Darvinistlər, atış sərbəst!
ucgen

Darvinistlər, atış sərbəst!

122

Darvinistlər son vaxtlarda, onlarla il əvvəl tapılmış olan fosillərin arxasına düşdülər. “Görəsən hansını ara fosil deyə gündəmə gətirə bilərik?” deyə heç dayanmadan fosil axtarırlar. Əvvəl 1983-cü ildə tapılan İda fosilini dünyanın səkkizinci möcüzəsi deyə bütün dünyaya elan etdilər. Bunun uğursuz cəhd olduğu ortaya çıxınca, tələm-tələsik İda ilə əlaqədar bütün iddialarını geri götürdülər. İndi isə baş rollarda ARDİ var.

1994-cü ildə tapılan ARDİ (Ardipithecus ramidus), aradan 15 il keçdikdən sonra müdhiş bir kəşf kimi gündəmə gətirildi. Darvinistlər hər zamanki kimi axtarılan o xəyali itkin halqanı tapdıqlarını iddia etdilər. Darvinist mətbuat yenə iş başında idi. Bir neçə gün içində ARDİ-nın adının keçmədiyi yer demək olar ki, qalmadı. 150 ildir davam edən klassik aldatma üsullarının hamısı tətbiq olunurdu. Darvinist təbliğat tam planlandığı şəkildə işləyir, hər şey Darvinist diktatorluğun qaydalarına uyğun edilirdi.

 

Əvvəl canlının mükəmməl bir itkin halqa olduğu iddia edildi. “4.4 milyon il əvvələ aid olmasına baxmayaraq dik yeriyir” deyildi. Robot şəkilləri çəkildi, bu şəkillər kompüter mühitində canlandırıldı. Dimdik, əmin addımlarla gedən bir meymun görünüşü bütün Darvinist nəşrlərdə öz yerini aldı. Təbliğatın vizual qisimi tamamlanmışdı. Geriyə yalnız demaqoqluq qalırdı. Darvinistlər isə demaqoqluğa onsuz da öyrəşdiklərindən, bu mövzu da dərhal həll edildi. Hər vaxt olduğu kimi bu fosildə də darvinist təbliğat üsullarının hamısı langidilmədən tətbiq olunmuşdu.

 

Darvinistlərin tək hesaba qatmadıqları şey bu oyunun mütləq ortaya çıxarılacağı idi. Artıq meydan onlar üçün əvvəlki kimi boş deyildi. ARDİ yalanının mütləq deşifrə ediləcəyini düşünə bilməmişdilər.

 

Darvinistlər bütün ara fosil hekayələrində olduğu kimi ARDİ haqqında da insanları aldadırlar:

Darvinistlər, daha əvvəl də çox vaxt izah etmiş olduğumuz kimi, insanın xəyali təkamülü mövzusunda bu üsulu istifadə edərlər: Nəsli kəsilmiş bir qorillanın və ya şimpanzenin fosilini götürürlər. Bunu etmək darvinistlər üçün asandır, çünki bu günə qədər yaşamış 6000 MEYMUN NÖVÜ ARASINDAN YALNIZ 120 NÖV HƏYATDADIR. Yəni nəsli kəsilmiş 5880 meymun növündən geriyə qalan milyonlarla qalıq, darvinistlər üçün mükəmməl bir spekulyasiya ünsürüdür. Darvinistlər ümumiyyətlə bu qalıqlardan istifadə edərək, “tamam meymundur amma baş barmağı əyilmiş, ayaq kəməri qıvrılmış, demək ki insana çevrilirmiş” kimi məntiqsiz iddialarla, son dərəcə primitiv ssenarilər hazırlayarlar. Ssenari fövqəladə dərəcədə məntiqsizdir, amma bu məntiqsiz izahlar, dünyaca tanınmış darvinist jurnallarda nəşr olununca, elmi terminlərlə heç kimin anlaya bilməyəcəyi bir üslubla verilincə və bunları izah edənlər darvinizmi kor-koranə müdafiə edən professorlar olunca, yəni bir yalan dəfələrlə və dəfələrlə deyilincə, mövzu haqqında məlumatı olmayan insanlar tərəfindən inandırıcı görünə bilər.  Darvinistlər, insanların məlumatsızlığından, medianın təsirindən və müxtəlif təbliğat üsullarından faydalanaraq, illərdir bu çirkin oyunu oynamaqdadırlar. 

ARDİ nümunəsində isə darvinistlər, nəsli kəsilmiş bir meymun növünü də deyil, indiki vaxtda yaşayan BONOBO meymunlarının eynisini tapıb gətirmişlər. Və bunu demişlər, “tamam meymundur, amma dik durur”. Darvinistlər bu iddia ilə insanları aldatmaqdadırlar. Poliqonu boş tapmış, sərbəst atış etməkdədirlər.

         

 ARDİ-nin dik yeridiyi iddiası, böyük bir yalandır:

1994-cü ildə tapılan fosil skeleti tapıldığında parçalanmış halda olmuşdur. Belə ki, canlının fosilləşmiş sümük parçaları, paleontoloqların əllərinə götürdükləri anda parçalanan son dərəcə kövrək bir quruluşdadır. Fosil üzərində araşdırma aparan paleontoloqlar, fosilin ilk tapıldığında çəkilən şəkillərindən, xüsusilə ləyən sümüyünün sanki qarışıq bir güvəc yeməyinə bənzədiyini, sümüklərin milimetrik olaraq “yenidən qurulması” lazım olduğunu ifadə etmişlər. Bu qərara uyğun olaraq da darvinistlər, forması məlum olmayan milimetrik parçaları götürmüş və öz istədikləri kimi bir ləyən sümüyü düzəltmişlər.

