıracaq, insanlara özünü ölüləri dirildən kimi göstərəcək, adət edilməyən və ağılı çətinə salan kütlə nümayişləri edəcək. Xristianlar bütün bunları hz. İsanın edə biləcəyi möcüzələr olduğunu zənn edəcəklər və beləliklə, Dəccalın uydurma ilahlığına çox asan şəkildə inanacaqlar. Xalqın böyük bir hissəsi Dəccalın bu şişirtmə göstərişlərindən təsirlənəcək və onun gerçək hz. İsa olduğuna inanacaqlar.
Dəccalın oyunları Peyğəmbərimizin (səv) hədislərində, İslam alimlərinin izahlarında və digər dinlərin müqəddəs qaynaqlarında verilən məlumatlarla demək olar ki, eynidir. Bu səbəbdən xristian, yəhudi və müsəlmanlar bütün bunları bilərək hərəkət etməli və Dəccalın oyununa qarşı çox diqqətli olmalıdırlar.
Dəccal hz. İsanın gəlişinə qədər insanları aldatmağa davam edəcək
Dəccal Məsihin gəlişinə zəmin hazırlamaq adı altında xristianları çox böyük bir aldanışa aparmağa çalışır. Hz. İsanın gəlişinə hazırlıq etmək əlbəttə ki, böyük qulluq, peyğəmbərə göstərilən çox gözəl bir sevgi və hörmət ifadəsidir. Ancaq Dəccal insanlara çox fərqli yollardan yaxınlaşaraq, zülmü və qan tökməyi düzgün göstərərək bəşəriyyəti azdırmağı hədəf alır. Belə ki, hadisələrin işarəsinə görə Dəccalın bu istiqamətdəki mübarizəsi hz. İsa yer üzünə gələnə kimi də qurtarmayacaq, insanları hz. İsaya sədaqət adı altında aldatmağa davam edəcək. Nə Dəccalın bu oyunlarının aşkarlanması, nə də Dəccalın oyununa aldanaraq terrora, şiddətə, savaşa və qan tökməyə sövq edən insanların xəbərdar edilməsi Dəccalın dayandırılması üçün kifayət etməyəcək. Bəzi xristianlar tam gözlədikləri tərzdə iddialarla ortaya çıxmasından, gözlənilən zamanda zühur etməsindən və möcüzə olduğunu zənn etdiklərindən bir çox saxta yaxşılıqlar etməsinə görə bu xəbərdalıqlara fikir verməyəcəklər. Dəccalın bu fitnəsinin tərəfdarlarının sayı və fəaliyyətinin hüdudları getdikcə daha da artır (ən doğrusunu Allah bilir).
Ancaq bunu yaddan çıxarmayaq ki, bütün bunlar qədərdə (qismətdə) bu şəkildə olduğu üçün yaşanır. Nə Dəccalın, nə də ona dəstək verən tərəfdarlarının özlərinə aid müstəqil bir gücləri yoxdur. Bir qisim insanlar hz. İsanın gələ bilməsi üçün lazımi qiyamət əlamətlərini süni olaraq özləri hazırladıqlarını düşünürlər, amma əslində, bunları yaradan Allahdır, hz. İsanın gəlməsi üçün səy göstərənlər istədikləri nəticəni əldə edəcəklər. Amma onun gəlişi Allah istədiyi və qədərdə bu şəkildə gözlənildiyi üçün olacaqd. Kiminsə müəyyən şərtləri hazırladıqları üçün deyil. Çünki Allahın qədəri xaricində heç kimin belə bir şeyə gücü çatmaz.
Eyni şəkildə, Dəccalın xristianlardan bir qrupa öz istəklərini məqbul göstərib idarə etməsi də yenə Allahın yaratdığı qədərdə olduğu üçün həyata keçmişdir. Yoxsa Dəccal tam təsvir edildiyi kimi ortaya çıxmışdır və bütün əlamətlərindən Dəccal olduğu aydın olmuşdur. Amma yenə də qədərdə belə olduğu üçün xristianlar və yəhudilər arasında bəzi kütlələri aldada bilmişdir. Belə ki, bütün bu xəbərdarlıqlara baxmayaraq, Dəccal yenə aldatmağa və oyun oynamağa davam edəcək, ətrafındakı insanlar onun saxta üzünü görə bilməyəcəklər. Bu vəziyyət hz.İsanın gəlişinə qədər davam edəcək, xristian camaatı və digər insanlar ancaq əsl Məsihin ortaya çıxması ilə bu həqiqətin fərqini görəcəklər.
İsa Məsihin gəlişi ilə Dəccalın fitnəsi duzun suda əriməsi kimi yox olacaq
Dəccalın bütün oyunları ancaq hz. İsanın gəlməsi ilə pozulacaq. Dəccal hz. İsanı gördüyü vaxt duzun suda əridiyi kimi əriyəcək, bütün hiylələri üzə çıxacaq, xalqın gözü qabağında alçalacaq və böyük bir məğlubiyyətlə qarşılaşacaq. Məsihlik iddiası ilə etdiyi bütün saxta möcüzələrin bir yalandan ibarət olduğu ortaya çıxacaq, etdiyi bütün illüziyalar, hipnozlar, kütlə göstərişləri təsirsiz qalacaq. Peyğəmbərimizin (səv) hədislərində Dəccalın hz. İsanın vasitəsilə reallaşan bu məğlubiyyəti belə xəbər verilmişdir:
Allahın düşməni olan Məsihi-Dəccal İsanı (əs) gördüyü vaxt duzun suda əridiyi kimi əriyər. Hz. İsa onu tərk edib buraxsa belə, həlak olana qədər əriyib gedəcək. Lakin Allah onu şəxsən İsanın (əs) əli ilə yox edəcək.
