Adnan Oktarın A9 telekanalındakı canlı söhbəti (3 noyabr 2011, 20:00)
Adnan Oktar: Şeytandan Allaha sığınıram. Maidə surəsi, 87; "Ey iman edənlər" deyir Allah, "Allahın sizin üçün halal etdiyi gözəl şeyləri", yəni gözünüzə xoş gələn, dadı xoş olan, gözünüzə xoş gələn, bəyəndiyiniz şeyləri "haram etməyin", haramdır deyə bunları ört-basdır etməyə çalışmayın, qadağan etməyin, insanlardan bu nemətləri almağa çalışmayın, insanları bu nemətlərdən uzaqlaşdırmağa çalışmayın "və həddi aşmayın", Allah: “Bu bir hədddir” deyir. “Bunu aşsanız, həddi aşmış olarsınız” deyir.