Bir canlının duruş forması, ləyən sümüyünün quruluşu və bədəndəki müxtəlif sümüklərlə nisbəti ilə aydın ola biləcək həssas bir əməliyyatdır. Dik duruşun təyin olunması üçün, ləyən sümüyünün milimetrik və qəti ölçümlərlə bilinməsi; ləyən sümüyü, bud və diz sümükləri arasındakı bucaqların tam və həssas bir hesablama ilə təyin edilə bilməsi lazımdır.

Yarısından böyük hissəsi olmayan və ləyən sümüyünün sanki yenidən düzəldildiyi bu fosildə isə, sözü gedən həssas ölçümlərin təyin olunması qeyri-mümkündür. Ancaq belə bir fosildə, canlını dik yeriyən göstərə biləcək şəkildə bir tənzimləmə edilməsi isə son dərəcə asandır.

Hər hansı bir paleontoloq, sözü gedən parçaları istədiyi kimi yerləşdirə bilər və meydana gətirdiyi yeni fosili istədiyi şəkildə şərh edə bilər. Necə ki “Time” jurnalında ARDİ-nin mövzu edildiyi bir məqalədə bu gerçəyə diqqət çəkilmişdir:

Həqiqətən də, dəlillərə baxıldıqda, Ardinin necə yeridiyinə dair fərqli paleoantropoloqların fərqli şərhləri olması mümkündür. (1)

Bütün bunlarla yanaşı, Ardinin yaxşı görünüşdəki ayaq quruluşu da darvinistləri bu mövzuda tamamilə təkzib edir. Ardinin ayaqlarındakı içə bükük baş barmaq və insanların əksinə Ardida olmayan ayaq kəməri, canlının dik bir yerişə sahib olmadığının ən diqqətə çarpan dəlillərindəndir. “BBC” saytında Ardi haqqında nəşr olunan xəbərdə, sözü gedən dəlillərə baxılaraq Ardinin “uzun məsafə gedə biləcək və ya qaça biləcək bir qabiliyyətə sahib olmadığı” (2) ifadə edilmiş, “National Geographic” veb səhifəsində nəşr olunan xəbərdə isə, “Ardinin ağaclar arasında hərəkət edən və ovuc içlərini istifadə edən bir canlı olduğu” ifadə edilmişdir.

Darvinistlər 15 il sonra ortaya çıxardıqları bu fosili xüsusi olaraq seçiblər. Çünki üzərində spekulyasiya ediləcək fosil, darvinistlərin bel bağladıqları dik yerimə ssenarisinə mükəmməl şəkildə uyğun olacaq, bu ssenarini tam dəstəkləyəcək bir fosil olmalıdır. Və buna dair bir aralıq forma olmadığı üçün də, darvinist fərziyyələr üçün ən ideal olan fosil, darvinistlər üçün “PARÇALANMIŞ” bir fosildir.

Məhz ARDİ darvinistlərə bu imkanı yaratmışdır: Darvinistlər parçalanmış fosili götürüb, istədikləri kimi yerləşdirmişlər və üzərində istədikləri spekulyasiyanı etmişlər. Darvinist yalan illərdir məhz bu üsulla işləməkdədir.

 

Niyə 15 İl sonra?

Çünki darvinistlər məğlub olduqlarını anlayıblar. Xüsusilə, keçdiyimiz son bir neçə il, darvinistlərin böyük və olduqca güclü bir çöküşə doğru getdikləri illərdir. Darvinist yalan üsulları deşifrə edilmiş, ara fosil olmadığı açıqlanmış, darvinist saxtakarlıqlar ortaya çıxarılmışdır. Amma hamısından əhəmiyyətlisi, indiyə qədər tapılmış olan cəmi 250 MİLYON FOSİLİN HAMISININ YARADILIŞI İSBAT ETDİYİ ORTAYA ÇIXMIŞDIR. Yaradılış Atlası, darvinistlərə ən böyük zərbəni vurmuşdur. Hazırda dünyada, bütün darvinistlər də daxil olmaqla, BİRCƏ ƏDƏD BELƏ ARA FOSİL OLMADIĞINI bilməyən yoxdur. Bu səbəbdən darvinistlər böyük bir şok və çaşqınlıq içindədirlər.

Məhz bu böyük şok nəticəsində, təşviş içində yeni bir yol axtarmaqda, 15-20 illik MÜKKƏMMƏL CANLILARA AİD fosilləri siyirtmələrindən çıxarmaqda, üzərinə bir də hekayə yazmaqdadırlar. Məhz bu darvinist çırpınış, yaşadıqları ağır məğlubiyyətin çox əhəmiyyətli bir göstəricisidir. Adi meymun və ya lemur fosilləri üzərinə çıxarılan hay-küylər də bunun dəlilidir. Halbuki, təkamül nəzəriyyəsi, 1, 3 və ya onlarla deyil, MİLYARDLARLA ARA FOSİLİN VARLIĞINI TƏLƏB EDİR. Lakin, nəinki, milyardlarla BİRCƏ ƏDƏD BELƏ ARA FOSİL YOXDUR. Darvinistlər tərəfindən edilən bu hay-küylərin səbəbi məhz bu məğlubiyyət və bu çarəsizlikdir.

 

1  Michael D. Lemonick and Andrea Dorfman, “Excavating Ardi: A New Piece for the Puzzle of Human Evolution,” Time Magazine (October 1, 2009).

2  http://news.bbc.co.uk/2/hi/science/nature/8285180.stm

PAYLAŞIN
logo
logo
logo
logo
logo