Dəccal ortalığa fitnə yayarkən Cənabı- Haqq, Məsih İsa ibni Məryəmi göndərər. Hz. İsa Dəccal ilə Lüddə qapısında qarşılaşar və onu məhv edər.
Dəccalın məğlub olduğu yer isə hədislərdə bildirildiyi kimi Qüds olacaq. Hz. İsa yer üzünə yenidən qayıtdığı vaxt Məscidi-Əqsada Dəccalla qarşılaşacaq və hədisdə bildirildiyi kimi“Hz. İsanın nəfəsi belə Dəccallın fitnəsini yıxmağa bəsdir.”
..... Onun (hz. İsanın (əs)) nəfəsinin qoxusunu duyan heç bir kafirin ölməməsi mümkün deyil. Dəccalın yalançı olduğu ətrafa dalğa- dalğa yayılacaq. Dəccaliyyət məhv olacaq, fikir sistemi yox ediləcək.
Dəccal ortalığa fitnə atarkən Cənabı-Haqq Məsih Məryəm oğlu İsanı göndərər.... nəfəsini idrak edən hər kafir mütləq məhv olar. İsa (əs) Dəccal ilə Lüdd qapısında qarşılaşar və onu məhv edər.
Dövrümüzdə baş verən bəzi hadisələrə görə Dəccal məğlub olduğu bu yerə indidən məskunlaşmış vəziyyətdədir. Bəzi əlamətlər süni şərtlərlə süni bir Məsih yaratmağa çalışan tərəfdarların Dəccalı Məscidi-Əqsanın altında gizləyə biləcəklərini göstərir. Dəccalın tərəfini tutan bu adamlar mistik bir görüntü verərək geniş kütlələrə onun əsl Məsih olduğu təəssüratını verməyə çalışırlar. ( Ən doğrusun Allah bilir)
Dəccal əsl Məsih olan hz. İsanın gələcəyi vaxta qədər buradakı keçici məkanında qalacaq. Ancaq Allahın izni ilə buradakı məbədini inşa edə bilmədən hz. İsa vəsiləsilə yox ediləcək.
Dəccalın qarşılaşdığı bu vəziyyət Quranda da “Xeyr, Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər. Bir də baxarsan ki, o, yox olub getmişdir....” (Ənbiya surəsi, 18) ayəsi ilə bildirilir.
Bir başqa ayə isə “ De ki: Haqq gəldi, batil yox oldu. Heç şübhəsiz batil yox olandır.”(İsra surəsi, 81) sözləri ilə haqqın həmişə batilə qarşı qalib gələcəyinin xəbər verilməsi də yenə Dəccalın bütün oyunlarının sonda mütləq pozulacağını göstərir.
Səmimi iman sahiblərinə düşən məsuliyyət
Hz. İsanın və hz. Mehdinin gəlişi ilə birlikdə Dəccalın yer üzünə hakim etməyə çalışdığı Allahın sonsuz gücünü qəbul etməkdən qaçan fəlsəfələr və bütpərəst inanclar bütünlüklə məğlub olacaqlar. Quran əxlaqının yaşanması ilə birlikdə dünya savaşdan, qarışıqlıqdan, düşmənçilikdən, zülm və haqsızlıqdan qurtulacaq. İnsanlar sevinc, hüzur və barış içində bir dövr yaşayacaq. Belə ki, hansı inancı mənimsəmiş olursa olsun, səmimi olaraq hz. İsanın gəlişinə hazırlanan iman sahiblərinin belə bir mühitinin əsasını yarada biləcək hazırlıq etmələri, hər cür ayrılığa və qarışıqlığa mane olmaq üçün səy göstərmələri lazımdır.
Səmimi iman gətirən xristianlar Dəccalın zərurət olduğuna inandırdığı savaşa, kütlə qətllərinə, qan tökməyə sövq edən saxta qiyamət əlamətlərini ifşa etməlidirlər. Bu düşüncəni müdafiə edənlərə yaşadıqları vəziyyətin yanlışlığını göstərməli, onları doğruya çağırmalıdırlar. Sağlam fikir sahibi xristianların və müsəlmanların bu istiqamətdəki səyləri ilə, Allahın izni ilə, dünyanın bir çox yerində yaratmağa çalışılan gərginlik əngəllənə bilinəcək. Quranda da saleh əməllərdə olan yəhudilər və xristianların Allah qatında mükafatlandırılacaqları bildirilərək bu əxlaqın vacibliyi xatırladılmışdır:
Unutmayaq ki, Dəccalın bəzi xristianlara təlqin etdiyi savaşın artırılıb, barışın əngəllənməsi hər iki tərəfə böyük itkilər, kədər və göz yaşı gətirəcək. Səmimi iman gətirənlərin ittifaqı nəticəsində isə Dəccalın yer üzünü böyük bir savaş mühitinə çevirə bilmək üçün oynadığı oyun Allahın izni ilə pozulacaq.
Mənbələr:
(Mədinəli Allamə Muhəmməd B. Rəsul El- Hüseyni əl Berzəni, Qiyamət Əlamətləri, Pamuk Yayıncılık, Genişlədilmiş 8-ci nəşri (çap edilməsi), İstanbul, tarixsiz, s. 225
Sahihi Buhari, Fiten 27 Şualar)
(Et- Təbrizi, Vəliyüddün Məhəmməd bin Abdullahil- Xatibil- Öməri, Mişkatül-Mesabih , Dimeşk1382/ 1962 , 3:38.2)
(İmami Əhməd. Əbu Davud. Hakim)
(Böyük Fitnə Məsihi – Dəccal , Saim Güngör, s.99)